Bəsirət |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 29-09-2015, 22:51 | Şərh sayı: (0) | Baxılıb: 605
Bəsirət
Quran:
«Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvanlar kimi, hətta onlardan da azğındırlar. Onlar həmin qafillərdir.»
780.Allahın Peyğəmbəri (s):«Kor, gözü görməyən deyil, (həqiqi) kor– bəsirət gözü kor olandır.»
781.İmam Əli (ə):«Bəsirət gözü kor olan zaman gözün baxmasının faydası yoxdur.»
782.İmam Əli (ə):«Bəsirətli eşidərək düşünən, baxaraq görən, ibrətlərdən bəhrələnən, sonra aydın yolları qət edən və beləliklə uçurumlara düşməkdən çəkinən şəxsdir.»
783.İmam Əli (ə):«Görmək baxmaqla deyil. Çünki gözlər bə‘zən sahiblərini aldadırlar. Lakin ağıl ondan nəsihət istəyəni aldatmır.»
784.İmam Əli (ə):«Gözü itirmək bəsirəti itirməkdən asandır.»
785.İmam Əli (ə):«İnsanların ən bəsirətlisi öz eyblərini görən və öz günahlarından əl çəkən şəxsdir.»
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər