RSS
 

Login:
Şifrə:
» » Bakıda 30 yaşlı xanım məktəb direktoruna SƏRT İTTİHAMLAR

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Bakıda 30 yaşlı xanım məktəb direktoruna SƏRT İTTİHAMLAR

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 4-11-2015, 17:24 | Şərh sayı: (0) | Baxılıb: 326

Bakıda 30 yaşlı xanım məktəb direktoruna SƏRT İTTİHAMLAR


Bakıda 30 yaşlı xanım məktəb direktoruna SƏRT İTTİHAMLAR


Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 196 nömrəli məktəbdəki korrupsiya halları və özbaşınalıqlarla bağlı aznews.az-ın redaksiyasına ilginc məlumatlar daxil olub.

Milli.Az xəbər verir ki, məlumatlarda yeni təyin olunan direktorun məktəbdə özbaşına təyinatlar apardığı, müəllimlərdən məcburi pul aldığı iddia olunur.

Bildirilir ki, 1985-ci il təvəllüdlü direktor Sevinc Mehdiyeva 196 nömrəli məktəbə yeni təyin olunub və o, direktor postuna gələn kimi məktəbin Uşaq Birliyinin rəhbəri Firəngiz Kazımovanı heç bir səbəb göstərmədən - "səndən xoşum gəlmir" deyib işdən çıxarıb.

Xanım direktor az sonra təsərrüfat işləri üzrə müavin Ülkər Zeynalovanı da işdən qovub. O, Ü.Zeynalovanın işinə bülletendə olduğu bir vaxtda xitam verib. Təsərrüfat işləri üzrə müavin postuna isə öz atası Əlisəfa Hüseynovu "təyin edib". Direktor atasının vəzifəsini rəsmiləşdirə bilməsə də, faktiki olaraq o, həmin vəzifəni icra edir.

Yeri gəlmişkən, korrupsiyaya qarşı mübarizə haqqında qanunun 7-ci maddəsində, yaxın qohumların birgə işləməsinə yol verilməsi, həmin maddənin 1-ci bəndində isə vəzifəli şəxslərin yaxın qohumlarının, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan hər hansı bir vəzifə tuta bilməsi qadağan edilir.

Digər iddiaya görə, direktor tədris ili başlayan kimi dərs yükü çox olan müəllimlərdən 200 manat pul tələb edib. Direktor müəllimlər günündə də hər kəsə onu "görmələrini" tapşırıb və müəllimlərin hər birindən 50 manat pul alıb.

Bilidirilir ki, S.Mehdiyevanın əsas gəlir mənbəyi HBƏT dərsləridir. Belə ki, direktor bu dərslərə ayrılan vəsaiti ayrı-ayrı müəllimlərin adına yazdırır, amma maaş vaxtı o pulları geri alır. Onu da bildirək ki, bu dərsin hər saatı üçün təxminən 16 manat pul ayrılır.

Direktorun başqa gəlir mənbəyi də var. 30 yaşlı direktor məktəb işçilərini ağır maddəylə işdən çıxarır, daha sonra pul və ya başqa qarşılıq müqabilində onun əmrini və ya əmək kitabçasını yenisiylə əvəzləyir.
İşdən çıxarılan Uşaq Birliyinin rəhbəri F.Kazımovaya qarşı da eyni hərəkət olub. Belə ki, F.Kazımova Əmək Məcəlləsinin ağır maddələrindən biri hesab olun 70-ci maddənin "Ç" bəndiylə işdən azad edilib. Sonradan onun əmək kitabçası dəyişdirilib və işdən çıxarılma səbəbi başqa bir maddəylə əvəzlənib.

Məsələ ilə bağlı Təhsil Nazirliyinə də məlumat verilib. Lakin nazirlik məsələnin üzərindən keçib və bununla bağlı heç bir tədbir görülməyib.
Halbuki, nazirlik direktorun bu əməlini müəllimənin əmək kitabçası və məktəbin qeydiyyat kitabçasını yoxlamaqla çox asanlıqla sübut edə bilərdi. Müəllimənin əmək kitabçasındakı maddə dəyişdirilə bilsə də, məktəbin qeydiyyat kitabında yazılanları dəyişdirmək mümkün deyil.

Müraciətdə qeyd olunur ki, direktorun bu əməlləriylə bağlı məktəb kollektivi dəfələrlə Təhsil Nazirliyinin "qaynar xətt"inə müraciət edib, nazirlikdə və Bakı Şəhər Təhsil İdarəsində olublar. Lakin buna baxmayaraq ki, direktorun özbaşınalıqlarına son qoyulmayıb.

Məktəb kollektivinin direktorun əməlləri ilə bağlı bu günlərdə yenidən nazirə müraciət edəcəyi də verilən məlumatlar sırasındadır.

Sözügedən işçilərin işdən çıxarılması ilə bağlı məktəblə əlaqə saxladıq. Direktorun özü ilə danışmağa müvəffəq olmasaq da, suallarımızı direktorun müavini Aidə Cəfərova cavablandırdı. O, yalnız Firəngiz Kazımovanı və Ülkər Zeynalovanın vəzifələrindən azad edildiyini təsdiqlədi. Direktor Sevinc Mehdiyeva və onun atası Əlisəfa Hüseynovun isə işdə olmadığını bildirdi.

Direktorun qanunsuz əməlləri ilə bağlı redaksiyamıza daxil olan məlumatları dəqiqləşdirmək üçün Təhsil Nazirliyi ilə də əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov aznews.az-a açıqlamasında bildirdi ki, direktorun hansısa müəllimi işdən çıxarmaq kimi səlahiyyəti yoxdur: "Bu, yalnız mərkəzləşmiş şəkildə, daha yüksək instansiyalar tərəfindən həyata keçirilir. Ona görə də düşünürəm ki, verilən məlumatlar həqiqəti əks etdirmir".
"Direktor müəllim barədə ağır maddəylə nazirliyə təqdimat verərsə, onun işdən çıxarılması reallaşdırıla bilməzmi" sualına isə C.Valehov belə cavab verdi: "Hər bir halda nazirliyə şikayət, yaxud təqdimat gəlirsə, o araşdırılır. Daha sonra qərar verilir".

Nazirlik rəsmisi bildirdi ki, əgər müəllimlərin konkret olaraq şikayətləri varsa, nazirliyə müraciət etsinlər: "Ya bizə, ya da Bakı Şəhər Təhsil İdarəsinə yazsınlar, müraciət etsinlər"

Məlumat üçün bildirək ki, S.Mehdiyeva bundan əvvəl Suraxanı rayonunda yerləşən 327 saylı məktəbdə direktor olub. Müəllimlərin və məktəb kollektivinin onun işindən narazılığı direktorun işi ilə vidalaşmasına səbəb olub.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor