Peyğəmbərin (s) babasının adı niyə Əbdülmüttəlib olub? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 21-01-2016, 23:01 | Şərh sayı: (0) | Baxılıb: 324
Peyğəmbərin (s) babasının adı niyə Əbdülmüttəlib olub?
Sual: Peyğəmbərin (s) babasının adı niyə Əbdülmüttəlib olub? Deyirlər ki, Peyğəmbərin (s) əcdadları hamısı hənif (tək tanrıçı) olublar. Bəs niyə onun adı Allahın yox, Müttəlibin quludur?
Cavab: Həzrət Mühəmməd Peyğəmbərin (s) babası Əbdülmüttəlibin əsil adı Şeybə olmuşdur. Onun Əbdülmüttəlib adı ilə tanınmasının səbəbi barədə belə yazırlar:
Əbdülmüttəlibin atası Haşim Yəsribdə (Mədinədə) Bəni-Nəccar soyundan Səlma adlı qadınla evlənmişdi. Səlma Haşimə ərə getməzdən qabaq onun qarşısında bu şərti qoydu: övlad dünyaya gətirərkən öz şəhərində, qohumlarının yanında olmasına icazə verilsin. Buna görə də, Səlma qısa bir müddət Məkkədə – Haşimin evində yaşadı, amma hamiləlik əlamətləri görünəndə Yəsribə qayıtdı.
Haşim Şama ticarət səfəri zamanı vəfat etdikdən sonra (510-cu il) onun səlahiyyətləri qardaşı Müttəlibə verildi. Bu zaman Şeybə anası ilə birlikdə Yəsribdə yaşayırdı.
Müttəlib qardaşı oğlunun varlığından xəbər tutan kimi Yəsribə gəldi, Səlmanı razı saldı ki, Şeybəni özü ilə birlikdə Məkkəyə aparmasına icazə versin. Deyirlər ki, Müttəlib Məkkəyə qayıdanda 8 yaşlı Şeybəni öz atının tərkinə almışdı. Ərəblər öz nökərlərini atın tərkində otuzdurduqları üçün Şeybəni də Müttəlibin köləsi hesab etdilər. O zamandan Şeybəyə “Əbdülmüttəlib”, yəni “Müttəlibin köləsi” deməyə başladılar. Başqa bir rəvayətə görə, Müttəlib Şeybəyə göz dəyməsindən qorxaraq, onu öz köləsi kimi təqdim etmişdi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər