RSS
 

Login:
Şifrə:
» » İmam Hüseynin (ə) qatillərindən biri - Übeydullah ibn Ziyadın aqibəti

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İmam Hüseynin (ə) qatillərindən biri - Übeydullah ibn Ziyadın aqibəti

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 1-11-2016, 19:21 | Şərh sayı: (0) | Baxılıb: 374

İmam Hüseynin (ə) qatillərindən biri - Übeydullah ibn Ziyadın aqibəti


İmam Hüseynin (ə) qatillərindən biri - Übeydullah ibn Ziyadın aqibətiKərbəla faciəsinin qanlı cinayətkarlarından biri də Übeydullah ibn Ziyaddır. Onun atası Ziyad hicrətin birinci ilində və ya Bədr döyüşü baş verən gündə anadan olmuşdur. Atasının kimliyi mübahisə obyektidir.

Camaat onu Übeyd Səqəfinin oğlu kimi qəbul edirdi. Amma Əbu Süfyan həmişə iddia edirdi ki, Ziyadın əsl atası odur. Elə buna görə hicri 44-cü ildə Müaviyə ibn Əbu Süfyan Ziyadı rəsmən öz qardaşı adlandırmış və bu barədə hər yerə car çəkdirmişdi.

Ziyad xəlifə Ömər ibn Xəttab tərəfindən Bəsrə valisinə köməkçi göndərildi, əvvəlcə Müğeyrə ibn Şöbənin, daha sonra Əbu Musa Əşərinin katibi və Bəsrə beytül-malının xəzinədarı oldu. Imam Əli ibn Əbu Talib (ə) onu Fars vilayətinin valisi təyin etdi. Ziyad o həzrətin şəhadətinə kimi səbrlə dözdü və Əhli-beyt tərəfdarlarına qarşı ürəyindəki kin-küdurəti aşkara çıxarmadı.

Imam Əlinin (ə) şəhadətindən sonra Ziyad Müaviyənin tərəfinə keçdi. Müaviyə onu öz qardaşı adlandırdıqdan sonra Iraqın ixtiyarını ona verdi, daha sonra Xorasan və Fars vilayətlərinin hakimliyini də ona həvalə etdi. Ziyad bu yerlərdə çox zülmlər törətdi, yüzlərlə Əhli-beyt tərəfdarını sürgün etdi, bəzilərini qətlə yetrdi. Ziyadın zülmü o yerə çatdı ki, camaat Imam Həsənə (ə) ondan şikayət etdi. Imamın duası ilə Ziyadın bir əlinin baş barmağında şiş əmələ gəldi, şiş getdikcə böyüyüb boynuna kimi yayıldı, nəhayət, hicri 53-cü ildə Ziyad bu xəstəlikdən öldü.

Ziyadın oğlu Übeydullah atasından sonra Müaviyənin əmri ilə əvvəlcə Xorasan vilayətinə vali təyin olundu. Iki ildən sonra Müaviyə Bəsrə şəhərini ona təslim etdi. Übeydullah da atası kimi Əhli-beytin qatı düşməni idi. Iraqda bir neçə məscid tikdirib, bu məscidlərin minbərindən Həzrət Əliyə (ə) lənət oxutdururdu. Onun xəbisliyinin səbəbini əsl-nəcabətində axtarmaq lazımdır. Übeydullahın anası Mərcanə adlı kəniz idi və əxlaqsızlıqda ad çıxarmışdı. Hətta Həzrət Zeynəb Kufədə söylədiyi xütbədə Übeydullahı “yəbnə Mərcanə” (ey Mərcanənin oğlu) adlandırmışdı ki, bu da ərəblərdə böyük rüsvayçılıq və təhqir sayılır.

Imam Hüseyn (ə) əmisi oğlu Müslim ibn Əqili kufəlilərin dəvəti ilə bu şəhərə göndərəndən sonra xəfiyyələr Yezidə məktub yazdılar ki, Kufə valisi Nöman ibn Bəşir süst davranır, şəhərə nəzarət edə bilmir və tezliklə Müslim bütün Kufənin ixtiyarını ələ alıb Hüseyni (ə) bura çağıracaq. Ona görə də Yezid Nömanı vəzifəsindən azad edib, o zamanlar Bəsrə valisi olan Übeydullahı həm də Kufə şəhərinə vali təyin etdi. Übeydullah Kufəyə girəndən sonra qısa müddət ərzində şəhəri özünə tabe etməyə nail oldu. Müslimə beyət edənlər dağıdıldı, Müslim tək qalıb ələ keçirildi və qətlə yetirildi. İbn Ziyadın başçılığı altında toplanmış qoşun Ömər ibn Səd ibn Əbu Vəqqasın bilavasitə rəhbərliyi ilə Imam Hüseynin (ə) üzərinə yola düşdü və Kərbəla səhrasında məlum faciə baş verdi. Döyüş əməliyyatına Kufədən nəzarət və rəhbərlik edən Übeydullah ibn Ziyad bu faciənin əsas səbəbkarlarından biridir.

Əsir düşmüş Əhli-beyt üzvləri min-bir əziyyətlə Kufəyə – Ibn Ziyadın sarayına gətirildilər. Ibn Ziyad burada Imam Hüseynin (ə) kəsik başını çubuqla vurub təhqir etdi, əsirlərin qarşısında öz qələbəsi ilə öyündü. Amma Həzrət Zeynəbin və Imam Zeynül-abidinin (ə) parlaq xütbələri Ibn Ziyadın çirkin simasını faş etdi, onun mənfur və xəbis niyyətini bütün şəhər əhalisinin gözləri qarşısında sərgilədi.

Kərbəla faciəsindən sonra Ibn Ziyad Əməvi hökumətinə daha bir neçə dəfə xidmət göstərdi. Yezidin ölümündən və vəliəhd Ikinci Yezidin hakimiyyətdən imtina etməsindən sonra yaranmış qarışıqlıq fonunda Übeydullah əvvəlcə xilafət tacını ələ keçirmək istədi. Amma məqsədinə çata bilməyəcəyini anlayanda Iraq torpaqlarını buraxıb Şama qaçdı. Burada ustalıqla manevr edib Mərvan ibn Həkəmin hakimiyyətə gəlməsinə şərait yaratdı. Daha sonra Imam Hüseynin (ə) intiqamını almaq şüarı altında qiyam qaldırmış təvvabin (tövbə edənlər) hərəkatını darmadağın edib, minlərlə Əhli-beyt tərəfdarını qanına boyadı. Nəhayət, Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvanın əmri ilə Muxtarın üzərinə qoşun çəkdi. Hicri 67-ci ildə tərəflər arasında baş vermiş şiddətli döyüşdə Muxtarın qoşununa başçılıq edən Ibrahim ibn Malik Əştər Übeydullah ibn Ziyadı qılıncla iki yerə bölüb cəhənnəmə vasil etdi.

Ibrahim Übeydullahın başını kəsib Muxtara göndərdi. Muxtar da onu Imam Əlinin (ə) oğlu Mühəmməd ibn Hənəfiyyəyə yolladı. Mühəmməd başı görəndə şükr səcdəsi etdi, sonra onu Mədinəyə – Imam Zeynül-abidinə (ə) göndərdi. Übeydullahın başını Imam Zeynül-abidinin (ə) hüzuruna gətirəndə o həzrət yemək yeyirmiş. Imam qalxıb şükr səcdəsi etdi, sonra buyurdu: “Atamın kəsik başını Übeydullahın hüzuruna gətirəndə o, süfrə arxasında oturub yemək yeyirdi. O zaman Allaha dua etdim ki, eyni vəziyyətdə intiqamımı alana kimi mənə ömür versin. Indi duam yerinə yetdi”. Bəzi rəvayətlərə görə, Muxtar kəlləni aparan adama tapşırmışdı ki, Imam yemək yeyəndə Onun hüzuruna daxil olsun. Imam Zeynül-abidin (ə) hər gün günorta vaxtı iri süfrə açıb ehsan verərdi. Həmin gün camaat ehsana toplaşanda qasid gəlib Übeydullahın kəsik başını təhvil verdi.

Deyirlər ki, Übeydullahın kəlləsini Muxtarın yanında yerə qoyan kimi iri bir ilan gəlib onun ağzından girdi və burun dəliyindən çıxdı, bu hadisə bir neçə dəfə təkrar oldu.

Salnamələrdə yazılıb ki, Imam Hüseynin (ə) şəhadətindən sonra Əhli-beyt matəm saxlayırdı. Bəni-Haşim qadınları gözlərinə sürmə çəkmir, saçlarına həna qoymurdular. Bu, Übeydullahın qətl xəbəri gəlib-çatana kimi davam etdi, yalnız bundan sonra Əhli-beyt üzvləri matəmdən çıxdılar.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor