Elm və əməl xilqətin nəticəsidir |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 5-10-2015, 11:30 | Şərh sayı: (0) | Baxılıb: 410
Elm və əməl xilqətin nəticəsidir
Yaradılışdan məqsəd elm və əməldir. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-in göstərişləri də məhz bu məqsədlədir. Günahlardan paklanmaq üçün. Həzrəti Sadiq əleyhis-salam buyurur: "Qəlb üçün günahdan pis olan bir şey yoxdur. De: ey mənim Pərvərdigarım, bizi günahlardan pakla!”
"Məcməül-bəyan” təfsirində və "Hədisi-qüdsi”də deyilir: "Xudavəndi-aləm İsəbni Məryəm əleyhis-salama buyurdu: "Mənim səndən razılığım və xoşhal olmağım o vaxtdır ki, qorxu və tamah (qorxu və ümid) üzü ilə Mənə üz gətirəsən, Məni çağırasan. Xülasə, dilənçilik əllərini İlahinin dərgahına uzatmaq, acizlik, ehtiyacsızlıq üzündən Ona diqqət yetirmək. Allah dərgahında dildə yaltaqlanmaq özü şərəf, səadət və fəxrdir ki, onun fövqündə heç nə təsəvvür olunmaz.
ömür keçir, hər vaxt görsən ki, başında və ya üzlərində ağ tüklər zahir oldu, ölümün əlamətidir.
Axar suyun qırağında otur öz ömrünün çay kimi necə ötüb keçdiyini gör.
Bu dünyadan köçənlərə işarənin özü bizim üçün kifayətdir. Nə qədər ki, ömür sərmayəsi qurtarmayıb səfər azuqəsini götürüb səfərə hazırlaşın, Allaha ahu-nalə edib Ondan mərifətin çoxluğunu, əməli-saleh tovfiqini istəyin. Bu ayələr təkcə Peyğəmbər dövrünün müşriklərinə məxsus deyil, bütün zamanlara şamildir. Dinsiz materialistlər nə deyirlər? Elə bu cür öz-özünə vücuda gəlmisiniz? Sizin əllərinizi vücuda gətirməyiblər? Əgər divarda bir rəsm əsərini görsən deyərsən ki, hökmən bunun bir nəqqaşı var, rəssamı var. Bəs onda sənin üzünün gözəl surətinin nəqqaşı kimdir? Bu gözəl qaşları, badamı gözləri yaradan kimdir ki, onu nə üçbucaq, nə dördbucaq yaradıb, çirkin qərar verməyib. Gözün küncünü deşik yaratmışdır ki, gözün çirkabları burun yolu ilə çıxsın. Bunlar hamısı Allahın müsəvvir (surət verən) olmasını çatdırmaqdır.
Sonra xarici aləmi xatırlayıb buyurur: "özündən keç! Başının üstündəki bu çıraqlar nədir? Onları kim hərəkət etdirir? Ən kiçik ulduzlar yer kürəsindən 8 dəfə böyükdür. Günəş yer kürəsindən 1200000 dəfə böyükdür. Bu yer kürəsini günəşlə müqayisə et! Hansı qüdrət bunları dövr etdirir. Yaxud indiki astronomların dediyi kimi, günəş və s. göy cisimləri müəyyən bir nöqtə ətrafında fırlanırlar. İynənin ucu qədər də hərəkətlərində azalıb-çoxalmaq müşahidə olunmur. Dörd fəsil yer kürəsinin günəş ətrafında fırlanması nəticəsində əmələ gəlir. Hər bir mövcud öz hüdudunda ona tapşırılan işi yerinə yetirməyə məşğuldur. Amma insan öhdəsinə qoyulan vəzifələrdən boyun qaçırır.
Təbiətə materialistlər nə deyirlər? Dediklərinin hamısı təxmin üzərindəndir, nəinki yəqinlik. Hətta onların filosofları və böyük alimləri öz dediklərini dəlil ilə sübut etmirlər. Məsələn, deyirlər ki, pələngin dərisinin rəngli olmasının səbəbi budur ki, o meşədə ağacların altında yatmışdır. Günəş ağacın yarpaqları arasından onun üstünə düşmüş və nəticədə rəngi bu cür olmuşdur. Biz onlara deyirik ki, pələngin balası əvvəldə bu rəngdə olmamalıdır, halbuki elə doğulandan belədir. İkinci sözümüz də budur ki, pələng yatdığı vaxt bədəninin günəşlə müqabil olan tərəfi də bu cür olmalıdır, halbuki bütün bədəni zolaq-zolaqdır. Üçüncüsü də budur ki, sair heyvanlarda pələng kimi meşədə yaşayırlarsa rəngi onlar kimi olmalıdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər