RSS
 

Login:
Şifrə:
» » Ruhanilər Tale Bağırzadəni müdafiə etməkdə davam edir

Xəbər lenti

Özünü tərbiyə və təqva
Özünü tərbiyə və təqva...
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi...
Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)
Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)...
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Ruhanilər Tale Bağırzadəni müdafiə etməkdə davam edir

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-09-2015, 12:38 | Şərh sayı: (0) | Baxılıb: 354

Ruhanilər Tale Bağırzadəni müdafiə etməkdə davam edir


Ruhanilər Tale Bağırzadəni müdafiə etməkdə davam edir


Cəlilabad bölgəsindən ruhani İlqar Əliyev: “Mən Tale Bağırzadəni dəstəkləyirəm. Şəxsiyyət olaraq ona hörmətim var. Həmişə onun keşiyindəyəm. Baş verənlərlə bağlı isə tam məlumatım olmadığı üçün daha artıq danışa bilməyəcəm.” Nardaran Rəhimə xanım (s.ə) ziyarətgahının axundu, ilahiyyatçı Nuhbala Rəhimov:“Hər hansı günahsız insanın üzərinə silah çəkilərək saxlanılmasını doğru saymıram. Ruhaniyə qarşı təzyiqə mövqeyimiz mənfidir”. Cəlilabadın "Sahibəzzaman" məscidinin axundu, ilahiyyatçı Ramin Əliyev: “Hacı Taleni nə qədər sıxsalarda o mövqeyindən dönən deyil. Allahın ona verdiyi ruhiyyəni və istedadı bu günə qədər həyatda canlandırıb. Bundan sonra da, Allah ona tofiqat inayət edəcək və inşallah yoluna davam edəcək. Bu cür addımlar hacı Tale və onun kimi insanların istedadının daha da artmasına xidmət edir. İkinci növbədə xatırlatmaq istəyirəm ki, ağıllı dövlət başçıları həmişə sağlam müxalifətin olmağını istəyiblər. Ona görə ki, onların ətrafında olan insanlar rəhbərliyə yaltaqlandıqları onların ziyanınadır. Lakin hacı Tale kimi insanlar eybləri bildirməklə problemlərin aradan qalxmasına xidmət edirlər. Tarixdə də buna misallar var. Məsələn İmam Cəfər Sadiqi (ə) Harun ər-Rəşid yanına çağırtdırırdı və alimlərlə bəhsini izləyirdi. Bununla da onun dərin elmindən bəhrələnirdi. Hətta Məmunu etiraz edirdi ki, mən səni başa düşmürəm. Həm bununla mübarizə aparırsan, həm də ki bunun hörmətini saxlayırsan. Dedi ki, oğul siyasətin atası və anası yoxdur. Hətta səndə mənim taxtıma təhlükə olsan sənə qarşı da mübarizə aparacam. Xülasə onların da hacı Taleni vaxtaşarı çağırması buna işarədir. Hacı Taleyə qarşı həmişə təzyiq olub. Mən onu dəstəkləyirəm və ona qarşı addım atan adamları bu işə son qoymağa çağırıram”. İlahiyyatçı Elman Ağazadə: “Bir ruhaniyə qarşı məscidə gedərkən belə bir rəftar etmək Azərbaycan dövlətinə yaraşmır. Məscid Allah evidir. Kiminsə Allah evində ibadət etməsinə maneə törədə bilmərik. Qurani Kərimdə də bununla bağlı ayələrimiz var. Dinimiz də bu məsələyə belə yanaşır. Hacı Tale Bağırzadənin cümə günü məscidə ibadətə gedərkən belə rəftarla qarşılaşması Allah evinə və dindarlara hörmətsizlikdir. İkinci məsələ odur ki, silahla ora gəlmək bəzi məmurlarımızın dindarlara və möminlərə qarşı olan mənfi münasibətindən xəbər verir. Biz belə başa düşürük ki, dindarların qarşısını əli silahlı şəkildə almaq və məscidi mühasirəyə almaq çox mənfi nəticələrə səbəb ola bilər. Allah bu hadisələrdən bizi uzaq eləsin və Azərbaycan xalqımızı belə münaqişələrdən qorusun inşallah”. İlahiyyatçı Qabil Əliyev: “Hər bir dindara qarşı olunan işlər bizi çox dərindən narahat edir. Həmçinin hacı Tale qardaşımıza qarşı baş verənlər. Çünki hacı Tale bu vətənə namusu və qeyrəti ilə xidmət edən qardaşımızdır. Həmişə haqq tərəfində olub. Ona qarşı bu cür soyuq və qərəzli münasibətlər hər bir inanclı kimi, hər bir ruhani kimi məni də dərindən narahat etdi. Amma şükür Allaha sonradan izlədik ki, bu məsələlər öz həllini tapıb. Ancaq heç bir ruhaniyə qarşı xəbərlıq etmədən, heç bir cinayət olmadan silahlı üzərinə gəlmək bəyənilməyən hadisədir. Bu adam cinayətkar deyil və hüquqlarından istifadə edib. Hacı Tale Azərbaycanın azad vətəndaşıdır və istədiyi yerə gedə bilər. Amma ona qarşı bu cür rəftar etmək heçdə qəbul olunan hal deyil”. İlahiyyatçı Vüsal Hüseynzadə: “Əslində, qəribə bir şey yoxdur. Hacı Tale ölkəmizdə ən çox sevilən insanlardan biri, əsl vətən oğlu və gerçək qəhrəmandır. Hər yerdə - hər bir nazirlikdə, hər bir bölmədə onu yaxından görmək istəyən biriləri mütləq vardır”. Türkiyəli İslam alimi Mehdi Aksu: “Tale Bağırzadə kimi alimlər İslam və müqəddəsat yolunda öz həyatlarını təhlükəyə atanlardır. Azərbaycanda fəaliyyət göstərən və dərdi din dərdi olan, dinin müsibətini öz müsibəti bilən hər mömin və möminə hacı Tale Bağırzadə kimi alimləri müdafiə etməli və dəstəkləməlidirlər. Bu hər inanclı insanın iman vəzifəsidir. Allah möminlərə yardım etsin”. İlahiyyatçı Elgün Axund: “Hamıya məlumdur ki, hacı Tale Bağırzadənin təqib olunması və onun saxlanılması ictimai-siyasi mövqeyinə görədir. Çünki artıq Azərbaycan xalqını, xüsusən sağlam düşüncəli gəncləri saxta ittihamlarla aldatmaq mümkün deyil. Hacı Tale milli və dini dəyərlərin təbliğatı, gənc nəslin sağlam düşüncəli bir azərbaycanlı kimi yetişməsi yolunda əlindən gələni əsirgəməyən bir insandır. Görünür gənclərimizin sağlam düşüncəli və mənəvi baxımdan pak yetişməsini istəməyənlər var. Hacı Tale artıq xalq arasında sevilən bir insandır, onun bir neçə gün əvvəl MTN-ə çağırılması gənclər arasında nə qədər gərginlik yartdığının şahidi olduq. Yenidən qohumlarının ziyarətinə getdiyi bir halda məscidlərin birində namaz qılarkən Hacının heç bir cinayət törətmədiyi halda silah sursatla məsciddən çıxarılıb polis bölməsinə aparılması xoş bir hal deyil. Düşünürəm Yevlax rayon polis idarəsinin rəisi və ona bu göstərişi verənlər öz səhv addımlarını anlayıblar. Biz onların bu addımlarını pisləyirik və xalqın mənəviyyatının formalaşmasında böyük rolu olan insanlara qarşı bu cür addımlar atmamağı tövsiyə edirik”. "Müsəlman Birliyi Hərəkatı"nın idarə heyətinin üzvü, ilahiyyatçı Fərhad Mirzə: “Hacı Taleni tutmaq daha hakimiyyətə sərf eləmir. Sadəcə gücünü göstərmək istəyir ki, mən də varam. Amma o gedib gücünü erməniyə göstərsin, əliyalın ilahiyyatçıya yox”.
Mənbə : İslamazeri



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor