Harama baxmağın Cəzası |
Müəllif: Hicab Delisi | Bölmə: Məqalələr | Vaxt: 19-12-2014, 17:57 | Şərh sayı: (0) | Baxılıb: 827
Harama baxmağın Cəzası
Qadınla kişi arasındakı əlaqə, qohumluğun birinci dərəcəsini keçərsə, bu halda kişi ilə əllə görüşmək, qucaqlaşmaq, danışmaq yolverilməzdir. Harama baxmaq şeytanın zəhərli oxudur. Allahu təaladan qorxub naməhrəm qadına baxmayana, zövqlü bir iman nəsib olar. Yad qadına şəhvətlə baxan gözlər odla doldurulub, Cəhənnəmə atılar, onunla əl ilə salamlaşanın (əl vermək,qucaqlaşmaq) qolları boynundan bağlanıb, Cəhənnəmə atılar, lazımsız və şəhvətlə danışan, hər sözü üçün, min il Cəhənnəmdə qalar.Qonşu və yoldaş xanımına şəhvətlə baxmaq naməhrəm qadına baxmaqdan və evli qadına baxmaq, qıza baxmaqdan daha çox günahdır. Zina da belədir. Bir kişinin bir qadınla görüşməsi(əl vermək,qucaqlaşmaq), zərurətsiz danışması, görünməyən bir yerdə tək qalmaları haramdır. Peyğəmbər əfəndimiz belə heç bir qadınla əl verib salamlaşmamışdı.
Bir hədisi-şərifdə buyurur ki:
Rəsulullah, özünə halal olan qadınlardan başqa, heç bir qadınla əllə görüşməzdi. (Həzrəti Aişə)
Yad qadınla qucaqlaşan, şeytanla birlikdə zəncirə vurulub atəşə atılar.
Qadınlarla bir yerdə tək qalmaqdan çəkinin, bir adam bir qadınla tək qalınca, aralarına şeytan girər. Bir kimsənin palçıqlı bir donuzla sıxışmış vəziyyətdə olması, o kimsə üçün özünə halal olmayan bir qadına toxunmasından daha yüngül bir cəzadır.
Qadınlar zərurət olmadıqca naməhrəm kişilərlə danışamamalıdırlar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər