Mömin bəndə günah edən zaman, Allah ona həqiqi tövbə üçün 7 saat möhlət verər |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 15-04-2017, 10:21 | Şərh sayı: (0) | Baxılıb: 151
Mömin bəndə günah edən zaman, Allah ona həqiqi tövbə üçün 7 saat möhlət verər
İnsan Allaha daha yaxın olan zaman daha çox çətinliklərlə üzləşər. Bu zaman dünya möminin zindanına çevrilər. Mömin o zaman çətinlik çəkər ki, bu müsibətin imtahan və ya günahlarına görə olduğunu bilməz.
İslamın nəzərində bəlalar və çətinliklər müxtəlif səbəblərə görə olur. Allah Quranda buyurur: “Sizi pislik və yaxşılıq (xəstəlik və sağlamlıq, yoxsulluq və sərvət) ilə imtahan edirik”. (“Ənbiya” 35).
Əgər imtahan olunuruqsa, bu, bizim kamala çatmağımız və inkişaf etməyimiz üçündür. İnsanlar bəla ilə üzləşən zaman göstərdikləri rəftar və əməl sayəsində xoşbəxt və ya bədbəxt olarlar. Belə ki, əgər səbir edərək, Allahın müsibətinə razı olaraq Allah Təalaya tərəf addım atarsa, səadət əhlindən olar. Əgər narazılıq və səbirsizlik edərək Allaha etiraz edərsə, bədbəxtlərdən olar.
Başqa bir tərəfdən Allah bəzi möminləri bu dünyada etdikləri günahlara görə cəzalandırar ki, axirət üçün pak olsunlar. İmam Baqir (ə) buyurur: “Allah nə zaman bəndəsini əziz tutmaq istəsə, o halda ki, günahları vardır onu xəstə edər ki, pak olsun. Əgər günahın şiddətindən pak olmasa, onu ehtiyac sahibi edər. Əgər yenə də pak olmasa, can verən zaman çətinlik verər ki, pak olsun”.
Dünya həyatı həmişə çətinliklə doludur ki, iman əhli ondan razı olmasın və çətinliyi olmayan axirəti arzulasın. Əgər dünyada heç bir bəla olmasaydı, axirətə çox az insan meyl edərdi. İmam Əli (ə) buyurur: “Bəzən bəndələr təkəbbür sifətinə malik olduqları üçün bəla və müsibətlərə düçar olurlar ki, öz zəif və zəlilliklərini dərk etsinlər”.
Bəla insana ruhi qüvvə verər. İnsanın ruhi qüdrətini qaldırar. Əgər bizə gələn bəlanın imtahan və ya müsibət olduğunu bilmiriksə, o zaman həm qorxmalı və həm də ümidvar olmalıyıq.
İmam Sadiq (ə) buyurur: “Mömin bəndə günah edən zaman Allah ona yeddi saat möhlət verər. Əgər Allahdan bağışlanma istəsə, ona heç nə yazılmaz. Əgər bu saat keçsə və bağışlanma istəməzsə, günah yazılmış olar. Həqiqətən, mömin 20 ildən sonra günahını xatırlayarsa və Allahdan bağışlanma istəyərsə, Allah günahını bağışlayar. Kafir isə həmin saat onu unudar”.
Bəs hər tövbə qəbul olarmı?
Bir nəfər Əmirəl-möminin (ə) yanında, ona diqqət etmədən deyir: “Əstəğfirullah”. İmam (ə) ona buyurur: “Anan sənə ağlasın. İstiğfarın mənasını bilirsənmi? İstiğfar – uca məqam və dərəcədir ki, 6 mənaya malikdir:
1. Keçmişə görə peşman olmaq.
2. Günaha qayıtmamaq üçün əzm etmək.
3. İnsanların haqqını vermək, Allahla elə pak görüşəsən ki, sənin öhdəndə bir şey qalmasın.
4. Zay olmuş vacibatları yerinə yetirəsən.
5. Bədənin haramdan bitən ətini çoxlu qəm ilə əridəsən. Belə ki, dərin sümüyünə yapışsın və təzə ət bitsin.
6. İtaət əziyyətini bədəninə daddırasan. Necə ki, günahın şirinliyini daddırmışdın. O zaman deyəsən: “Əstğəfirullah!””.
İnsan əgər bu yolu düz gedərsə, Allahın rəhmət sahibi olmasında şəkk etməz. O kəs ki, həqiqi tövbə edər, Allaha tərəf yenidən qayıtmağa müvəffəq olar. Tövbənin təsirini həyatında hiss edər. Hər nə qədər tövbəmiz xalis olarsa, günaha meylimiz o qədər azalar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər