Ailədə xoş münasibət göstərməyin yolları |
Müəllif: Hesen_Mucteba | Bölmə: Məqalələr | Vaxt: 24-09-2016, 00:04 | Şərh sayı: (0) | Baxılıb: 508
Sevgi və məhəbbət hər bir xarı gülə çevirər. Eyni zamanda ailədə yaranan gərgin münasibətləri yumşaldıb,nizama sala bilər. Məhəbbət göstərməyin müxtəlif yolları vardır. Həyat yoldaşı da bu yollardan istifadə edib,öz sevgisini xanımına izhar edə bilər.
Məhəbbət göstərməyin bir neçə yolu:
1. Xidmət etmək.
Bəzi insanlar həyat yoldaşlarına sevgisini büruzə vermək üçün ona xidmət edərlər. Məsələn, həyat yoldaşınız səhər sizin üçün təzə çörək alar, ya da mənzil işlərində sizə yardım edər.
2. Vaxt ayırmaq.
Bəziləri öz məhəbbətlərini həyat yoldaşları üçün vaxt ayırmaqla büruzə verərlər. Məsələn, onunla kinoya gedər, gəzintiyə çıxar və şam yeməyinə çıxardar.
3. Hədiyyə vermək.
Bəzi insanlar xüsusi günlərdə və ya hətta adi günlərdə belə, həyat yoldaşlarına hədiyyə verməyi sevir və bununla da öz məhəbbətlərini izhar edirlər.
4. Xoş sözlər demək.
Bu yoldan kişilərin çoxu istifadə edir.Bu yol əlçatarlı və qarşı tərəfin etimadını qazanan bir yoldur.
Əgər ailədə mehriban və sevgi ilə dolu bir mühitin olmasını istəyirsinizsə, bu yollardan istifadə edin və ilk özünüzə sual verin ki, bu yollardan hansını edə bilərsiniz. Bundan başqa, siz həyat yoldaşınızı yaxşı tanıyırsınız və bilirsiniz ki, onun nələrdən xoşu gəlir. Sağlam gəzinti, hədiyyə, yoxsa xidmət etməkdən. Həyat yoldaşınızın ehtiyaclarını bildiyiniz üçün onları aradan qaldırmağa çalışın və müxtəlif zamanlarda öz ehtiyaclarınız haqqında onunla bölüşün.
Xanımlar nəzərə almalıdır ki, kişilər onlarla şəffaf və aydın şəkildə söhbət edilməsini sevirlər. Onlar dolayı yolla deyilmiş cümlələri xoşlamazlar. Məsələn, həyat yoldaınıza deməyin ki, “sən əslən mənimlə söhbət etməyi bacarmırsan”. İnanın ki, bu cümləniz ilə nə özünüzə və nə də başqalarına kömək edə bilməzsiniz. Əksinə həyat yoldaşınıza deyin: “Mən istəyirəm ki, məni susmuş halda görəndə mənimlə söhbət edəsən, bu zaman mən özümü bəxtəvər hiss edirəm”.
Təzə ailə qurduğunuz zamanı xatırlayın və hansı şeylərin sizi sevindirdiyini və nəyin sizi bir-birinizə daha yaxın etdiyini yada salmağa çalışın. Sonra xoş xatirələrinizi həyat yoldaşınızla bir yerdə yada salıb, həmin xoş anlara qayıtmağa çalışın.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər