RSS
 

Login:
Şifrə:
» » Keçmiş ümmətlərdən öyüd götürmək

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Keçmiş ümmətlərdən öyüd götürmək

 
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 23-09-2015, 20:53 | Şərh sayı: (0) | Baxılıb: 623

Keçmiş ümmətlərdən öyüd götürmək


Keçmiş ümmətlərdən öyüd götürmək


Tarix boyu ilahi ümmətlərə haqq dövlət vədəsi verilmişdir və onlar həmişə bunun zühurunun intizarını çəkmişlər. Lakin bu dövlətin zühurundan sonra onların öz iddialarında sadiq olmadıqları aydın olmuşdur. Misal üçün, Fironun zamanında həzrət Musanın təvəllüdü və zühuru Bəni-İsrailə vəd verilmişdi. (Bu əhvalat Quranda təkrar-təkrar nəql olunmuşdur) Firon Bəni-İsraili o qədər sıxıntıda saxlamışdı ki, çox az millətlər belə əziyyət görmüşdü. Onlara o qədər işgəncə verildi ki, alimlər və salehlər bir yerə toplaşıb xalqı həzrət Musanın (ə) zühurunun yaxınlaşması üçün dua etməyə dəvət etdilər. Bu mövzuda nəql olunmuş rəvayətlərə əsasən, Bəni-İsrailin həddi aşmış göz yaşları və ah-nalələrinə görə həzrət Musanın (ə) zühuru yaxınlaşdı. O, dünyaya gəldi, böyüdü və bir müddət sonra Fironun əleyhinə qiyam qaldırdı. Sonra Bəni-İsraili onun əlindən xilas edib dəryadan keçirdi. Onlar öz gözləri ilə Firon və tərəfdarlarının bir bu qədər əzəməti olmasına baxmayaraq, dəryadan keçə bilmədiklərini və oradaca qərq olduqlarını gördülər.
Fironun şərindən xilas olub Allaha bəndəlik etmək üçün həzrət Musanın zühurunun tezləşməsini istəyənlər Fironun cəngindən azad olduqdan sonra həzrət Musa dünyadan köçənə qədər bir çox ləyaqətsiz işlər gördülər. Onları Fironun şərindən qurtardığı üçün Allaha təşəkkür etmək əvəzinə, naşükürlük etdilər. Eyni zamanda, uzun illər intizarını çəkdikləri həzrət Musanın göstərişlərinə qulaq asmaq əvəzinə, pis işlər görüb ondan yersiz tələblər etdilər. Onların birinci səhvi bu idi: Misirdən Fələstinə olan yolda əhalisi bütpərəst olan bir şəhərə çatdılar: Bu şəhərin xalqının vəziyyətini müşahidə edərək həzrət Musanın yanına gəlib ona dedilər: Sənin inandığın və bizi ibadətinə çağırdığın Allahı görmürük, biz bu bütpərəstlərin məbudu kimi bir Allah istəyirik: "Onların məbudları olduğu kimi, bizim üçün də bir məbud qərar ver.”
Bunlar Fironun zülmündən təngə gəlib Allahdan həzrət Musanın zühurunun tezləşməsini istəyənlər idi.
Bu hadisədən sonra həzrət Musa ibadət üçün Tur dağına getdi. O orada otuz gün qalmaq üçün dəvət olunmuşdu; amma bu müddət qırx günə qədər çəkdi. O, münacata gedən zaman Bəni-İsrail Samirinin yanına gedib ona dedi: "Bizim üçün bir Allah düzəlt!” Samiri də onların sözünü qəbul etdi və qızıldan bir buzov düzəltdi. Musanın səbirsizliklə intizarını çəkənlərin sonu belə oldu!
İslam peyğəmbərinə aid bir əhvalat da var. Hicaz məntəqəsi, xüsusilə də Mədinə ətrafındakı kitab əhlinin bir çoxu İslam peyğəmbərinin zühurunun intizarında idi. Onlar Mədinə və onun ətrafında toplanmışdılar ki, həzrət zühur edən zaman başqalarından daha tez ona iman gətirsinlər. Qurani-Kərim bu barədə deyir: "Onu öz oğullarını tanıdıqları kimi tanıyırlar.” 75 İslam peyğəmbərini öz övladları tanıdıqları kimi tanıyırdılar (və onun xüsusiyyətləri, əlamətlərindən xəbərdar idilər). Lakin həzrət onları İslam dininə dəvət etdiyi zaman onun hədəflərini öz istəklərinə uyğun görməyib dəvətini qəbul etmədilər.
Bu tarixi cərəyanlar bizim üçün ibrətamiz dərs hesab olunur. Allah eləməsin ki, biz də həzrət Mehdinin (ə) zühurunun intizarını çəkərək belə bir aqibətə düçar olaq. Bizim gözəl aqibətli olacağımıza zəmanət verilməyib. Bəzi rəvayətlərdə göstərilir ki, həzrət Mehdinin (ə) zühurundan sonra bəziləri ona məktub yazacaq ki, bizim sizə ehtiyacımız yoxdur.
Beləliklə, özümüzü hər bir cəhətdən islah etməliyik; nəfsani istəklərdən uzaqlaşıb, özümüzü onu, onun inqilab və qiyamının qəbuluna hazırlamalıyıq. Əgər həzrəti seviriksə, onun adını eşitdikdə gözlərimizdən yaş axırsa, yenə də qürurlu olub aqibətimizdən xəbərsiz qalmamalıyıq.
Buna görə də intizar o zaman dəyərli sayılır ki, həqiqətən, Əsrin İmamını və onun zühurunu İslam və müsəlmanların izzəti, ilahi hökmlərin diriliyi üçün istəyək, eyni zamanda, tarix boyu ilahi hökmlərin izah olunmamasından narahat olaq. Özümüzü həzrətin hökuməti və göstərişlərini qəbul etmək üçün hər bir cəhətdən hazırlamalı və Allahdan bu işdə bizə tövfiq verməsini istəməliyik.
"Pərvardigara, girami peyğəmbərlə ayrılıqdan (ona və ailəsinə Sənin salamın olsun), mövlamızın qeybindən, düşmənin çoxluğu və sayımızın azlığından, bizə üz tutmuş üzücü fitnələrdən, dövrümüzün şəraitinin bizim ziddimizə çiyin-çiyinə dayanmasından sənə şikayət edirik.”



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor