RSS
 

Login:
Şifrə:
» » Peyğəmbərin (s) son günləri

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Peyğəmbərin (s) son günləri

 
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 10-12-2015, 20:56 | Şərh sayı: (0) | Baxılıb: 1252

Peyğəmbərin (s) son günləri


Peyğəmbərin (s) son günləri


Həzrət Mühəmməd Peyğəmbərin (s) ömrünün son iki ayı ağır xəstəlik içində keçmişdi. O həzrət ömrünün başa çatmaq üzrə olduğunu bilir və bu barədə müsəlmanları dönə-dönə xəbərdar edirdi.

Peyğəmbərin məqsədi bu idi ki, Onun ölümü müsəlmanları qəfil haqlamasın və hələ kövrək olan Islam ümməti bu itkidən sarsılmasın.

Qeyd edək ki, Peyğəmbərin öz ölümünü qabaqcadan hiss etməsi qeyri-mümkün iş deyil. Nəinki peyğəmbərlər və imamlar, hətta bəzi övliyalar belə, öz ölümlərini bir müddət əvvəldən duyur və Allahla görüşə hazırlaşırlar. Peyğəmbər ölümünün yaxında olduğunu bəzi əlamətlərdən duymuşdu. Məsələn, hər il vəhy mələyi Cəbrail bir dəfə o həzrətin görüşünə gəlir və onlar həmin zamana kimi nazil olmuş ayələri birlikdə oxuyurdular. Həmin il Cəbrail Quranı iki dəfə Peyğəmbərlə oxudu. Həmçinin, vida həcci zamanı nazil olmuş Maidə surəsinin 67-ci ayəsi artıq o həzrətin peyğəmbərlik missiyasının başa çatmaq üzrə olduğunu xəbər verdi. Vəfatından təqribən 80 gün əvvəl – vida həcci zamanı İslam mümləkətinin ən müxtəlif guşələrindən gəlmiş 100 min nəfər müsəlmanın qarşısında Peyğəmbər tezliklə vəfat edəcəyini söylədi və ən mühüm vəsiyyətlərini xatırlatdı. Maraqlıdır ki, İslamın düşmənləri üçün bu xəbər əsl fürsətə çevrildi. Həzrət Mühəmmədin (s) tezliklə vəfat edəcəyini Onun öz dilindən eşidən bəzi şəxslər fürsəti qənimət bilib peyğəmbərlik iddiası ilə çıxış etdilər. Təsadüfi deyil ki, Müseylimə, Tüleyhə, Səccah, Əsvəd kimi yalançı «peyğəmbər»lər məhz Həzrət Mühəmmədin (s) həyatının son aylarında fəaliyyətə başlamışdılar. Onlar güman edirdilər ki, müsəlman icması öz başçısını itirdikdə böyük sarsıntıya düşəcək və ərəbləri Islamdan döndərmək asan olacaq. Lakin tarix onların bu gümanının səhv olduğunu sübuta yetirdi. Həzrət Mühəmmədin (s) həyatının son günlərində və vəfatından sonrakı qısa müddət ərzində yalançı «peyğəmbər»lərin hamısının təxribatının qarşısı uğurla alındı. Onların əksəriyyəti birinci xəlifə Əbu Bəkrin zamanında təslim edildi. Yəməndə özünü «peyğəmbər» elan etmiş Əsvədin müsəlmanlar tərəfindən qətlə yetirilməsinin xəbəri isə Mədinəyə Peyğəmbərin vəfatından cəmi bir gün əvvəl gəlib-çatdı.

İslam Peyğəmbəri özündən sonra ümmətin halı üçün təşviş keçirirdi. Onu xüsusilə müsəlmanların yaxın qonşusu olan Bizans imperiyası narahat edirdi. Peyğəmbər bilirdi ki, Onun vəfat xəbərini eşidəndən dərhal sonra bizanslılar İslam torpaqlarına qarşı böyük hücuma keçəcəklər. Bu hücumu qabaqlamaq üçün o həzrət özü müsəlmanlara səfərbərlik əmri verdi və təşkil olunmuş qoşuna 3 il bundan əvvəl Mötə məntəqəsində bizanslılarla müsəlmanlar arasında baş vermiş döyüşdə şəhid olmuş Zeyd ibn Harisənin oğlu Üsamə ibn Zeydi sərkərdə seçdi. Lakin bəzi qocaman səhabələr yenicə həddi-büluğ yaşına çatmış Üsamənin başçılığı altında döyşməkdən imtina etdikləri üçün qoşunun səfərbərlik işləri ləngiyirdi. Üsamə Mədinədən kənarda düşərgə qurub hamının toplaşmasını gözləyirdi.

Həzrət Mühəmməd Peyğəmbər (s) ömrünün son günlərində dəfələrlə Məscidün-nəbəviyə gəlir və müsəlmanlar qarşısında çıxış edirdi. Çox zaman bədəni hərarət içində yandığı üçün əmisi oğulları Əli ibn Əbu Talibin, Fəzl ibn Abbasın və başqa yaxın qohumlarının çiyninə dayaqlanaraq hərəkət edirdi. Belə günlərin birində o, məscidə gəlib müsəlmanları sərt bir şəkildə qınadı və hamını Üsamənin qoşununa qatılmağa çağırdı. Təəssüf ki, səhabələrin bəziləri Peyğəmbərin səhhətindən narahat olduqları, bəziləri isə o həzrətin vəfatından sonrakı xəlifə seçkilərinə nəzarəti əldən buraxmaq istəmədikləri üçün bu tapşırığı yenə qulaqardına vurdular. Nəticədə, Üsamənin Şam bölgəsinə yürüşü yalnız Peyğəmbərin vəfatından sonra, Əbu Bəkrin xilafətinin ilk günlərində baş tuta bildi.

Peyğəmbər xəstə halda ikən Əlinin (və ya əhli-sünnə rəvayətlərinə görə səhabələrdən Əbu Müveyhibənin ya Əbu Rafenin, ya da Büreyrənin) müşayiəti il Bəqi məzarlığına getdi, orada dəfn olunanların ruhuna Allahdan rəhmət dilədi, öz əzizlərinin məzarı ilə vidalaşdı.

Bəzi mənbələrdə xəbər verilir ki, Peyğəmbər ömrünün son günlərində yataq xəstəsi olduğu halda ən yaxın səhabələri ətrafına toplamış və vəsiyyətini yazdırmaq istəyində olduğunu dilə gətirmişdi. Lakin bəzi səhabələr: “Quran bizə bəsdir, bundan başqa tapşırığa ehtiyacımız yoxdur» - deyə, buna mane olmuş və nəticədə Peyğəmbər qəzəblənib hamını otaqdan qovmuşdu. Bir daha qeyd edirik ki, bu rəvayət bütün mənbələrdə deyil, bəzi kitablarda (əsasən, şiə yönümlü mənbələrdə) və fərqli varinatlarda qeyd edilib.

Yuxarıda qeyd etdiyimiz kimi, Həzrət Mühəmməd (s) həyatının son günlərinə kimi müsəlmanlarla rabitəni kəsmir, çətinliklə olsa da məscidə gedib camaatla görüşürdü. Bir gün qızdırmalı halda, başına nəm dəsmal bağlamış vəziyyətdə, Əlinin və Fəzl ibn Abbasın çiyninə söykənib ayaqlarını yerlə sürüdərək özünü məscidə çatdırdı, minbərə qalxıb səhabələrlə vidalaşdı. Buyurdu ki, hər kimə vəd verib yerinə yetirməmişəmsə desin ki, bu dünyanı borclu halda tərk etməyim. Səhabələrdən biri qalxıb dedi: “Ey Allahın Rəsulu! Mənə söz vermişdiniz ki, əgər evlənsəm, mənə beytül-maldan maddi yardım verəcəksiniz”. Peyğəmbər tapşırdı ki, beytül-maldan həmin səhabəyə bir miqdar pul versinlər. Vəfatından 3 gün əvvəl yenə məscidə gəlib minbərə qalxdı, camaatdan halallıq istədi, kimin boynunda haqqı olduğunu söylədi. Səvadə ibn Qeys adlı bir səhabə qalxıb söylədi: “Taif səfərindən qayıdanda mən Sizin yanınızda durmuşdum. Siz öz atınızı yerindən tərpətmək üçün qırmancı qaldırıb vurdunuz, amma qırmanc mənim kürəyimə dəydi. Indi həmin zərbənin qisasını tələb edirəm”. Peyğəmbər etiraz etmədən öz evinə adam göndərdi ki, həmin qırmancı gətirsinlər. Sonra köynəyinin ətəyini yuxarı qaldırıb kürəyini açdı və Səvadəyə icazə verdi ki, həmin zərbənin əvəzinə qırmancla Onu vursun. Hamı heyrət və dəhşət içində bu səhnəni izləyirdi. Amma Səvadə irəli gəlib o həzrətin sinəsindən və kürəyindən öpdü, söylədi: “Elə bilməyin ki, mən Sizə qarşı bu qədər hörmətsizlik edə bilərəm. Mənim məqsədim bu idi ki, kürəyinizdəki peyğəmbərlik nişanını gözlərimlə görüm və öpüm. Indi öz arzuma çatdım”.

Həzrət Mühəmməd Peyğəmbər (s) özünə məxsus 7 dirhəm pulu Aişənin hücrəsində saxlamışdı. Həyatının son günlərində pulları gətirməyi tapşırdı, dirhəmləri əlində tutub buyurdu: “Rəbbinə etimad bəsləyən bir insan Onun hüzuruna bunlara sahib olduğu halda gedərmi?”. Daha sonra o həzrət dinarları Əliyə verdi ki, kasıbların arasında paylasın.

Qeyd edilməli məsələlərdən biri də budur ki, Həzrət Mühəmməd Peyğəmbər (s) ömrünün son günlərini ümmül-möminin Aişənin hücrəsində keçirmişdir. O həzrətin xanımlarından ötrü Məscidün-nəbəviyə bitişik ayrı-ayrı hücrələr (otaqlar) tikilmişdi. Peyğəmbər növbə ilə bu hücrələrdə xanımları ilə qalırdı. Lakin xəstəliyi şiddətləndiyi zaman Onun yatağını Aişənin hücrəsində hazırladılar və Islam Peyğəmbəri burada dünyasını dəyişdi. Bununla belə, Peyğəmbərin yaxın qohumları – qızı Fatimə, kürəkəni Əli ibn Əbu Talib, nəvələri Həsənlə Hüseyn, əmisi oğulları Fəzl, Qüsəm və başqaları Onu tez-tez ziyarət edirdilər. Xüsusilə, Əli bir an da olsa Peyğəmbərin yanından ayrılmırdı. Məhz buna görə bu gün də Peyğəmbər vəfat edərkən yanında kimin olması barədə məlumatlar fərqlidr. Hədislərin bir qismində o həzrət vəfat edərkən başını Aişənin qucağına qoyduğu, bir qismində isə Əlinin çiyninə dayaqlandığı bildirilir.

Ömrünün son saatlarında Peyğəmbər öz qızı Fatiməni görmək istədi. Fatimeyi-Zəhra ilə atasının son söhbəti təklikdə oldu. Kənardan baxanlar gördülər ki, Fatimə qulağını Peyğəmbərin dodaqlarına yaxınlaşdırdı, eşitdiyi sözlərdən əvvəlcə kədərləndi və qəhər Onu boğdu. Amma daha sonra atasının dilindən nə eşitdisə, razı halda gülümsədi. Sonralar bu barədə Fatimədən soruşdular. O belə dedi: “Atam əvvəlcə mənə xəbər verdi ki, çox tezliklə bizdən ayrılıb vəfat edəcək. Bu xəbər məni kədərləndirdi. Amma ardınca buyurdu ki, tezliklə mən də dünyamı dəyişib, axirət aləmində Onunla görüşəcəyəm. Ona görə sevindim”.

Həzrət Mühəmməd Peyğəmbər (s) hicrətin 11-ci ilində səfər ayının 28-də, bazar ertəsi günorta vaxtı dünyasını dəyişdi. Rəvayətə görə, həmin gün sübh vaxtı o həzrətin əhvalı yüngülləşmişdi. Hətta səhabələr bunu görüb sevinmişdilər. Lakin sonra qəfildən əhvalı pisləşdi, hərarəti artdı. Ümmül-möminin Aişə rəvayət edir: Mən dəfələrlə Allah Rəsulundan eşitmişdim ki, hər bir peyğəmbərin ölüm saatı çatanda Allah onu həyatla ölüm seçimi arasında qoyur. Peyğəmbərə vəhy olunur ki, həyatını davam etdirmək istəyir, yoxsa ölmək arzusundadır? Aişə rəvayət edir ki, Həzrət Mühəmməd (s) ömrünün son anlarında gözlərini səmaya doğru qaldırıb buyurdu: “Bəl ər-rəfiqul-ə’la». Yəni «uca dostu seçirəm”. Aişə bu sözlərdən başa düşür ki, artıq Peyğəmbər dünyanı tərk etmək üzrədir, Ona həyatla ölüm arasında seçki aparmaq təklif edilib və o həzrət uca dostun (yəni Allahın) hüzuruna getməyi üstün tutub.

İmam Əli ibn Əbu Talib isə xatırlayırdı ki, Peyğəmbər həyatının son anında başını Onun qucağına qoyaraq bu sözləri buyurmuşdu: “Əs-səlah, əs-səlah” (yəni “namaz, namaz”). Bu sözlər Peyğəmbərin ibadətə nə qədər böyük önəm verdiyini nümayiş etdirir. Əslən yəhudi olub, sonra Islamı qəbul etmiş Kəbül-əhbar Əlidən bunu eşidəndə təsdiq edib demişdi ki, bütün peyğəmbərlərin son sözü bu məzmunda olub.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor