İmam Mehdi (ə.f) ümumdünya dövlətini necə idarə edəcək? |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 24-01-2016, 16:26 | Şərh sayı: (0) | Baxılıb: 2443
İmam Mehdi (ə.f) ümumdünya dövlətini necə idarə edəcək?
İmam Sadiqin (ə) dostlarından biri sual verdi ki, İmam Mehdi (ə.f) dövləti idarə etməkdə hansı üsullardan istifadə edəcəkdir?
İmam (ə) buyurdu: «Yəsnəu ma sənəə rəsulullahi yəhdimu ma kanə qəbləhu, kəma hədəmə rəsulullahi əmrəl cahiliyyəti, vəyəstəniful islamə cədidən».
Yəni: «O, elə Allah Peyğəmbərinin (s) etdiyi işləri edəcəkdir. Allah Rəsulu (s) kimi keçmişlərin xurafat və düzgün olmayan qayda-qanunlarını məhv edəcəkdir. Necə ki Peyğəmbərimiz (s) İslamdan əvvəlki cahiliyyət dövrünün qayda-qanunlarını məhv etdi və İslamı yenidən qurdu. (Şəriət qanunlarına qarışmış mövhumat və xurafatları əsl İslam qanunlarından təmizləyəcək.)»
Qısa izah:
İlahi ayinlər başlanğıcda saf və pak olur. Ancaq zaman keçdikcə cahillərin alçaq fikirləri, bədxahların çirkin əməlləri və qafillərin şəxsi zövqlərinin nəticəsində elə dəyişilir ki, öz təravət və paklığını tamamilə əldən verir. Tövhid şirk növləri ilə qarışır, qurucu fikirlər fırıldaqçıların yalanları ilə dəyişilir, Allahın insan yetişdirən qanunları dini və qeyri-dini istəklərə qurban verilir və öz orjinallığını əldən verir. Allahın höccəti Sahibəz-zaman İmam Mehdi (ə.f) bütün bu çatışmamazlıqlara son qoyar və İslamı bu çirkinliklərdən təmizləyib, ona təzə bir həyat bəxş edər.
İmam Mehdinin (ə.f) özünün və ariflərin sifariş etdiyi bu məşhur dua İmam (ə.f) qeybdə olarkən zühurun tezləşməsi üçün oxunur:
Bu dua «İlahi əzuməl bəla» (İlahi bəlalar böyüdü) adı ilə məşhurdur. Müsəlmanların bir vəzifəsi də bəşəriyyətin xilaskarı olan bir şəxsin gəlişi üçün Allaha dua etməkdir. Yaxşı olar ki, bu mübarək dua hər namazdan sonra oxunsun. Hədislərdə də bildirilmişdir ki, zühurun tezləşməsi üçün dua edin, çünki bu sizin qurtuluşunuzdur (red. – mütərcim).
Əllahummə əzuməl bəlau və bərihəl xəfau, vənkəşəfəl ğitau vənqətəərrəcu və zaqətil ərzu və muniətissəmau və iləykə ya rəbbil muştəka və ələykəl muəvvəlu fişşiddəti vərrəxa.
Əllahummə səlli əla Muhəmmədin və alih.
Əlləzinə fərəztə ələyna taətəhum, fə ərrəftəna bizalikə mənzilətəhum, fə fərric ənna bihəqqihim fərəcən acilən, qəribən kələmhil bəsəri əvhuvə əqrəbu min zalikə.
Ya Muhəmmədu, ya Əliyyu, ya Əliyyu ya Muhəmməd.
Unsurani fə innəkuma nasirayə vəkfiyani fə innəkuma kafiyayə
Ya movlayə, ya sahibəz-zəman!
Əlğous, əlğous, əlğous
Ədrikni, ədrikni, ədrikni.
«İlahi bəlalar böyüdü, gizlilər aşkar oldu, işlərin üstündən pərdələr çəkildi, yer bizə dar oldu və səma öz rəhmət yağışını, mərhəmətini bizdən əsirgədi. Şikayətimiz Sənədir və Sən hər bir çətinlik və asanlıqda bizim güvənc yerimizsən.
İlahi, Muhəmməd və onun övladlarına bizdən salam yetir. Bizim salamımızı o kəslərə çatdır ki, onlara itaət etməyi bizə vacib etmisən və bu vacib etməklə onların kim olduqlarını bizə tanıtdırmısan. Onların Sənin yanında olan hörmətinə xatir zühuru tezləşdir, yaxşılaşdır, bir göz qırpımında bu işin həyata keçməsini tezləşdir və hətta bu işi ondan da tez həyata keçir.
Ya Muhəmməd, ya Əli, ya Əli, ya Muhəmməd, sizlər mənə kömək edin, həqiqətən, siz mənim kömək yerimsiz, siz mənə bəs edin, həqiqətən də, siz mənə kifayətsiniz.
Ya mövla, ya Sahibəz-zaman, fəryada yetiş, fəryada yetiş, fəryada yetiş, köməyimə çat, köməyimə çat, köməyimə çat».
«İlahi, sən çətinlikləri, müsibətləri aradan götürənsən. Mən yalnız Səndən kömək istəyirəm, kömək də yalnız Sənin yanındadır. Sən dünya və axirətin Rəbbisən.
Onda sınaqlara çəkilən, bəlalara düçar olan həqir bəndənin fəryadına çat. Ey fəryad edənlərin dadına çatan! Bu bəndənə öz ağasını göstər, ey qüvvəsi şiddətli olan! O həzrətin səbəbi ilə bəndəndən qəm-qüssəni yu, kədəri aparıb və ürək yanğısını sərinləşdir... Ey O kəs ki, hamımız Ona tərəf qayıdacağıq!
İlahi! Onun vasitəsilə haqqı bərqərar, batili isə məhv et... Onun itaətində olmaqda, ona qarşı müxalifət etməməkdə bizə yardım et!
Namazlarımızı onun xatirinə qəbul olunmuş, günahlarımızı onun xatirinə bağışlanmış, dualarımızı onun xatirinə müstəcab olmuş qərar ver, ruzimizi onun xatirinə bol, qəm-qüssəmizi onun xatirinə yuyulmuş, ehtiyacımızı onun xatirinə təmin olunmuş qərar ver. Bizə rəhmət nəzəri ilə bax, belə ki o rəhmət səbəbiylə Sənin tərəfindən gələn kəraməti kamil surətdə əldə edək. Daha sonra o rəhməti öz ehsanınla bizdən başqa tərəfə çevirmə (bizdən alma). Ey rəhm edənlərin ən rəhimlisi!»
Amin! Ya Rəbbəl aləmin!
İmam Mehdiyə (ə.f) aid olan «Nüdbə» duasından parçalar.[1]
[1] Nicat günü kitabından
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər