Haqqə surəsini oxumaq insanı nurani edər |
Müəllif: Hesen_Mucteba | Bölmə: Qurani-Kərim | Vaxt: 10-09-2016, 23:50 | Şərh sayı: (0) | Baxılıb: 276
Həzrət Peyğəmbər (s.a.v.v) buyurur: Hər kim Haqqə surəsini oxuyar, Allah onun hesabında asanlıq edər.
Haqqəsurəsi Quranın 69-cu surəsidir, Məkkədə nazil olmuşdur və 52 ayəsi vardır.
İmam Sadiq (ə.s) bu surə ilə bağlı buyurur: Haqqə surəsini çox oxuyun,onu vacib və müstəhəb namazlarda oxumaq-Allaha və Peyğəmbərinə (s.a.v.v) imanın nişanəsindəndir.Bu surə Əmirəl Möminin (ə.s) və Müaviyyə haqqında nazil olmuşdur.
Həzrət Peyğəmbər (s.a.v.v) buyurur: Hər kim Haqqə surəsinin 11 ayəsini oxuyar, Allah Təala onu Dəccalın fitnəsindən saxlayar. Əgər bütün surəni oxuyarsa, başdan-ayağa nurani olmasına səbəb olar.
Haqqə surəsinin bərəkətləri:
Həzrət Peyğəmbər (s.a.v.v) buyurur: Əgər Haqqə surəsini yazsanız və hamilə qadın onu özü ilə gəzdirərsə,rəhmində olan övladı Allahın iznilə qorunar.Əgər onu yazar və yuyub suyunu körpəyə içizdirərsə,həmin körpə güclü hafizəyə və huşa malik olar.
İmam Sadiq (ə.s) buyurur: Əgər Haqqə surəsinin yazılmışının suyundan uşaq içərsə, çox bilikli olar və Allah onu salamat saxlayar və o ən yaxşı şəkildə böyüyər.
Əgər bu surənin yazılıb və sonra yuyulmuş suyundan hamilə qadın içərsə, körpəsi çox bilikli və zəkalı olar. Şeytandan (lən) qorunar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər