“Həcərül-əsvəd” daşı |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 2-01-2016, 23:15 | Şərh sayı: (0) | Baxılıb: 1066
“Həcərül-əsvəd” daşı
"Həcərül-əsvəd” daşı Kəbə bina olunan gündən sonra orada qərar tutub.
Bütün təriqələrin rəvayətlərinə görə bu daşı Həzrəti Adəm (əleyhissalam) behiştdən özü ilə birlikdə gətirib.
Bu daş, zaman ötdükcə öz həcmini dəyişərək kiçilmişdir.
Hal-hazırda onu Kəbə səthindən 1,5 m hündürlükdə küncdə, gümüş qabda saxlayırlar. Bu daşın rəngi əvvəllər ağ idi, lakin ya günahkar bəndələrin ona əl vurmaqlarından, ya da Kəbə binasının dəfələrlə od tutub yanmasından qaralıb.
Bir rəvayətə görə bu daş əvvəllər mələk olub, sonralar daş şəklinə düşüb. (Bunu da xatırlatmaq lazımdır ki, mələk it və donuzdan başqa hər bir şəklə düşə bilər.)
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: "Həcərül-əsvəd yer üzərində Allahın "sağ əli”dir. İnsanlar ona əl vurmaqla Allahla peyman bağlayırlar.”
Həzrət Əli (əleyhissalam) buyurub: "Qiyamət günü "Həcərül-əsvəd” daşı dil açıb şəhadət verəcəkdir ki, kimlər öz əhdinə sadiq olub və kimlər əhdə vəfasız çıxıblar.”
Hicrətin 63-cü ili Yezidin Kəbəyə hücumu nəticəsində bu müqəddəs daş üç hissəyə parçalanmışdı. Sonralar onu Abdullah ibni Zübeyr gümüşə tutmuşdur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər