Allahım! |
Müəllif: Eli Aşiqi | Bölmə: Dualar | Vaxt: 14-04-2015, 20:16 | Şərh sayı: (0) | Baxılıb: 931
Allahım!
Allahım! - Qəlbimi və dilimi , qulaqlarımı və gözümü nurlu et üstümü və altımı, sağımı və solumu ,önümü və arxamı nurlu et.
Allahım! - Mənə , əzələlərimə ,cəsədimə, qanıma, saçlarıma və vücuduma nur ver.
Allahım! - Sənə zikir etməkdə Sənə şükür etməkdə və sənə gözəl ibadət etməkdə mənə yardım et.
Allahım! - Xəsislikdən və qorxaxlıqdan,rəzil ömür sürməkdən sənə sığınıram.Dünya fitnəsindən , qəbr əzabından Sənə sığınıram
Allahım! - Səndən cənnəti diləyirəm. Bizi imanla zinətləndir və hidayətləndir, bizdən qabaq doğru yol ilə gedənlərdən et. Səndən günahlarımızın bağışlanmasını diləyirəm .
Allahım! -Səndən faydalı elm alb xalqa xeyir verən əməli salehlərdən olmagı diləyirəm. Halal xeyirli ruzi bərəkət diləyirəm.
Allahım ! - Bədənimə, qulaqlarıma və gözlərimə sağlamlıq ver.Dünya və axirətdə Səndən bağışlanmaq diləyirəm.
Allahım ! - Qüsurlarımızı gizlət, qorxduğumuz şeylərdən bizi qoru.Ayagımızın altını qazayanların xəyanətindən Sənin əzəmətinə sığınıram.
Allahım! - Sənə zikir etməkdə Sənə şükür etməkdə və sənə gözəl ibadət etməkdə Mənə yardım et.
Allahım!- Günahlarımın hamısını kiciyini və böyüyünü, ilkini və sonuncusunu , gizlisini və aşkarını bağışla.O gündən bagışla ki, dünyaya göz açmışıq.O günə qədər bağışla ki, dünyaya güz yumacağıq...
Allahım!- Dinimiz ,dünyamız , ailəmiz və malımız haqda Səndən bağışlama və sağlamlıq diləyirəm.
Allahım!- Ən böyük düşmənimiz olan nəfisimizdən , qovulmuş şeytanın şərrindən ,vəsvəsəsindən , xətadan , bəladan , qəzadan , tokdan-alovdan,təbii fəlakətlərdən, dedi-qodudan, davadan-şavadan, qiybətdən, şərdən, böhtandan haramcılıqdan, murdarcılıqdan, duadan-cadudan, fitnə-fəsatda , təbii fəlakətlərdən hərcür bəla və müsübətlərdən sənə sığınırıq. Öz kölgəni bizdən əsirgəmə.
Allahım! sənə açılan əlləri boş qaytarma..!
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər