RSS
 

Login:
Şifrə:
» » On iki imam haqqında qısa məlumat

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






On iki imam haqqında qısa məlumat

 
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 25-09-2015, 00:02 | Şərh sayı: (0) | Baxılıb: 2158

On iki imam haqqında qısa məlumat


On iki imam haqqında qısa məlumat


İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) peyğəmbərliyə tə`yin olunmasından 12 il əvvəl kə`bədə Allah evində dünyaya gəlib. Bu viladəti bütün müsəlman tirixçiləri nəql edirlər. Mübarək ramazan ayının 19-da hicrətin 40-cı ilində sübh namazı qılarkən məsciddə xəvariclərdən olan Əbdürrəhman ibni Mülcəm adlı bir nəfərin qılınc zərbəsi ilə yaralanır və ramazan ayının 21-də şəhid olur. Nəcəfi-Əşrəf şəhərində dəfn olunur.

Atası: Əbu Talibdir. Nəql olunur ki, əsl adı İmrandır. Atası Əbdül-Müttəlib vəfat etdikdən sonra qureyş tayfasının başçılığı ona keçmişdir. İslam Peyğəmbərini (səlləllahu əleyhi və alehi və səlləm) uşaq çağından himayət etmiş, qureyşin ona əziyyət verməsinin qarşısını almış və o Həzrətə iman gətirmişdir. Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) müdafiə etdiyinə görə "Əbu Talib məkanı!” adlı yerdə Peyğəmbərlə (səlləllahu əleyhi və alehi və səlləm) birlikdə mühasirə şəraitində olmuşdur. Əbu Talib, Peyğəmbərin (səlləllahu əleyhi və alehi və səlləm) peyğəmbərliyini e`lan etməsindən on il sonra vəfat etmişdir. Həmin ildə İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) zövcəsi Xədicə xanım da vəfat edir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) həmin ili ”hüzn” ili adlandırır. Peyğəmbərdən (səlləllahu əleyhi və alehi və səlləm) hədisdə nəql olunur ki buyurur: "Nə qədər ki, Əbu Talib dünyada vardı qureyş mənə qarşı hücum edə bilmirdilər”



Anası: Əsədin qızı Fatimədir. Uşaq vaxtı islam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Əbu Talibin evində olanda Peyğəmbərə (səlləllahu əleyhi və alehi və səlləm) çox yaxşılıqlar etmişdir.

HƏZRƏT ƏLİ HƏZRƏT(ƏLEYHİSSALAM)-IN İMAMLIĞI HAQQINDA NƏQL OLUNAN HƏDİSLƏRDƏN NÜMUNƏLƏR

1. İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) peyğəmbər kimi gəlməsinin ilk ilində belə bir ayə nazil olur:

وَأَنذِرْ عَشِيرَتَكَ الْأَقْرَبِينَ

" Ən yaxın qohumlarını Allah yoluna də`vət et!”

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) bu ayədən sonra Əbdül-Müttəlib övladlarını bir yerə yığıb belə buyurur: Ey Əbdül-Müttəllib övladları! Allaha and olsun ki, mən ərəblər arasında elə bir cavan tanımıram ki, mənim sizə gətirdiyim xəbərdən yaxşı bir xabar gətirsin! Mən sizə dünya və axirət xeyiri xəbərini gətirmişəm. Allah-taala Özü mənə əmr edib ki, bu sözü sizlərə çatdırım. Sizlərdən hansınız bu işdə mənim vəzirim olur və məndən sonra canişinim və xəlifəm olsun? Həzrət Əli (əleyhissalam) qalxır. Hamı O həzrətə tərəf diqqət edir. Buyurur: Ey Allahın peyğəmbəri! Mən bu işdə sizin köməkçini köməkçinizəm! Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) bu vaxt Əlinin (əleyhissalam) əlindən yapışıb buyurur: "Həqiqətən, bu sizin aranızda mənim qardaşım, canişinim və xəlifəmdir. Onu eşidin və itaətində olun!”

Məclis dağılır. Hamı durur və gülərək Əbu Talibə istehza edib deyirlər: Sənə əmr olundu ki, oğlunu eşit və onun itaətində ol!

2. QƏDİR-XUM HƏDİSİ: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) ömrünün axır çığında hicrətin 10-cu ilində son həcc ziyarətindən Mədinəyə dönərkən həzrət Cəbrail İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alehi və səlləm) nazil olub vəhy gətirir ki, səndən sonra Əli (əleyhissalam) müsəlmanlara imam tə`yin olunur. O vaxt bu ayə nazil olur:



يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ

"Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (ayəni) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə etdiyimiz elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq.”

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) bundan sonra müsəlmanları gəm edib belə buyurur:

"Ey müsəlmanlar! Mən sizin aranızda iki qiymətli əmanət qoyub gedirəm. Əgər onlardan yapışsanız məndən sonra yolunuzdan azmazsınız. İki böyük əmanətdən biri göylərdən yerə qədər yetən Allahın kitabı Qur`an, digəri isə Əhli-Beytimdir.” Sonra yenə buyurur: Məgər mən sizin özünüzdən də sizə əziz deyiləmmi? Dedilər: Bəli! Bu sözü üç dəfə təkrar edir. Onlar hər üçündə eyni cavabı verib həzrətin sözünü təsdiq edirlər. Həzrət Əli (əleyhissalam)-ın əlini qaldırıb buyurur:

"Mən hər kimi ağası və rəhbəriyəmsə Əli də (məndən sonra) onun ağısı və imamıdır. İlahi! Onu dost tutanı Sən də dost tut! Hər kim Onunla düşmənçilik etsə Sən də onunla düşmənçilik et! Hər kim onu sevsə Sən də onu sev və hər kimdə ona qarşı kin olsa sən də ona qarşı kinli ol! Hər kim ona kömək etsə, Sən də ona kömək ol! Hər kim onu xar etmək istəsə, Sən də onu xar et! Həmişə onu Haqqla bir yerdə et!”

Əbu Səid Xidri nəql edir: Bu sözlər deyiləndən sonra hələ cammat dağılmamışdı ki, bu ayə nəzil oldu:



الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الإِسْلاَمَ دِيناً

"Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan ne’mətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim.”

Bu arada şair Həsan ibni Sabit qalxıb dedi: Ey Allahın Rəsulu! İcazə verirsinizmi bu hadisə haqqında Əli (əleyhissalam) haqqında bir neçə beyt şe`r deyim ki, əhali eşitsin? Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: Allahın bərəkəti ilə de! Şair durur və bu məzmunda şe`r deyir:

Peyğəmbərləri Qədir-Xum günü onlara xitab etdi,

Peyğəmbərinizi bu gün Qədir-Xumda eşidin!

Soruşdu kimdi sizin rəhbər və mövlanız?

Dedilər: Şəkk-şübhə yoxdu ki, hamıya mə`lumdur.

Sənin Allahın xaliqimiz, Sən də rəhbərimizsən.

Məgər sizə itaətdə bizdən bir günah görmüsən?

Ona buyurdu: Dur! Ya Əli! Həqiqətən mən,

Razıyam ki,məndən sonra canişinim və imamsan.

Mən hər kimin mövlasıyamsa bu da onun rəhbəridir.

Ona köməkçi olun və sədaqətlə dost tutun!

Burda dua etdi: İlahi! Onu sevəni Sən də sev!

Hər kim Əliyə düşmən olsa, ona düşmən ol!



Bu zaman Əbu Bəkr və Ömər Həzrətə yaxınlaşıb dedilər: Ey bütün mömin və möminələrin ağası və rəhbəri təbrik edirik!

Bu vaxt kimsə Ömərə dedi: Sən Əlini elə tə`rif etdin ki, heç bir Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) səhabəsi bu fəzilətə nail olmayıb. Ömər cavab verdi: Bə`li! O, mənim rəhbərimdir!

Həzrət Əli (əleyhissalam) buyurur:

"İnsanlar üç qismdir: Bir dəstə təvazökar və mö`min alimlərdir. Bir dəstə səadət yolunda tə`lim edən müəllimlərdir. Bir dəstə də yaz qabağı çəmənlikdə bitən yaşıl otlara bənzər. Həzin bir yellə o tərəf-bu tərəfə əyilərlər. Elmləri də olsa ondan nur ala bilməzlər. Heç bir möhkəm yerdən yapışmayıblar!”



ÜÇÜNCÜ MƏ`SUM

HƏZRƏT FATİMEYİ-ZƏHRA (SALAMULLAHİ ƏLEYHA)



Adı: Fatimə (salamullahi əleyha)

Atasının adı: İslam Peyğəmbəri Məhəmməd (sələlləhi əleyhi və alihi və səlləm)

Anasının adı: Xədicə (salamullahi əleyha)

Təvəllüdü: 20 Cəmadiyüs-sani, cümə günü, be`sətin 5-ci ili.

Doğulduğu yer: Məkkə

Şəhadət ili: Hicri 11-ci il

Dəfn olunduğu yer: Mə`lum deyildir.

Həzrət Zəhranın (salamullahi əleyha) doğumu əsnasında Allahın Peyğəmbəri (sələlləhi əleyhi və alihi və səlləm) Xədicəyə belə buyurdu: «İndi Cəbaril mənə muştuluq verdi ki, pak və gül kimi bir qız uşağımız olacaqdır ki, bütün imam və mə`sum rəhbərlər onun nəslindən gələcək».

Həzrət Fatimə (salamullahi əleyha) be`sətdən (həzrət Məhəmmədin peyğəmbərliyə seçilməsindən) beş il sonra, Cəmadüs-sani ayının iyirmisində, cümə günü Məkkə şəhərində dünyaya göz açdı.

Həzrət Fatimə (salamullahi əleyha) nübüvvət və risalət evində tərbiyə alıb Peyğəmbərin elmindən faydalandı. Qur`anı Peyğəmbərin (sələlləhi əleyhi və alihi və səlləm) dilindən eşidib öyrənir, həmişə özünü ən yaxşı və nümunəvi şəkildə tərbiyə edirdi. Həzrət Fatimə (salamullahi əleyha) Qur`an və atasının sözlərinə ünsiyyət bağlamışdı. Özünü faydalı elmlərlə yetişdirib kamilləşdirdiyinə görə atası onu çox sevirdi.

Peyğəmbərimiz (sələlləhi əleyhi və alihi və səlləm) Həzrət Fatiməni (salamullahi əleyha) öz bədəninin bir hissəsi hesab edib, həmişə belə buyurardı: «Fatimə mənim bədənimin bir hissəsidir, hər kəs ona əziyyət etsə, mənə əziyyət edibdir, hər kəs də onu sevindirsə, məni sevindiribdir».

BƏRƏKƏTLİ AİLƏ

Həzrət Fatimə (salamullahi əleyha) Əli (əleyhissalam) ilə birgə böyümüşdü, onu qayğıkeş bir ər və atasının ətrafında dolanan yüksək bir insan kimi tanımışdı.

Artıq bu iki insanın qəlbi xüsusi bir şəkildə bir-biri ilə qovuşmuşdu. Belə ki, heç birinin cahiliyyətlə əlaqəsi yox idi. İkisi də həyatlarının ilk illərindən başlayaraq risalət dənizi ilə vəhy nurunun kölgəsində böyümüşdülər. İkisi də Şe`bi Əbi Talibdə müşriklərin mühasirəsində üç il birlikdə dərd və zəhmət çəkmişlər.

Həzrət Fatimə (salamullahi əleyha) bilirdi ki, həzrət Əli (əleyhissalam)-ın maddi dövləti olmayıb, onun ən böyük sərmayəsi yalnız atasının hədəfləri uğrunda fədakarlıq etməsidir.

O bilirdi ki, əri bütün cavanlığını inam və cihad ilə keçirərək ömrü boyu İslam və müsəlmanlara xidmət etmiş, cihaddan başqa bir şey düşünməmişdir.

Həzrət Fatimə (salamullahi əleyha) İslam dünyasının rəhbəri Peyğəmbərin (sələlləhi əleyhi və alihi və səlləm) qızı idi; onun bir xidmətçisi olması zəruri deyildimi? Xeyr, o, belə bir şey istəmirdi.

Xanım Zəhra (salamullahi əleyha) özü un üyüdər, çörək yapar və bütün ev işlərini görərdi. Halbuki, bacıları Zeynəb, Ruqəyyə və Ümmü Gülsüm ərlərinin evində bolluq və ne`mət içində yaşayırdılar. Amma Fatimə (salamullahi əleyha) hər şeydən çox Allahı düşünür və həmişə həqiqəti axtarırdı. Elə bir həqiqət ki, nur, su və hava kimi gözəllik və həyatın təməlidir.

Fatimə (salamullahi əleyha) cavan ağac kimi vəhy işığının kölgəsində böyüyüb, azadlıq və ədalət meyvəsi yetişdirərək Qur`anın buyurduğu kimi «Şəcəreye Təyyibə» (yaxşılar ağacının) başlanğıcı olmalı idi.



İKİNCİ İMAM

HƏSƏN İBNİ ƏLİ İBNİ ƏBİ TALİB (əleyhissalam)

Atası: İmam Əli (əleyhissalam).

Anası: İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) qızı və qadınların üstünü Fatimədir.

Hicrətin üçüncü ilində Mədinə şəhərində dünyaya gəlib. Hicrətin 50-ci ilində Əbu Süfyanın oğlu Müaviyənin hiyləsi və Əşə`sin qızı Cudənin əli ilə zəhərlənib şəhid olur. Mədinədə Bəqi qəbrəstanlığında dəfn olunub.

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) O həzrət və qardaşı imam Hüseyn (əleyhissalam) barəsində buyurur:

"Həsən və Hüseyn hər ikisi imamdırlar. İstər qiyam etsinlər istər etməsinlər!”

Cabir Ənsari nəql edir: İmam Həsən (əleyhissalam)-dan eşitdim buyurdu:

"Əxlaqi xüsusiyyətlər ondur: Dilin düzlüyü, günahı e`tiraf etməsi, sailə əta etmək, gözəl əxlaqlı olmaq, yaxşılığa yaxşılıq, qohum-əqraba ilə əlaqəni kəsməmək, qonşunun haqqın qorumaq, haqq sahibin tanımaq, qonağa ehtiram və onların başlıcası həyalı olmaqdır.”

ÜÇÜNCÜ İMAM

HÜSEYN İBNİ ƏLİ İBNİ ƏBİ TALİB (əleyhissalam)

Atası: Əli (əleyhissalam)

Anası: İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) qızı və qadınların üstünü Fatimədir.

Hicrətin dördüncü ilində Mədinədə doğulmuşdur. Hicrətin 61-ci ilində 72 nəfər əshabı, Əhli-Beyti (əleyhissalam) ilə məhərrəm ayının onuncu (aşura) günündə Kərbəla səhrasında şəhid olub və Kərbəlada dəfn olunub.

Birinci şəxsdir ki, Mədinədə ona xatir torpaq qızardı. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm)-in zövcəsi Ümmi Sələməyə bir qabda torpaq verib buyurur:

"Cəbrail nazil olub mənə xəbər verdi ki, Ümmətindən bir dəstəsi Hüseyni qətlə yetirəcək. Bu türbəti də mənə verdi. Dedi ki: Elə ki, bu torpaq qızardı bil ki, Hüseyn şəhid olur.”

Bu türbət o vaxta qədər Ümmi Sələmənin yanında qalır ki, imam Hüseyn (əleyhissalam) Kərbəlaya yola düşür. Hər saatda torpağa baxır. Elə ki, torpaq qızarır, vay Hüseyn! Peyğəmbərin balası! - deyə fəryad çəkir. Qadınlar hər tərəfdən gəlirlər. Mədinədə görünməmiş bir şivən qopur.

İmam Hüseyn (əleyhissalam) oğlu Zeynal-Abidin (əleyhissalam)-a belə vəsiyyət edir:

"Oğlum! Allahdan başqa köməyi olmayan bir nəfərə zülm eləmə!”





DÖRDÜNCÜ İMAM

ƏLİ İBNİ HÜSEYN ZEYNAL-ABİDİN (əleyhissalam)

Hicrətin 38-ci ilində şə`ban ayında cümə günü Mədinədə dünyaya gəlir. Həcrətin 99-cu ilində zəhərlənir və şəhid olur. Rəvayətdə var ki, anası fars şahlarından Yəzdigərin qızıdır.

İmam Zeynal-Abidin (əleyhissalam) on yaşında ikən Kərbəlada iştirak edib. Ağır qızdırma içində olduğuna görə o hadisədə şəhid olmur. (Bu da Allahın bir hikmətindən idi) Zöhd və ibadətinə görə məşhur idi. Ona görə də "abidlərin ziynəti” ləqəbi qoyurlar. Alnında səcdə izləri çox qalardı. Gecələr fəqirlərə təam verməkdən ötrü onların mənzillərinə gedərdi.

Həzrət hədislərindən birində buyurur:

"Tənbəllik və əzəyyət verməkdən uzaq ol! Bu iki sifət bütün şərr işlərin açırıdır. Çünki, əgər tənbəl olsan haqqı qaytarmazsan. Əziyyət verən də olsan, haqq sözə səbr etməzsən”



BEŞİNCİ İMAM

MUHƏMMƏD İBNİ ƏLİ ƏL-BAQİR (əleyhissalam)

Hicrətin 57-ci ilində Mədinədə dünyaya gəlmiş və 114-cü ilində zəhərlənərək şəhadətə yetmişdir. Mədinədə Bəqi qəbrəstanlığında dəfn olunmuşdur.

İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) səhabələrindən biri Cabir ibni Ənsaridən imam Baqir (əleyhissalam) belə rəvayət edir: Mən hələ balaca idim. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) bir gün Sizə salam göndərdəi. Soruşdular ki: Bu necə oldu? Cavab verir: Bir gün Peyğəmbərin (səlləllahu əleyhi və alehi və səlləm) yanında oturmuşdum. İmam Hüseyn (əleyhissalam) da orda idi. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) mənə xitabən buyurdu:

"Ya Cabir! Bu balamın bir övladı olacaq. Adı da Əli olacaq. Qiyamət günündə nida edən çağrıcaq: Abidlərin ağası dursun! Bu zaman Hüseynin bu oğlu duracaq. Sonra Onun da (Zeynal-Abidinin) oğlu olacaq. Adı Mühəmməd olar. Sən onu görəcəksən. Onu görəndə məndən də ona salam de!”

Başqa bir rəvayətdə isə belə nəql olunur ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Cabirə buyurur:

"Sən o qədər yaşayarsan ki, balam Hüseynin övladından birini görərsən. Onun adı Mühəmməd olar. Elmləri, o cümlədən din elmini yaran və çox bilən olar. Elə ki, onu gördün məndən ona salam söylə!”

İmam Mühəmməd Baqir (əleyhissalam) İslam elmlərini ən çox yayan olub və çoxlu şagirdləri olub. İmam hədislərdən birində buyurur:

"İnsanlarla, sizin başqalarının sizə ən yaxşı münasibəti və davranışı olmasını istədiyiniz kimi davranın! Allah-taala möminlərə söyüş verənə, təhqir edənə və əziyyət edənə qəzəb edər!”



ALTINCI İMAM

CƏFƏR İBNİ MÜHƏMMƏD ƏS-SADİQ (əleyhissalam)

Hicrətin 80-cı ilində doğulub və 148-ci ildə Mədinədə vəfat edib. Bəqi qəbrəstanlığında dəfn olunub. İslam və dünyəvi elmləri çox tə`lim etmişdir. Vəşşa adlı ravi belə nəql edir: Mən kufə məscidində oldum. 700 nəfər alimlə görüşdüm ki, hamısı deyirdi: Cə`fər ibni Mühəmməddən (əleyhissalam) nəql edirəm. Yə`ni, O mənə deyib. Həzrətin şagirdlərindən, Zürarə ibni Ə`yən, Mühəmməd ibni Müslim əs-Səqəfi və tanınmış kimya alimi Cabir ibni Həyyanın adını çəkmək olar.

İmam Sadiq (əleyhissalam)-ın dövrü elmi və mədəni inkişaf çox qabaqa getmişdi. Bu sahədə Əhli-Beyt (əleyhimussalam)-a və bu məktəbə münasib vaxt gəldi ki, bütün dünyaya yayılsın. Həzrət o qədər Əhli-Beyt (əleyhimussalam) məktəbinin şagirdlərini hazırlayır ki, şiə məzhəbinin adı O həzrətin adı ilə bağlıdır. (Cə`fəri məzhəbi)

Əbu Cə`fər Mənsur, imam Sadiq (əleyhissalam)-a bir nəfərdən sifariş göndərir ki: Nəyə görə başqa camaat kimi siz də bizə qoşulmursunuz? Həzrət (əleyhissalam) cavabında yazır:

"Biz dünya malına vurulmamışıq ki səndən qorxub sənə müraciət edək və sənin də yanında axirətdən bir şey də yoxdur ki, ona görə sənin yanına gələk!”

İmam Sadiq (əleyhissalam)-dan nəql olunur:

Zalimin öz zülmünə dəlillərindən biri budur ki, Allah-taala zülm olunan şəxsi ona müsəllət edər. Əgər çağırsa ona cavab verməz.”



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor