İŞİD: İslam adına iddia edən bütpərəstlər |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 17-09-2016, 11:59 | Şərh sayı: (0) | Baxılıb: 265
İŞİD: İslam adına iddia edən bütpərəstlər

Belə ki, İŞİD Qurban bayramı münasibətilə Suriyanın Deyr əz Zor şəhərində 18 şəxsin başını kəsib. Nə qədər dəhşətli səslənsə də, İslamın ana xəttinə zidd olsa da, amma terrorçular bu bəşəri cinayəti məhz müsəlmanların 2 ən böyük bayramından biri – Qurban bayramına həsr ediblər. Edam anları İŞİD-in hazırladığıı və yaydığı "The Making of Illusion" ("İllüziyanın hazırlanması") adlı videosunda əks olunub. Terrorçular casusluqda ittiham etdikləri əsirləri ilə eyni ilə qurbanlıq heyvanlar kimi davranıblar.
Videoda amerikalı aktyor, Hollivud ulduzu Tom Kruzun baş rolda oynadığı "Mission: Impossible - Rogue Nation" filmindən kadrlardan da istifadə olunub.
Kadr arxasındakı səs Fransa, Almaniya, Belçikadakı teraktlardan bəhs edir, İŞİD-in "qisas aksiyalarının davam edəcəyi"ni vurğulayır, "səlibçilərin, sionistlərin və imperialistlərin məğlub olacağını" deyir.
Sallaqxananın tavanından böyük dəmir qarmaqlar asılıb. Əynində ağ əba, əlində böyük bıçaq olan İŞİD cəlladı "cünaşkarların çirkin əməlləri"ndən bəhs edir, sonra ilk "qurban"ını seçir. O, əyinlərində narıncı kombinezon, qolları bağlı biçarələrdən birinin saçından tutub sürüyür, mal-qara kəsilən yerə aparır.
Burada cəllad qurbanını ayaqlarından asır və sonra da onun başını kəsir, "Allah qurbanımızı qəbul etsin! Qurban bayramınız mübarək!" deyir.
Daha sonra 17 nəfər bu minvalla edam olunur, onların başları bədənlərindən ayrılır.
12 dəqiqəlik videoda İŞİD-in ötən edamlarının bəziləri də əks olunub.
Bu hadisə bir daha sübut edir ki, İŞİD-in, bu terror təşkilatının hərəkətlərinə bəraət qazandıran cərəyanın təməlini İslam deyil, anti-İslam, əslində isə bütpərəstlik təşkil edir. Çünki məhz bütpərəstlikdə, İslama qədər olan dövrdə insanların bütlərə qurban verilməsi praktikası mövcud idi. Amma İslam nazil olandan sonra bu vəhşiliyi qəti qadağan etdi. Göründüyü kimi, İŞİD-in iç üzü bir daha tam faş oldu. Artıq bu təşkilatın İslama aid olduğunu ancaq ya ağıl payından məhrum olanlar, ya da İslama düşmən kəsilənlər iddia edə bilərlər.

Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər