Qadın-kişi münasibətləri |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 11-07-2016, 20:30 | Şərh sayı: (0) | Baxılıb: 601
Qadın-kişi münasibətləri
"Еy Pеyğәmbәr! Mömin kişilәrә dе ki, gözlәrini hаrаm еdilmiş şеylәrdәn çеvirsinlәr (nаmәhrәmә bахmаsınlаr), аyıb yеrlәrini (zinаdаn) qоrusunlаr. Bu оnlаrın pаklığı üçün dаhа yахşıdır. Şübhәsiz ki, Аllаh оnlаrın nә еtdiklәrindәn хәbәrdаrdır! Möminә qаdınlаrа dа dе ki, gözlәrini (hаrаm bахışlаrdаn) örtsünlәr vә аyıb yеrlәrini (zinаdаn) qоrusunlаr…Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini (boyun, sinə, saç və….), görünən (üst paltarları,əl və üz kimi) istisna olmaqla, üzə çıxarmasınlar…..”(Nur30-31).
Cəmiyyətimizdə diqqət yetirməli olduğumuz seçilmiş mövzulardan biri də qadın–kişi (naməhrəm) münasibətləri və bununla bağlı irəli gələn problemlərdir. Dinimizdə baxmaq, söhbət etmək, gəzintiyə çıxmaq, görüşmək, gülmək, bir sözlə həyatın hər bir sahəsinin ayrı-ayrılıqda çərçivə və hüfudları var. Dövrümüzdə insanlar nəinki bu qayda-qanunlara riayət etmir hətta, qadın və kişi münasibətlərində həddi o qədər aşmaqdadırlar ki, bu üzdən ölkəmizdə cinayət, təcavüz, əxlaqsızlıq, intihar kimi bir çox fəsad və bədbəxtçiliklərlə dolu hadisələr gün keçdikcə artmaqdadır. İslam şəriətindən uzaqlıq və xəbərsizliyin nəticəsidir (başlıca səbəblərdən yalnız biri budur) ki, küçələrə və uşaq evlərinə atılan qeyri-qanuni (zinadan) dünyaya gəlmiş günahsız körpələrimiz var. Əksər xoşagəlməz hadisələrin mənbəyini araşdırmağa çalışsaq, onun kökünün naməhrəm qadın-kişi münasibətlərindən qaynaqlandığını müşahidə edərik. Fikrimcə uzun-uzadı araşdırmağa belə ehtiyac yoxdur. Paytaxt şəhərimizdə metro stansiyalarına, gözəl parklarımıza, toy məclislərinə, dənizkənarı bulvarımıza və hətta, təhsil ocaqlarına gözucu bir nəzər salmaq kifayətdir ki, bir qisim yeniyetmə və cavanların, qadın və kişilərin ürək ağrıdan, bəzən də utancverici halından xəbərdar olaq. Əlbəttə, rayon və kəndlərimizdə də bu məsələ ilə bağlı özünəməxsus problemlər var. Məsələn: Hələ də bir çox bölgələrimizdə gəlinin qaynata yanında (qaynata məhrəm olduğu halda) başı açıq gəzməsinin böyük ədəbsizlik və günah kimi bilindiyini nəzərə alsaq, amma naməhrəm qarşısına bəzənib-düzənib çıxması heç də eyib sayılmır. Bəziləri öz məhrəmləri (ata, qardaş, qaynata və s.) arasında həya etdiyi halda, naməhrəmlər arasında bütün gözəlliklərini nümayiş etdirirlər. Bir çoxlarına bu sözüm toxunsa da necə deyərlər: "Gəlin əyri oturub düz danışaq!” Görəsən yüzdən neçə xanım evdə həyat yoldaşı üçün özünə bəzək-düzək verməyi üstün tutur? Yoxsa yad və xəyanətkar baxışlar daha mühüm olub? Azdırmı evdə baxımsız qalıb, çölə çıxarkən saatlarla güzgü qarşısında dayanan qadınlar? Allah-taala gözəlliyə meyli insanlara verdiyindən bəzənib-düzənmə qadınlar üçün təbii istəkdir. Əgər qadın evdə öz həyat yoldaşı üçün bu işi görərsə, ailədə məhəbbət artar. Amma, qadının bəzənib küçəyə çıxması ailənin möhkəmliyini sarsıdıb, cəmiyyətimizi fitnə-fəsad olan səmtə yuvarlayır. Küçədə yüzlərlə bəzənmiş qadınlarla rastlaşan kişi öz həyat yoldaşına qarşı biganə olur. Subay insanlar isə ehtirası oyadan mənzərələrlə qarşılaşdıqda psixoloji rahatlığını itirir. Gördüyü əxlaqsız mənzərələrdən insanların bəziləri özlərini cilovlaya bilir, bəziləri isə hətta cinayət yolu ilə də olsa, cinsi qərizələrini təmin etməyə çalışır. Bu səhnələrdən təhrik olmuş gənclər evdən qaçır, özünü öldürür, müxtəlif cinsi xəstəliklərə yoluxur. Əbəs yerə deyil ki, dinimiz qadın və kişinin naməhrəmlərlə münasibətində daha diqqətli olmasını, İslam şəriəti çərçivəsindən kənara çıxmamağı əmr etmişdir. Doğrudur, ailə qurmaq istəyi, iş ortamı, qohumluq əlaqələri, təhsil ocaqlarının şəraiti, bəzən də nəfsi istəklər səbəb olur ki, naməhrəmlərlə əlaqə qurulsun. Amma, bunlar münasibətləri ifrat həddinə çatdırmaq üçün dəlil olmamalıdır. Bəşəriyyətin düz və haqq yoldan çıxmasının əsas amili onun, hansısa bir dəyərə üz tutaraq onu şişirtməsi və ona qapılmasıdır. Bu, bütün digər dəyərlərin məhv olmasına səbəb olur. Elə bu üzdən insanlar münasibətlərində də İslam şəriətindən kənara çıxmadan orta həddi tutmalı, ifrat və təfrit yolundan uzaq durmalıdırlar!
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər