İnsanın canını kim alır? |
Müəllif: Hesen_Mucteba | Bölmə: Məqalələr | Vaxt: 21-09-2016, 15:19 | Şərh sayı: (0) | Baxılıb: 410
Bu varlıq aləmində hər bir canlı Allahın iznilə dünyaya gəlib,Allahın izni ilə dünyadan gedir. Hətta İlahi peyğəmbərlər belə Onun izni ilə dünyaya gəlir və insanların hidayəti üçün vəzifələnirlər.
Peyğəmbərin (s.a.v.v) sinəsinə nazil edilən Quran da Allahın izni ilə olmuşdur. “Heç bir peyğəmbər heç vaxt Allahın izni olmadan bir ayə və möcüzə (yaxud bir əzab) gətirə bilməz (və bu, ağıl baxımından da mümkün deyildir). Beləliklə (mələklərə hansısa bir millətin məhvi barəsində) Allahın əmri gələn zaman (onların arasında əməli şəkildə) haqq əsasında hökm olunar və orada batil düşünənlər, batil deyənlər və batilə meyil göstərənlər ziyana uğrayarlar."(Ğafir,78).
Quran buyurur: “(Ya Peyğəmbər!) de: «Sizə müvəkkil olan ölüm mələyi sizi(n varlığınızın bütün həqiqətini təşkil edən ruhunuzu) kamil surətdə (bədəninizdən) alar (ayırar), (ruh qalar və bədən isə torpağa çevrilər), sonra (Qiyamətdə, həmin bədənin qəlibində) öz Rəbbinizin hüzuruna qaytarılacaqsınız!».
Quranda Allah Təala bəzi işləri Özünə nisbət verir və bəzilərini də başqalarına. Misal üçün, insan canını almaq barəsində buyurur: Ölüm zamanı insanların ruhunu (onunla bədən arasında heç bir əlaqənin qalmadığı şəkildə) tamamilə, ölməmiş kəsdən isə yuxuda (zahiri əlaqənin kəsildiyi, batini əlaqənin isə qaldığı naqis şəkildə) alan Allahdır. (Zumər,42).
Halbuki Quran başqa yerdə buyurur: (Ya Peyğəmbər!) de: Sizə müvəkkil olan ölüm mələyi sizi(n varlığınızın bütün həqiqətini təşkil edən ruhunuzu) kamil surətdə (bədəninizdən) alar (ayırar).(Səcdə,ayə 11).
Sizin (cisim və ruhunuzu qorumaq üçün) üzərinizə gözətçilər göndərir, nəhayət sizdən birinizin ölümü yetişəndə, Bizim elçilərimiz (Əzrail və köməkçiləri) onun canını alırlar. Onlar (həmin can alan mələklər) əsla səhlənkarlıq etməzlər. (Ənam,ayə 61).
Bu üç ayənin hər biri insan ruhunun alınmasına işarə edir.Bəzilərində canları mələklər alır,bəzilərində Əzrail Onların hamısı aldıqları bu ruhları Allaha təhvil verir.
Bu ayələrdən nəticəyə gəlmək olur ki, varlıq aləmində heç bir şey Allahın izni olmadan həyata keçməz. Bu aləmdə baş verən hər bir hadisə, insanların dünyaya gəlişi, ölümü – hamısı Allahın izni ilə baş verər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər