RSS
 

Login:
Şifrə:
» » İSTİXARƏ NƏDİR VƏ NECƏ EDİLİR?

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İSTİXARƏ NƏDİR VƏ NECƏ EDİLİR?

 
Müəllif: Admin | Bölmə: Slide, Sual-Cavab | Vaxt: 19-12-2015, 02:15 | Şərh sayı: (0) | Baxılıb: 769

İSTİXARƏ NƏDİR VƏ NECƏ EDİLİR?


İSTİXARƏ NƏDİR VƏ NECƏ EDİLİR?


Ərəb dilindən tərcümədə istixarə xeyir istəmək mənasını verir. Dini anlamda istixarə – hər hansı şübhəli məsələ barədə qəti qərara gələ bilməyən şəxsin şəriətdə icazə verilmiş üsullarla həmin məsələnini cavabını öyrənmək cəhdidir. İstixarə əsasən, Qurani-kərim, təsbeh və rüqə (püşk) vasitəsilə həyata keçirilir.
İstixarənin bəzi mühüm şərtləri vardır. Əvvəla, haqqında şəriətin dəqiq göstərişi olan məsələ haqqında istixarə edilməz. Yəni bir məsələ barədə Quranda, sünnədə dəqiq hökm varsa və ya müctəhidlər qəti fətva veriblərsə, həmin hökmə və fətvaya əməl etmək lazımdır; burada istixarə yersizdir. İkincisi, haram əməli edib-etməmək barədə istixarə olunmaz. İstixarə iki halal (mübah) yoldan birini seçmək üçün edilir. Üçüncüsü, hər kəsin hər şəraitdə istixarə etməyə haqqı yoxdur. Çünki istixarə edən sanki öz sualının cavabını Allahdan soruşmuş olur. Buna görə də, istixarəni göstərilən şərtlərlə (qaydalar və dualarla) yerinə yetirmək lazımdır. İstixarə edən şəxs mənəvi baxımdan da Allahdan cavab almaq ləyaqətinə sahib olmalıdır. Dördüncüsü, Quranla istixarə edən şəxs müəyyən dərəcədə dini savada malik olmalıdır ki, istixarədə çıxan ayənin mənasını düzgün anlaya bilsin, onun müsbət yoxsa mənfi cavab bildirdiyini ayırd etsin və nəticəni doğru qiymətləndirsin. Nəhayət, daha bir şərt budur ki, eyni məsələ haqqında bir neçə dəfə istixarə etmək düzgün deyil. İstixarədə alınan cavaba qane olmaq və onunla razılaşmaq lazımdır.
İstixarənin caizliyi barədə istər şiə, istərsə də sünni mənbələrində xeyli hədis və rəvayət mövcuddur. İmam Zeynül-abidin, İmam Mühəmməd Baqir, İmam Cəfər Sadiq (ə) kimi din böyüklərinin istixarə etdikləri məlumdur. Hətta İmam Zeynül-abidinin (ə) dualarından ibarət «Səhifətüs-Səccadiyyə»nin 33-cü duası «İstixarə duası» adlanır. Şiə imamlarının istixarə haqqında buyruqları Seyid ibn Tavusun «Fəthül-əbvab», Əllamə Məclisinin «Biharül-ənvar», Şeyx Abbas Qumminin «Məfatihül-cinan» kitablarında verilib. Əhli-sünnə mənbələrində bildirilir ki, Həzrət Mühəmməd Peyğəmbər (s) öz səhabələrinə Quran surələrini necə öyrədirdisə, istixarəni də o cür öyrədirdi (Səhihül-Buxari, Təhəccüd kitabı, XXV bab, 1162-ci hədis; Tövhid kitabı, X bab, 7390-cı hədis; Sünənüt-Tirmizi, Əbvabül-vitr, XVIII bab, 480-ci hədis; Sünənü İbn Macə, Əbvabü iqamətis-sələvat, 188-ci bab, 1383-cü hədis; Sünənü İbn Macə, Kitabün-nikah, XXVII bab, 3255-ci hədis; Sünənü Əbu Davud, Kitabül-vitr, XXXI bab, 1538-ci hədis və s.).
İstixarənin qaydalarına gəlincə, bu barədə məlumatlar zəngin və rəngarəngdir. Quranla istixarənin bir neçə növü kitablarda təsvir edilib. Ən sadə üsul belədir: Üç dəfə İxlas surəsi oxuyub, üç dəfə Peyğəmbərə və nəslinə salavat söylədikdən sonra deyilir: «Əstəxirüllahə birəhmətihi xiyərətən fi afiyəh» (Salamatçılıq içində Allahın mərhəməti ilə Ondan xeyir istəyirəm). Daha sonra Qurani-kərimi açıb, sağ tərəfdəki səhifənin ilk ayəsini oxumaq və hansı məna daşıdığını müəyyən etmək lazımdır. Əgər insan ayənin müsbət yoxsa mənfi məna ifadə etdiyini anlamağa çətinlik çəkirsə, bunun üçün nəzərdə tutulmuş xüsusi istixarə kitablarına myraciət etməlidir. Həmin kitablarda Quranın hansı səhifəsini açarkən hansı nəticə çıxdığı barədə məlumat verilir. Hətta bəzi Quran nüsxələrinin sağ tərəfdəki (tək saylı) səhifələrinin hər birində istixarənin nəticəsi qeyd edilir.
Təsbehlə istixarənin qaydaları da müxtəlifdir. Qaydalardan biri budur ki, Fatihə və Qədr surələrinin hər birini 10 dəfə oxuduqdan sonra dua kitablarında qeyd edilən və «Allahümmə inni əstəxirükə li-ilmikə...» sözləri ilə başlayan duanı oxuyurlar. Daha sonra təsbeh dənələrindən bir ovuc ayırıb cüt-cüt sayırlar. Axırda tək dənə qalsa, nəticə müsbətdir. Cüt dənə qalsa, mənfidir.
Püşklə istixarə etmək istəyən şəxs 6 ədəd kağız parçası götürüb, bunların üçünə yazır: «Bismillahir-Rəhmanir-Rəhim. Xiyərətən minəllahil-əzizil-həkim li-fülan ibn fülan, ifəl». (Rəhman və Rəhim Allahın adı ilə. Filankəsin oğlu filankəs üçün xeyir izzət və hikmət sahibi olan Allahdandır. Bunu et). «Fülan ibn fülan» ifadəsinin yerinə istixarə edən şəxs öz adını yazır. Qalan üç kağıza da eyni duanı yazıb, axırdakı «ifəl» sözünü «la təfəl» (bunu etmə) ifadəsi ilə əvəz edir. Sonra həmin kağızları səccadənin altına qoyub iki rükət istixarə və ya hacət namazı qılır. Namazdan sonra səcdəyə gedib 100 dəfə deyir: «Əstəxirüllahə birəhmətihi xiyərətən fi afiyəh». Sonra diz üstə oturub bu duanı oxuyur: «Allahümmə xir li fi cəmii ümuri fi yüsrin minkə və afiyəh» (Allahım, bütün işlərimdə mənə öz tərəfindən asanlıq və salamatçılıqla xeyir ver). Püşk kağızlarını qarışdırıb bir-biri götürmək lazımdır. Əgər «bunu et» yazılmış 3 kağız dalbadal çıxsa, deməli, həmin işi etmək məsləhətdir. Əgər 3 dəfə ardıcıl olaraq «bunu etmə» sözü çıxsa, o işdən çəkinmək lazımdır. Əgər kağızlar qarışıq çıxsa, 5 kağızı çəkdikdən sonra nəticəsinə baxırlar; hansı tərəf çoxdursa, ona əməl edirlər.
Dini mənbələrdə «istixarə namazı» adlı namaz növü də qeyd edilib. Hər hansı məsələ barədə qəti qərara gələ bilməyən adam istixarə niyyətilə 2 rükət namaz qılır. Bu namazın qılınma qaydası sübh namazı kimidir. Namazı qılıb qurtardıqdan sonra Həzrət Fatimənin (ə) təsbihatını oxuyub səcdəyə getmək və səcdədə 100 dəfə demək lazımdır: «Əstəxirüllahə birəhmətihi xiyərətən fi afiyəh». Bundan sonra Allah insanın qəlbinə həmin çətin vəziyyətdən çıxış yolunu ilham edir. İnsan öz ürəyinin səsinə qulaq asıb, həmin yolu seçməlidir.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor