RSS
 

Login:
Şifrə:

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İman

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-09-2015, 22:24 | Şərh sayı: (0) | Baxılıb: 539

İman


İman


İman və İslam

Quran:

«Bədəvi ərəblər dedilər:«Biz iman gətirdik.» De:«Siz iman gətirmədiniz. Ancaq İslamı qəbul etdik deyin. İman hələ ki, sizin qəlblərinizə daxil olmamışdır.»

Hədis:

583.İmam Baqir (ə):«İman iqrar və əməl etməkdir, İslam isə əməlsiz iqrar etməkdir.»

584.İmam Sadiq (ə):«İman qəlblərdə yerləşir. İslam isə nigah, irs və qanın qorunmasının bağlı olduğu şeydir.»

173.İmanın həqiqəti

585.Allahın Peyğəmbəri (s):«İman iddia və arzu ilə deyildir. O, qəlbdə xalis olan və əməlin təsdiqlədiyi şeydir.»

586.Allahın Peyğəmbəri (s):«İman qəlb ilə tanımaq, dil ilə iqrar etmək və bədən üzvləri ilə əməl etməkdir.»

587.Allahın Peyğəmbəri (s):«İman səbr və güzəştdir.»

588.Allahın Peyğəmbəri (s):«Hər bir şeyin həqiqəti var. Heç bir bəndə ona çatan şeyin çatmamasının qeyri-mümkünlüyünü, həmçinin ona çatmayan şeyin çatmasının qeyri-mümkünlüyünü bilməyincə həqiqətə çatmaz.»

589.Allahın Peyğəmbəri (s):«Bəndə Allaha görə qəzəblənib Allaha görə sevinməyincə imanın həqiqətinə çatmaz. Belə olan zaman o imanın həqiqətinə layiq olub.»

590.Allahın Peyğəmbəri (s):«Heç bir bəndə özü üçün istədiyi xeyri başqa insanlar üçün də istəməyincə mömin deyil.»

591.İmam Əli (ə):«İman əməli (Allaha görə) saflaşdırmaqdır.»

592.İmam Əli (ə):«İman çətinlik və giriftarçılıq zamanı səbrlilik, rahatlıq və nemət içində olan zaman isə şükr etməkdir.»

593.İmam Əli (ə):«İmanın başı düzlük və doğruçuluqdur.»

594.İmam Əli (ə):«Heç bir bəndənin imanı onun, Allahın yanında olanlara inam və etimadı öz əlində olanlardan çox olmayınca düz deyil.»

595.İmam Sadiq (ə):«Həqiqi imanın əlamətlərindən biri sənin haqqı – hətta öz ziyanına olsa belə – batildən, hətta öz xeyrinə olsa belə – üstün tutmağındır.»

174.İman və əməl

596.Allahın Peyğəmbəri (s):«İman ilə əməl bir ipə bağlanmış iki qardaşdırlar. Allah onların birini digəri olmadan qəbul etmir.»

597.Allahın Peyğəmbəri (s):«Mürciə»ni – (yəni) «iman əməlsiz sözdür» deyənləri yetmiş peyğəmbər Lənətləyib.»

598.İmam Əli (ə):«Əgər iman təkcə söz olsaydı oruc, namaz, halal və haram nazil olmazdı.»

599.Mə‘sum (ə):«İman başdan ayağa əməldir. Söz Allahın vacibliyini öz kitabında bəyan etdiyi əməlin bir hissəsidir.»

175.İman və günahlar

600.Allahın Peyğəmbəri (s):«Heç bir yaxşılıq kafiri küfründən çıxarmadığı kimi heç bir günah mömini imanından çıxarmaz.»

601.Allahın Peyğəmbəri (s):«Kim xalis və saf niyyətlə «لا اله الا الله» «la ilahə illəllah» (Allahdan başqa bir tanrı yoxdur) desə Cənnətə daxil olar.» Deyildi:«Onu necə xalisləşdirmək olar?» Buyurdu:«Onu Allahın haram buyurduqlarından saxlamaqla.»

602.Allahın Peyğəmbəri (s):«لا اله الا الله» kəlməsi onu deyən üçün həmişə onu yüngül hesab etmək istisna olmaqla xeyirli olar. Onun yüngül sayılması günahkarlığın aşkar olması, çirkin sayılmaması və aradan qaldırılması fikrinə düşülməməsidir.»

603.İmam Kazim (ə) «böyük günahlar imanın aradan getməsinə səbəb olur?» sualının cavabında buyurmuşdur:«Bəli, hətta böyük olmayan günahlar (da imanın aradan getməsinə səbəb olur)! Allahın Peyğəmbəri (s) buyurub:«Zinakar mömin olan halda zina, oğru iman halında oğurluq etmir.»

176.İmanı kamilləşdirən amillər

604.Allahın Peyğəmbəri (s):«Üç şeyə malik şəxsin . Allah yolunda heç bir qınayanın töhmətindən qorxmayanın, özünün heç bir işində riyakarlıq etməyənin və biri dünyaya, digəri isə axirətə aid olan təqdim olunmuş iki şeydən axirət işini dünyadan üstün tutan şəxsin imanı kamildir.»

605.Allahın Peyğəmbəri (s):«Bəndə özü üçün sevdiyi şeyi qardaşı üçün də sevməyincə, zarafat və ciddiliyində Allahdan qorxmayınca imanın kamilliyinə çatmaz.»

606.Allahın Peyğəmbəri (s):«Bəndədə beş xislət olmayınca onun Allaha olan imanı kamilləşməz:«Allaha təvəkkül etmək, Allahın əmrinə boyun əymək, Allahın qəzavü-qədərinə razı olmaq və Allahın göndərdiyi bəlaya səbr etmək. Kim Allah yolunda sevsə, Allah yolunda nifrət bəsləsə, Allaha xatir versə və Allaha görə əsirgəsə imanı kamal həddinə çatdırıb.»

607.İmam Əli (ə):«Sizin imanı daha kamil olanınız əxlaqı daha gözəl olanınızdır.»

608.İmam Əli (ə):«Hər kimdə üç şey olsa imanı kamildir: Ağıl, səbr və elm.»

609.İmam Əli (ə):«Bəndə Allahın sevdiyini sevməyincə və Allahın sevmədiyinə nifrət bəsləməyincə imanı kamilləşməz.»

610.İmam Sadiq(ə):«Üç xislət olmayınca heç bir bəndə imanını kamilləşdirə bilməz: Dini dərk etmək, maliyə məsələlərini düzgün proqramlaşdırmaq və bəla və çətinliklər müqabilində səbr.»

177.İmanın artması

Quran:

«Allahın ayələri onlara oxunanda (həmin ayələr) imanlarını daha da artırar»

Həmçinin müraciət edin: Bəqərə 26; Kəhf 13, 14; Əhzab 22; Fəth 4; Mücadilə 22.

Hədis:

611.İmam Əli (ə):«İman qəlbdə bir ağ nöqtə kimidir ki, iman artdıqca həmin ağ nöqtə də böyüyər və iman kamilləşəndə qəlbin hamısı ağarar.»

178.İmanın dərəcələri

612.Allahın Peyğəmbəri (s):«İmanın ən üstünü Allahın hər yerdə səninlə olmasını bilməyindir.»

613 Allahın Peyğəmbəri (s):«İmanın ən üstünü səbr və güzəştdir.»

614.Allahın Peyğəmbəri (s):«İmanın yetmiş neçə qolu var. Onların ən üstünü «لا اله الا الله» demək, ən aşağısı isə əziyyətə səbəb olan şeyləri camaatın yolundan qaldırmaqdır. Həya da imanın bir qoludur.»

615.İmam Əli (ə):«İmanın ən üstünü (Allah barəsində) yəqinliyin gözəl şəkildə olmasıdır.»

616.İmam Sadiq (ə):«İman on pilləsi olan və pillələri biri digərindən sonra qət edilən nərdivan kimidir. Buna görə də ikinci pillədəkilərdən tutmuş onuncu pillədə olanlara kimi heç kəs birinci pillədə olana «sən bir şey deyilsən» deməməlidir. (Yəni hətta onuncu pillədə olsa da özündən aşağıdakına belə söz deməməlidir. ) Özündən aşağı pillədə olanı yerə salma ki, səndən yuxarıda olan da səni salar. Birinin səndən bir pillə aşağıda olmasını görəndə mehribanlıq və mülayimliklə onu özünə tərəf yuxarı çək, onun çiyninə qüdrətindən artıq yük qoyma ki, onu sındırarsan. Kim mömini sındırsa, gərək onun sınığını müalicə etsin.»

617.İmam Sadiq (ə):«Allah imanı yeddi hissəyə bölüb: yaxşılıq, düzlük və doğruçuluq, yəqinlik, razılıq, vəfadarlıq, elm və səbr.»

179.İmanın sütunları

618.Allahın Peyğəmbəri (s):«İman on şeydədir: tanımaq, (Allaha) itaət, elm, əməl, pəhrizkarlıq, çalışqanlıq, səbr, yəqinlik, razılıq, (Allah qarşısında) təslim olmaq. Bu on sütundan hər hansı biri çatmasa imanın nəzmi pozular.»

619.İmam Əli (ə):«İman dörd sütun üzərində möhkəmlənib: Allaha təvəkkül, işləri Allaha həvalə etmək, Allahın əmrinə boyun qoymaq, Allahın qəzavü-qədərinə razı olmaq.»

620.İmam Əli (ə):«İffətlilik və kifayət edəcək miqdara razı olmaq, imanın sütunlarındandır.»

180.İmanın ən möhkəm halqaları

621.Allahın Peyğəmbəri (s):«İmanın ən möhkəm halqaları Allahı sahib və hami bilmək, Allaha görə sevmək və nifrət bəsləməkdir.»

622.Allahın Peyğəmbəri (s):«Ən möhkəm tutacaq təqva kəlməsidir.»

181.Möhkəm iman, müvəqqəti və qeyri-sabit iman

623.İmam Əli (ə):«İmanın bir hissəsi qəlblərdə möhkəm və sabitdir. Digər bir hissəsi isə məlum zamana (ölümə) kimi qəlblərlə sinələr arasında müvəqqəti və qeyri-sabitdir.»

182.İmanın möhkəmlənmə amilləri

624.İmam Sadiq (ə) bəndədə imanın möhkəmlənməsinə səbəb olan amillər barəsindəki sualın cavabında buyurmuşdur:«İmanı qəlbdə möhkəmləndirən pəhrizkarlıq, onu qəlbdən çıxaran isə tamah və hərislikdir.»

625.İmam Sadiq (ə):«Möminin imanı ancaq əməli ilə möhkəmlənər və əməl imanın bir hissəsidir.»

183.İmanın tamını dadmaq

626.Allahın Peyğəmbəri (s):«İmanın tamını üç şeyə malik olan şəxs dadıb: heç bir şeyi Allahdan və onun Peyğəmbərindən çox sevməyən kəs, odda yandırılmağı dinindən əl çəkməkdən daha yaxşı sayan kəs və Allaha görə dostluq və düşmənçilik edən kəs.»

627.İmam Əli (ə):«Bəndə istər doğru, istərsə də zarafat ilə yalan deməyi tərk etməyincə imanın tamını dadmaz.»

628.İmam Əli (ə):«Heç bir bəndə ona çatan şeyin çatmamasının qeyri-mümkünlüyünü, həmçinin ona çatmayan şeyin çatmasının qeyri-mümkünlüyünü, eləcə də xeyir və ziyanın ancaq və ancaq Allah-taalanın əlində olmasını bilməyincə imanın tamını dadmaz.»

629.İmam Əli (ə):«İnsanda üç xislət olmayınca imanın tamını dadmaz: dini bilik, bəlalar qarşısında səbr və məişət işlərində düzgün proqram.»

183.İmanın şirinliyini dadmamaq

630.Allahın Peyğəmbəri (s):«Kimin ən çox fikir və təlaşı nəfsi istəklərə çatmaq olsa imanın şirinliyi onun qəlbindən çəkilib çıxarılar.»

631.İmam Sadiq (ə):«Qəlbləriniz dünyadan üz çevirməyincə onlara imanın şirinliyini dadmaq haram edilib.»

185.İmanı aradan aparan amillər

632.Allahın Peyğəmbəri (s):«Küfrün ən azı insanın qardaşından bir söz eşidərək həmin sözü onu rüsvay etmək üçün yadında saxlamasıdır. Onların yaxşılıqda payları yoxdur.»

633.İmam Sadiq (ə):«Şübhəsiz ki, bəndə hamısı bir-birinə oxşayan və məlum olan beş iş səbəbindən imandan çıxmış olur: küfr, şirk, azğınlıq, pozğunluq, böyük günahlar etmək.»

186.İmanla bir araya sığmayan şeylər

634.Allahın Peyğəmbəri (s):«İki xislət var ki, onlar mömində bir yerə toplaşmaz: xəsislik və ruzi barəsində pis gümanda olmaq.»

635.Allahın Peyğəmbəri (s):«Mömində iki xislət olmaz: hərislik və pis xasiyyətlilik.»

636.Allahın Peyğəmbəri (s):«Mömin hər bir xislətə adət edər , amma yalançılıq və xəyanətə adət etməz.»

637.İmam Sadiq (ə):«Altı şey mömində olmaz: ruzisizlik (və ya xeyirsizlik), həsəd, tərslik, yalan, (başqalarının haqqına) təcavüz edərək zor işlətmək.»

187. Möminin hörməti

638.Allahın Peyğəmbəri (s):«Allah-taala buyurub: İzzət və cəlalıma and olsun ki, mömin bəndəmdən sevimli bir varlıq yaratmamışam.»

639.Allahın Peyğəmbəri (s):«Mömin Allah dərgahında Onun ən yaxın mələklərindən də hörmətlidir.»

640.İmam Sadiq (ə):«Möminin hörməti Kəbədən də artıqdır.»

188.Möminlər bir bədən kimidirlər

641.Allahın Peyğəmbəri (s):«Möminlər bir-birlərini sevmək, qarşılıqlı mehribançılıq və məhəbbət baxımından bir bədən kimidirlər. Onun bir üzvi ağrıyanda digər üzvləri yuxusuzluq və qızdırma bürüyər.»

642.Allahın Peyğəmbəri (s):«Möminlərin qanları bərabərdir, onlar başqaları müqabilində əlbirdirlər və əgər onların ən aşağısı (düşmənə) pənah versə digərləri həmin pənaha hörmət qoyarlar.»

189.Mömin kimdir?

Quran:

«Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman imanları daha da artar, onlar ancaq öz Rəbbinə təvəkkül edərlər.* O kəslər ki, namaz qılar və verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər.* Onlar həqiqi möminlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları bağışlanma və tükənməz, gözəl ruzi gözləyir.»

Hədis:

643.Allahın Peyğəmbəri (s):«Mömin elə yumşaq və mülayimdir ki, sən onun axmaq olmasını zənn edərsən.»

644.Allahın Peyğəmbəri (s):«Mömin camaatın öz mal və canını etibar etdiyi kəsdir.»

645.Allahın Peyğəmbəri (s):«Mömin o kəsdir ki, nəfsi onun əlindən əziyyətdədir, camaat isə asayiş və rahatlıqda!»

646.Allahın Peyğəmbəri (s):«Mömin salamı əvvəl verər, münafiq isə «gərək mənə salam versinlər» deyər.»

647.Allahın Peyğəmbəri (s):«Mömin ünsiyyət qurur və onunla ünsiyyət qurulur. Ünsiyyət qurmayan və ünsiyyət qurulmayan kəsdə xeyir-bərəkət yoxdur. İnsanların ən yaxşısı camaat üçün daha xeyirli olan kəsdir.»

648.Allahın Peyğəmbəri (s):«Özünün yaxşı işinə sevinən və pis işindən narahat olan kəs mömindir.»

649.Allahın Peyğəmbəri (s) möminin vəsfində buyurmuşdur:«Hərəkət və rəftarları mülayim və mehribandır, görüşü şirin... Hər bir şeyin ən üstününü axtarır, xislətlərin ən dəyərlisini…Nifrət bəslədiyi kəsə zülm etmir və sevdiyi şəxsə görə günaha batmır. Xərci azdır, çox kömək və yardım edir...İşi çox yaxşı yerinə yetirir, sanki onu özü üçün görür. Gözləri aşağı baxır. Bağışlayan əli var, bir şey istəyəni boş geri qaytarmır. Sözünü ölçüb-biçir və dilini lal edir... Batili, hətta dostundan qəbul etmir və haqqı, hətta düşmənindən olsa belə inkar etmir. Elmi ancaq bilməyə görə öyrənir və biliyi yalnız əməl etməyə görə əldə edir... Dünyapərəstlərlə rəftar edəndə onların ən zirəngi, axirət axtaranlarla olanda onların ən pəhrizkarıdır.»

650.İmam Əli (ə):«Möminin sevinci üzündə, kədəri qəlbindədir. Sinəsi hər şeydən genişdir (çox hövsələli və geniş ürəklidir). Nəfsi isə hər şeydən xardır. Özünü yuxarı tutmağı sevmir və şan-şöhrətə nifrət bəsləyir. Qəm-kədəri uzun, himmət və çalışqanlığı yüksəkdir... Sükutu çoxdur və vaxtı boş keçmir. Şükr edən və səbrlidir. Fikrə dalıb və (başqaları ilə) dostluğunda möhkəm olmağa hərisdir. Mülayim və mehribandır. İradəsi çaxmaq daşından da möhkəmdir, amma bununla belə quldan da həqir və xardır.»

651.İmam Əli (ə):«Mömin şadlıq və asayiş zamanı şükr edən, bəla və çətinlik zamanı səbrli , naz-nemət içində olan zaman isə qorxu içindədir.»

652.İmam Əli (ə):«Mömin sadə qəlbli (hiylə-kələksiz) və alicənabdır. Öz nəfsindən arxayındır və həmişə qorxu (Allah qorxusu) və qəm içindədir.»

653.İmam Əli (ə):«Mömin öz qəlbini alçaq şeylərdən təmizləmiş kəsdir.»

654.İmam Əli (ə):«Mömin öz dinini dünyası ilə təmizləyən kəsdir. Günahkar o şəxsdir ki, dünyasını dini ilə qoruyur.»

655.İmam Səccad (ə):«Mömin salamat olmaq üçün sükut edir və faydalanmaq üçün danışır.»

656.İmam Sadiq (ə):«Mömin yaxşı və xərci-zəhməti az olan bir yardımçıdır. Yaşayışını yaxşı idarə edir və bir dəlikdən iki dəfə sancılmır.»

657.İmam Sadiq (ə):«Mömin dində qüvvətli, yumşaqlıqda uzaqgörəndir. İmanı yəqinliklədir. (Dini) başa düşməyə həris, doğru yolu getməkdə şövqlüdür... İş və çətinliklərinin olmasına baxmayaraq namazını tərk etmir.»

658.İmam Sadiq (ə):«Mömin o kəsdir ki, gəliri halal və pak, əxlaqı gözəl, batini sağlam və düz olsun, malının artığını (ehtiyacı olanlara) paylasın və çox danışmaqdan çəkinsin.»

659.İmam Rza (ə):«Mömində üç xasiyyət olmayınca o mömin deyil: bir xüsusiyyət Allahından, bir xüsusiyyət Peyğəmbərindən (s) və bir xüsusiyyət Allahın vəlisindən (ə). Rəbbinin xüsusiyyəti sirri örtülü saxlamaq, Peyğəmbərinin (s) xüsusiyyəti xalqla mülayimlik və Allahın vəlisinin xüsusiyyəti çətinlik və sıxıntılarda səbrli olmaqdır.»

190. Möminin möhkəmliyi

660.İmam Baqir (ə):«Mömin dağdan da möhkəmdir. Dağdan bir şey azalar, amma möminin dinindən bir şey azalmaz.»

661.İmam Sadiq (ə):«Mömin dəmir parçasından da möhkəmdir. Dəmir parçası oda qoyulanda dəyişir, amma mömin dəfələrlə öldürülsə də qəlbində dəyişiklik yaranmır.»

191.Hər şeyin möminin qarşısında tə‘zim etməsi

662.İmam Sadiq (ə):«Mömin o kəsdir ki, hər bir şey ondan qorxur. Çünki o Allahın dinində qüdrətli və izzət sahibidir, heç nədən qorxmur və bu onun nişanəsidir.»

663.İmam Sadiq (ə):«Hər şey hətta yerin həşərat, sürünən və yırtıcıları və göyün quşları möminin qarşısında təslimdirlər.»

192.Möminlər azdırlar

664.İmam Əli (ə):«Allah yer üzünü insanların ehtiyaclarından xəbərdar olan və nicat, qurtuluş yolunda elm öyrənən kəsdən boş qoymayıb. Əlbəttə, onların sayı azdır. Allah bunu (keçmiş) peyğəmbərlərin ümmətlərinin içində aydınlaşdırıb və onları gələcək nəsillər üçün nümunə edib. Məsələn, Nuhun qövmü barəsində: «Onunla birlikdə çox az adam iman gətirdi.»

665.İmam Sadiq (ə):«Mömin qadın mömin kişidən, mömin kişi isə qırmızı kibritdən də az tapılandır. Sizlərdən hansınız qırmızı kibrit görmüsünüz?!»

193.Möminin əlamətləri

666.İmam Səccad (ə):«Möminin beş əlaməti var: xəlvət və təklikdə olanda pəhrizkar olmaq, yoxsulluq zamanı sədəqə vermək, bəlalar müqabilində səbrlilik, qəzəblənəndə həlimlik və qorxu olmasına baxmayaraq doğruçuluq.»

667.İmam Sadiq (ə) «möminin mömin olması nə ilə bilinir?» sualının cavabında buyurmuşdur:«Allah qarşısında təslim olması və düçar olduğu sevinc və kədərlə razılaşması ilə.»

194.Möminlərin ən yaxşısı

668.İmam Əli (ə):«Möminlərin ən yaxşısı can, ailə və malını (Allah yolunda) daha çox təqdim edəndir.»

669.İmam Əli (ə):«Möminlərdən o şəxsin imanı daha üstündür ki, verdiyi və aldığı, qəzəb və sevinci Allaha görədir.»

Görməyə-görməyə peyğəmbərə iman gətirənin fəziləti

670.Allahın Peyğəmbəri (s):«Məni görən şəxsin iman gətirməsi təəccüblü deyil, bəlkə əksinə, yazılı vərəqləri görüb əvvəlindən axırına kimi ona iman gətirənlərin iman gətirmələri təəccüblüdür.»

671. Allahın Peyğəmbəri(s):« Qardaşlarımı nə vaxt görəcəyəm?» Soruşdular:«Məgər biz sizin qardaşlarınız deyilik?» Buyurdu:«Siz mənim səhabələrimsiniz, mənim qardaşlarım mənə görmədən iman gətirən kəslərdir. Onları görmək şövqündəyəm.»



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor