RSS
 

Login:
Şifrə:
» » Dini baxımdan ağıl və eşq

Xəbər lenti

Özünü tərbiyə və təqva
Özünü tərbiyə və təqva...
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi...
Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)
Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)...
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Dini baxımdan ağıl və eşq

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 1-02-2015, 00:52 | Şərh sayı: (0) | Baxılıb: 584

Dini baxımdan ağıl və eşq


Dini baxımdan ağıl və eşq


Eşqi kimə yönəltməli?..
Ağıl müəyyən edir kimi sevmək lazımdır... Sevdikdən sonra sevdiyinin yolunda necə fədakarlıq edəsən, onu özundən necə razı salasan - ağıl göstərir. Ağıl aşiqə ilk öncə həm məşuqunu doğru düzgün seçmək üçün, həm də fədakarlıq etmək üçün lazımdır. Ağılsız insan heç vaxt aşiq ola bilməz, ağılsız insan eşq mərtəbəsinə ucala bilməz. İnsanın ağlını müəyyən etmək istəyirsənsə soruş gör kimi sevir? Nəyə bağlanıb? Nəyə aşiqdir? Ondan bəlli olar ki, insanın ağlı nə qədərdir. Sən mənə de kimi sevirsən? Mən sənin ağlının səviyyəsin deyim. Sən mənə de kimə bağlanmısan? Mən sənə nə qədər ağıllı olduğunu deyim... Ona görə hədislərdə deyilb, dünya məhəbbəti ağılsız insanlara xas bir məhəbbətdir, ağıllı adam dünyaya bağlanmaz.

Səhabələrdən biri peyğəmbərin yanında ah çəkir, Peyğəmbər (s.ə.v) soruşur: "Bu ah çəkməyin dünya üçündürsə, bil ki, onun ən bahalı libası, geyimi ipəkdirsə - o bir heyvanın bir həşəratın, artığıdır. Əgər dünya yeməkləri üçün ah çəkirsənsə, ən xoş, ləzzətli yemək baldırsa - o da başqa bir heyvanın artığıdır. Qəm çəkirsənsə, bax gör nəyin qəmini çəkirsən? Nəyə bağlanmısan? Nəyi sevirsən? Bu insanın ağlının səviyyəsinin göstəricisidir."

Ağıl eşqin dostudur, ağıl eşqə cəhət verir, istiqamət verir. Ağıl bir çıraqdır, eşqin əlində olan bir əsadır, ağıl eşqin eynəyidir, yol göstərənidir. Ağıl eşqin müqabilində deyil, eşqin yanındadır. Həvəs, nəfs eşqin müqabilindədir. Nəfs, həvəs eşqə müxalifdi, ağıl isə eşqlə qardaşdır. Bunları bir birindən ayırsan, məqsədə çata bilməzsən. Ağlın düşməni varsa, o da nəfsdir, çünki nəfs indini düşünməyi deyir, ağılsa gələcəyi. Aşiqə ilk növbədə ağıl lazımdır, əvvəl dəlil gətirsin ki, kimi sevmək lazımdır. İnsan Allaha necə bağlanır? Ağıl vasitəsi ilə. Ağıl insanı Allaha bağlayır. Elə bir varlığı sev ki, o səni yaradıb, o sənə ruzi verir. Bütün müqəddaratın onun əlindədir.

Bir gün Peyğənbər (s.ə.v) heyvan kəsir, səhabələr də sevinir ki, nə yaxşı, deyəsən ət yeyəcəyik. Ondan sonra başlayır paylamağa, ətin çoxunu paylayır, sonda bir tikə qalır. Səhabələrdən biri deyir ki: "Hamısını verdin Ya RəsulAllah, bizə qalan bu oldu." Peyğəmbər deyir ki: "Əlimizdən gedən bir dənə budur, verdiklərimiz bizə qaldı." Zahiri ağıl deyir ki, əldən getdi bu qaldı, eşqə bağlı olan ağıl deyir ki, verdiklərimiz əlimizdə qaldı, bircə itirdiyimiz bu yedyimizdir. Ağıl insanı fədakar olmağa vadar edir. Ağıl deyir ki, birdən məşuqunun yolunda əsirgiyərsən nəyinisə... Bəxş elə, nəyin var ver... Bu şeiri İmam Hüseynin (ə) dilindən yazblar və çox da gözəl yazıblar.

Əkbər başım münşəq olur olsun nə işim var,
Dilsiz balam əmsin oxu püstan əvəzində.
Güldəndə gözəl güllərimin rəngi saralsın,
Olsun gül İslam şükufə əvəzində.
Ey kaş yüz on dörd ola oğlum mənim Allah
Qurban verəm hər birin süreyi Quran əvəzində,
Etdim sual: Bu nikteni loğmani əqlidən
On yeddi gündə cəngə məgər süd əmər gedər?
Gəldi cəvab: Görsə ki Quran xətərdədi,
Ali Əlinin körpəsi süddən küsər gedər.
Bu aşiqin məntqidir, amma bu fədəkarlığa aşiqi vadar edən ağıldır, ağıl istqamət verir eşqə.

Bəzi kitablarda yazırlar: "Mələklərdən bir dəstə gəlib İmam Hüseynə (ə) dedilər ki, əgər istəyirsənsə Allah icazə verib sənin müqəddaratını dəyişək və sənə yardımçı olaq, necə Bədr döyüşündə müsəlmanlara kömək etdik. İmam Hüseyn (ə) imtina edir. Deyir: "Qərardırsa, məşuqun yolunda fədəkarlıq etməyə mən hamıdan çox layiqəm..." Bu eşqin sözüdür, yoxsa ağlın? Bunu ayırd etmək olmur. Bu onların hər ikisinin sözüdür. Aşiqə ağıl lazımdır ki, ayırd etsin məşuqu nə ilə razı salmaq olar? Mən birini sevirəm ağıl mənə lazımdır ki, onun sevdiyi əməlləri mənə tanıtsın. Onu necə razı salım? Ona nə verim? Ona nə bəxş edim ki, məndən razı qalsın. Çünki aşiqin bircə dərdi, bircə qayğısı var - sevdiyi ondan razı olsun. Məsələn, bəzi valideynlər uşaqlarını dərs oxumağa vadar edə bilmirlər. Hərdən şikayət də olur ki, uşaq dərs oxumur. Danışdırırsan görürsən ki, oğluna nəsihət edəndə deyir ki: "Oğul, vəzifə var, məqam var, istədiyin vəzifədə olarsan, diplom alarsan, dərs oxu və s." İnsan öz-özünə deyir ki, yaxşı edir dərs oxumur. Sən ki bunu məqama, mənfəətə dəvət edib dərs oxumağa vadar edirsən, sənin uşağın dünyaya əsir deyil ki, sənin sözlərinə qulaq asmır. Bir dərs ki, diplom üçün olacaq, ondan sonra məqama çatanda camaatın cibini soyacaq, bir dərs ki hörmət üçün, pul üçun olacaq, məqsəd budur ki, dərs oxu, pul qazan - onda sabah nə vasitəylə olursa-olsun qazanacaq, ondansa savadsız olsa yaxşıdır. Amma bu uşağı, cavan oğlanı bağlaya bir məşuqa... Allaha, ondan sonra bir cümlə deyəsən ki, Allahın savadlı bəndələrdən xoşu gəlir, İmam Hüseyn əzasına gedirsən axşamlar - İmam Hüseyn sənin məşuqundur, istəyirsən səndən razı qalsın dərs oxu, savadlı ol. Onların savadlı müvəffəq insanlardan xoşu gəlir, bekar insanın, işsiz insanın əzədarlığının da dadı olmayacaq. Eşq ağıla cəhət verir, vadar edir ki, insan onun razılığı olduğu şeyləri tapsın və onlara əməl etsin. Odur ki, həyat səhmana düşür, eşqin şüası altında... Ağıl eşqə yardım göstərir ki, hansı əməllərdən onun xoşu gəlir, onun kimdən xoşu gəlir, ümumiyyətlə, müvəffəq adamlardan həyatda nəyəsə çatmış adamlardan.

Ağıl vadar edir ki, görəsən məndən nə istəyirlər? Mən məşuqu necə razı salım, onu necə özümdən razı edim? O yola istiqamətləndirir, aşiq adamın bir qayğısı var ki, məşuqun gözündən düşməyim, ağıl kömək edir ki, hansı işləri gör ki onun gözündən düşmə, hansı işləri görmə ki onun gözündən düşərsən. Hədisdə var ki, Ağıllı adam ehtyyatlıdır, ağıl ehtiyyat tələb edir, çox diqqətlidir, hər əməl edəndə ölçür-biçir ki, birdən məndən narazı qalmazlar...



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor