Dəriyə təsirli.. |
Müəllif: Eli Aşiqi | Bölmə: Məqalələr | Vaxt: 8-07-2015, 00:13 | Şərh sayı: (0) | Baxılıb: 608
Dəriyə təsirli..
Peyğəmbər (s) Həzrət Əliyə (ə) buyurdu: Duzdan istifadə et, duz cüzam, dəridə ala və dəlilik də daxil olmaqla 70 xəstəliyin dərmanıdır,
Dərini necə qorumaq?
Həzrət Peyğəmbər (s) buyurur: Hər bir müsəlman həftədə bir dəfə qüsl verməli, baş və bədənini yumalıdır... Hər tükün altda cənabət var, tükləri yuyun, dərini təmizləyin.
Yorğunluğa qarşı...
Bir yerə gedəndə həmin yerin soğanından yeyin. Gözünüz işıqlanar, tükləriniz təmizlənər, belinizin suyu artar, yerişiniz itiləşər, çöhrəniz açılar, yorğunluğunuz aradan qalxar.
Zökəm və dəri xəstəlikləri...
Həzrət Peyğəmbər (s) buyurur: İnsan bədənində iki mühüm damar var. Biri cüzama səbəb olan baş damarı, biri dəridə ala yaradan bədən damarı. Əgər baş damarında fəsad yaransa Allah zökəm xəstəliyi ilə onu sağaldar. Əgər bədən damarında fəsad yaransa Allah kurək xəstəliyi ilə onu aradan qaldırar. Buna görə də zökəm və kurək olanda Allaha şükür edin.
Bir daha ət və süd haqqında...
Həzrət Peyğəmbər (s) buyurur: Ət və süd bədəni ət-qana gətirər, sümükləri möhkəmləndirər. Eləcə də ət görmə və eşitmə qabiliyyətini artırar.
Babasilə qarşı...
Həzrət Peyğəmbər (s) buyurur: Babasil xəstəliyini aradan qaldırmaq üçün təzə ya quru əncir yeyin. Əncir cinsi qabiliyyəti artırar, soyuqdəyməni aradan qaldırar.
Meyvələrin zərərinə qarşı...
Həzrət Peyğəmbər (s) buyurur: Kim Allahın adı ilə meyvə yeməyə başlasa meyvə ona zərər yetirməz... Həzrət (s) buyurur: Kim bir növ meyvə yesə bu meyvədən ona zərər dəyməz.
Əti yuyun!
Həzrət Peyğəmbər (s) buyurur: Qardaşım İsa (s) bir şəhərdən ötüb keçirdi. Gördü ki, şəhər əhalisinin çöhrəsi sarı, göz hədəqəsi göydür. Onlar İsaya (s) xəstəliklərindən şikayətləndilər. Həzrət İsa (s) buyurdu: Dərmanınız öz əlinizdədir. Əti yumamış bişirib yeyirsiniz. Hansı ki, cənabəti olmayan bir şey yoxdur... Şəhər əhalisi həmin vaxtdan əti yumağa başladı. Bununla da xəstəliklər aradan qalxdı.
Duzu yaddan çıxarma...
Həzrət Peyğəmbər (s) buyurur: Yeməyə duzla başlayıb, onu duzla başa çatdırsan cüzam və ala da daxil oçmaqla 72 xəstəlikdən amanda qalarsan.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər