RSS
 

Login:
Şifrə:
» » Quran möcüzәdir

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Quran möcüzәdir

 
Müəllif: Admin | Bölmə: Qurani-Kərim | Vaxt: 18-04-2013, 01:54 | Şərh sayı: (1) | Baxılıb: 1019

Quran möcüzәdir



Quran möcüzәdir



Şübhәsiz ki, әrәb dili elә zәngin, әhatәli bir dildir ki, insanın bütün düşüncәlәrini vә daxili duyğularını әn aydın vә dоlğun şәkildә çatdıra bilir, bu cәhәtdәn heç bir dil әrәb dilinә çata bilmәz. Tarix göstәrir ki, әksәriyyәti köçәri, mәdәniyyәtdәn vә yaşayışın bir çox imkanlarından mәhrum olan Islamdan öncәki cahiliyyәt dövrünün әrәblәri söz sәnәti vә ritorika sahәsindә böyük mәqam sahibi idilәr. Belә ki, tarixin sәhifәlәrindә onlara rәqib tapmaq mümkün deyildir. Әrәb әdәbiyyatında bәlağәtli söz әn yüksәk dәyәrә malik idi vә gözәl bәdii sözlәrә çox ehtiramla yanaşılırdı. Öz allahlarını vә bütlәrini Kәbә evinә qoyduqları kimi әn güclü şair vә natiqlәrin könül oxşayan şerlәrini dә Kәbәnin divarından asırdılar. Әrәb dilinin geniş vә çoxqaydalı olmasına baxmayaraq әrәblәr onun bütün qaydalarına düzgün vә heç bir sәhvә yol vermәdәn riayәt edirdilәr. Onlar söz sәnәtindә misilsiz mәharәtә malik idilәr.
Bir neçә ayәnin Peyğәmbәrә (s) nazil olduğu vә camaat üçün oxunduğu ilk günlәrdәn Quran әrәb natiqlәri arasında böyük bir әks-sәda doğurdu. Quranın mәnalı, cazibәli vә şirin bәyanı qәlblәrdә elә dәrin bir tәsir buraxdı ki, bütün bәlağәtli sözlәr unuduldu vә "Müәllәqat" adlı Kәbәdәn asılan o gözәl şerlәr aşağı endirildi. Bu ilahi sözlәr sonsuz gözәlliyi vә cazibәdarlığı ilә bütün qәlblәri özünә mәftun edir vә öz şirin nәzmi ilә bütün söz sahiblәrini susmağa mәcbur edirdi.
Digәr tәrәfdәn isә bu, müşrik vә bütpәrәst qövmlәr üçün çox acınacaqlı vә dözülmәz idi. Çünki Quran öz güclü mәntiqi vә aydın bәyanı ilә tәkallahlılığı sübut edir, şirki vә bütpәrәstliyi pislәyir, insanların allah adlandırıb ehtiyac әllәrini uzatdıqları, qarşılarında qurban kәsdiklәri vә Allah әvәzinә sitayiş etdiklәri bütlәri tәhqir edir, onları insanın hәyatında heç bir tәsiri olmayan daş heykәllәr vә cansız taxtalar adlandırırdı. Başdan ayağa eqoist vә tәkәbbürlü olan, bütün hәyatlarını yol kәsmәklә, qan tökmәklә keçirәn vәhşi әrәblәri hәqiqәtpәrәstliyә, әdalәtsevәrliyә vә insanlığa çağırırdı. Buna görә dә bütpәrәst әrәblәr mәsәlәni müharibә yolu ilә hәll etmәyi qәrara aldılar vә bu hidayәt çırağını söndürmәk üçün hәr bir vasitәyә әl atdılar. Lakin onların bütün sәylәri boşa çıxırdı.
Besәtin әvvәlәrindә Peyğәmbәri (s) әrәblәrin poetika vә ritorika sahәsindә tanınmış mütәxәssisi Vәlid adlı bir şәxsin yanına apardılar. Peyğәmbәr (s) "Fussilәt" surәsinin әvvәlindәn bir neçә ayә oxudu. Vәlid isә qururlu halda diqqәtlә qulaq asırdı. Peyğәmbәr (s)
فَإِنْ أَعْرَضُوا فَقُلْ أَنذَرْتُكُمْ صَاعِقَةً مِّثْلَ صَاعِقَةِ عَادٍ وَ ثَمُودَ
ayәsinә çatdıqda Vәlidin әhvalı dәyişdi, bәdәni lәrzәyә düşdü vә huşunu itirdi. Mәclis dağıldı vә camaat çıxıb getdi. Bu hadisәdәn sonra bir qrup Vәlidin yanına gәlәrәk gileylәndilәr ki, sәn bizi Mәhәmmәdin yanında rüsvay etdin. Vәlid dedi: "Xeyr. Allah and olsun, bilirsiniz ki, mәn heç kimdәn qorxmuram, heç nәdә dә tamahım yoxdur. Bilirsiniz ki, mәn bu sahәdә mütәxәssisәm. Mәhәmmәddәn eşitdiyim sözlәr adi insan sözünә bәnzәmir. Cazibәli vә mәlahәtli sözlәrdir. Ona nә şer demәk olar, nә dә nәsr. Dolğun vә dәrin mәzmunludur. Әgәr bu barәdә mәnim qәti fikrimi bilmәk istәyirsinizsә, üç gün mәnә möhlәt verin, fikirlәşim." Onlar üç gündәn sonra Vәlidin yanına gәlәrkәn Vәlid dedi: "Mәhәmmәdin sözlәri ürәklәri ovsunlayan sehrdir." Müşriklәr Vәlidin sözü ilә Quranı sehr vә cadu adlandıraraq hәm özlәri onu dinlәmәkdәn çәkinirdilәr, hәm dә başqalarını bu işdәn çәkindirirdilәr. Bәzәn Peyğәmbәr (s) Kәbәdә Quran oxuyarkәn sәslәrini ucaldıb әl çalırdılar ki, camaat onun sәsini eşitmәsinlәr.
Lakin bununla belә, Quranın cazibәli vә mәlahәtli bәyanına vurulduqları üçün çox vaxt gecәnin qaranlığından istifadә edәrәk Peyğәmbәrin (s) evinin arxasına yığışıb Quranın sәsinә qulaq asırdılar. O zaman bir-birlәrinә deyirdilәr: Bu sözlәri mәxluq sözü adlandırmaq mümkün deyildir. Allah Quranda bu hadisәyә işarә edәrәk buyurur:
نَحْنُ أَعْلَمُ بِمَا يَسْتَمِعُونَ بِهِ إِذْ يَسْتَمِعُونَ إِلَيْكَ وَإِذْ هُمْ نَجْوَى إِذْ يَقُولُ الظَّالِمُونَ إِن تَتَّبِعُونَ إِلاَّ رَجُلاً مَسْحُورًا
"(Sәn Quran oxuyanda) onlar sәnә qulaq asdıqları zaman sәni necә dinlәdiklәrini vә zalımların öz aralarında gizli-gizli danışıb: "Siz ancaq ovsunlanmış bir adama uyursunuz!" - dediklәrini dә bilirik."
Bәzәn Peyğәmbәr (s) Kәbәdә Quran oxuyaraq insanları dinә dәvәt edәrkәn Peyğәmbәrin (s) qarşısından keçib getmәk istәyәn natiq әrәblәr әyilirdilәr ki, camaat onları görüb tanımasınlar. Allah bu barәdә Quranda buyurur:
أَلا إِنَّهُمْ يَثْنُونَ صُدُورَهُمْ لِيَسْتَخْفُواْ مِنْهُ
"Bilin ki, gizlәnmәk mәqsәdilә ikiqat olarlar."



Şərhlər

 
 
| | |

Gunahkar_Bende

11 iyul 2013 22:59 Offline
Allah razi olsun . sagolun .
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor