RSS
 

Login:
Şifrə:
» » Həzrət Muhəmməd peyğəmbərin (svs) möcüzəsi

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Həzrət Muhəmməd peyğəmbərin (svs) möcüzəsi

 
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 23-09-2015, 21:32 | Şərh sayı: (0) | Baxılıb: 760

Həzrət Muhəmməd peyğəmbərin (svs) möcüzəsi


Həzrət Muhəmməd peyğəmbərin (svs) möcüzəsi


İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alehi və səlləm) insanları islam dininə də`vət etməsi bir sıra mö`cüzələrlə birgə olub. Onlardan bə`zilərinə işarə edirik.

1 – İslam Peyğəmbəri (səlləllahu ələyhi və alehi və səlləm) insanları İslama də`vət edir və risalət vəzifəsini öhdəsinə alır.

Müşriklər gördülər ki, Peyğəmbər (səlləllahu ələyhi və alehi və səlləm) öz iddiasına israr edir və əshabı islamın yayılması və tövhid əqidəsini də`vətdən ötrü hər çətinliyə sinə gəlirlər. Müşriklərin bütlərə ibadət etmələri, şirk qoşmaları və Peyğəmbər (səlləllahu ələyhi və alehi və səlləm) və əshabına əziyyət vermələrinə baxmayaraq islam Peyğəmbəri (səlləllahu ələyhi və alehi və səlləm) və əshabı öz təbliğ yollarında möhkəm dayanmışdılar. Müşriklər qərara gəlirlər ki, islam Peyğəmbərini (sələllahi əleyhi və alehi və səlləm), əshabını, əmisi Əbi Talibi, bəni Haşim övladlarını və bəni Əbdülmüttəlib övladlarını iqtisadi və ictimai cəhətdən sıxıntıda saxlamaqdan ötrü onları mühasirə şəraitində Şö`b əbi Talib adlı xüsusi bir yerdə saxlayırlar. İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alehi və səlləm) peyğəmbər elan olunmasından altı il sonra bu qərara gəlirlər. Qureyş tayfasının böyükləri öz aralarında belə bir zalimanə əhd bağlayırlar ki, bu gündən sonra heç kim bəni haşim tayfası Məhəmmədi (səlləllahu ələyhi və alehi və səlləm) onlara öldürmək üçün təhvil verməyincə heç kimin ixtiyarı yoxdur ki, onlarla nə ticarət etsin, nə qız alsın və nə də qız versin. Yazdıqdan sonra qureyşin səkkiz nəfər böyük şəxsiyyətlərindən bu kağıza möhür də vururlar. Bütün bunları mənsur ibni Əkrəmənin əli ilə yazırlar. (Allah onun əlini şil eləsin!)

Əhdnaməni yazdıqdan sonra be`sətin yeddinci ilində məhərrəm ayında Kə`bə evinin divarından asırlar. Lövhə üç il Kə`bənin

divarından asılı qalır. Bu üç il mühasirə müddətində Peyğəmbər (səlləllahu ələyhi və alehi və səlləm) bəni Haşim və səhabələr çox şiddətlə əziyyət çəkirlər. Peyğəmbər (səlləllahu ələyhi və alehi və səlləm), Əbu Talib və Xədicə bütün mal-dövlətlərini bu müddətdə xərc edirlər. Onlar gizlin şəkildə ikiqat qiymətinə çətinliklə də olsa qida məhsulları alıb müsəlmanlara çatdırırdılar. Bununla mühasirədə olanlar acından ölmürlər.

Bu arada həzrət Cəbrail (əleyhissalam) Peyğəmbərə (əleyhissalam) nazil olur. Xəbər verir ki, Allah-taala qarışqa göndərir ki, Kə`bədən asılan o əhdnaməni yesin. Təkcə, Allah adı olan qismət toxunulmamış qalır. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alehi və səlləm) bu xəbəri əmisi Əbu Talibə çatdırır.

Əbu Talib qureyşi cəm edib onları qorxudaraq belə deyir: Gedin yazdığınız o əhdnamıni gətirin!Bəlkə ona baxıb bizi mühasirədən çıxarasınız və öz qohum əqrabalarınızla silə-rəhm edib bu qəhətiçiliyi kəsəsiniz! Əhdnaməni gətirirlər. Əbu Talib müraciət edir: Təsdiq edirsiniz ki, bu sizin əhdnamənizdir? Cavab verirlər: Bəli! Soruşur: Bu əhdnaməyə əliniz dəyibmi? Deyirlər: Xeyr!

Əbu Talib cavab verir: Mühəmməd öz Allahından mənə xəbər verib ki, Allah-taala sizin yazdığınızəhdnaməni yeməkdən ötrü qarışqa yollayıb və Allah sözündən başqa orda nə varsa hamısını qarışqa yeyib. Deyin görüm əgər bu söz düzgün olsa nə edəcəksiniz? Cavab verirlər ki: Əgər belə olsa biz sizə qarşı olan bu əməlimizdən əl çəkəcəyik. Əbu Talib cavab verir: Əgər bu söz yalan olsa Məhəmmədi sizə verəcəm onu öldürə bilərsiniz! Cavab verirlər: Nə yaxşı insaflı və gözəl söz danışdın? Əhdnaməni gətirirlər. Qarışqa, "Bismillah” kəlməsindən başqa bütün yazıları yemişdi. Belə olan halda onlar fəryad çəkirlər: Bu ancaq bir sehrdir! Bu vaxt əhalidən böyük bir dəstəsi Bəni Haşim tayfasının müdafiəsinə qalxır və onları bu düşdükləri vəziyyətdən xaric edirlər. Bundan sonra bəni Haşim həmən yerə qayıtmırlar. Bu mö`cüzə səbəb olur ki, insanlardan bir dəstəsi İslama gəlsinlər.

2. - İslam Peyğəmbəri (səlləllahu ələyhi və alehi və səlləm) Mədinə şəhərinə hicrət edir. Əbu Bəkr də o Həzrətlə bir yerdə Məkkədən Mədinəyə hərəkət edirlər. Qureyşdən bir dəstə atlı yollayırlar ki, Peyğəmbəri (səlləllahu ələyhi və alehi və səlləm) tutub Məkkəyə qaytarsınlar və öz nəzarətləri altında saxlasınlar. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alehi və səlləm) atlıları gördükdə Əbu Bəkrlə birlikdə Məkkə yaxınlığındakı Sur dağının mağarasına girirlər. Atlılar gəlib həmin mağaranın ağzanda Peyğəmbəri (səlləllahu ələyhi və alehi və səlləm) axtarmağa başlayırlar. Bu zaman Allah-taala bir hörümçək yollayır ki, mağaranın ağzana tor toxuyub üstündə otursun. Hörümçək ona ilham olunduğu kimi mağaranın ağzında tor qurub üstündə oturur. Atlılar mağaranın ağzında hörümçək toru görüb onun dağılmadığını müşahidə etdikdə fikirləşirlər ki, bu mağarada heç kim olmaz və mağaraya daxil olmurlar. Əgər mağaraya kimsə girsəydi sözsüz hörümçək toru dağılardı. Beləliklə atlılar məyus halda geri dönürlər.

Başqa bir mö`cüzə də budur ki, Süraqət ibni Cuşə`m Peyğəmbərin (səlləllahu ələyhi və alehi və səlləm) tutulmasına görə Müğeyrə tərəfindən qoyulmuş mükafatı almaqdan ötrü Məkkədən xaric olur və Peyğəmbəri (səlləllahu ələyhi və alehi və səlləm) gəzməyə başlayır. Qureyş bu işə görə yüz dəvə mükafat təyin etmişdi. Məkkə ilə Mədinə arasında məsafə 470 km-ə çatırdı. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Əbu Bəkrlə mağaradan çıxdıqdan sonra Mədinəyə tərəf hərəkətə gəlirlər. Bu zaman möhkəm silahlanmış Süraqə ilə üzbəüz olurlar. Bu halı görən İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Allaha belə dua edir: İlahi! Necə istəyirsənsə elə də Süraqənin şərrini məndən uzaqlaşdır. Elə bu zaman Süraqənin atının ayaqları axıra qədər quma batır. Suraqə fəryad çəkir: Ya Mühəmməd! Mən bilirəm ki, mənim atımın ayaqlarının batması sən tərəfdəndir. Allahdan istə atımın ayaqlarını çıxartsın. Canıma and olsun ki, məndən sizə xeyir gəlməsə də, şərr gəlməz!

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Allaha dua edir. Allah-taala atın ayaqlarını qumdan azad edir. Süraqə sözünün üstündə durmayıb təzədən Peyğəmbərə (səlləllahu əleyhi və alehi və səlləm) tərəf hücum etmək istəyir. Yenidən atının ayaqları axara qədər quma batır. Bu halət üç dəfə təkrar olur. Hər üç dəfədə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) dua edir at batır və təzədən dua edir at qumdan çıxır.

Süraqə peşiman halda Məkkəyə gəlir və bu halı qureyşə xəbər verir. Lakin onun sözünü qəbul etmirlər. Xüsusilə Əbu Cəhl onu daha çox inkar edir. Süraqə isə onun cavabında bu məzmunda ərəbcə bir şe`r söyləyir:

Ey əba Həkəm əgər özün orda olub şahid olsaydın,
Atımın ayaqlarının yerə necə batmasını görsəydin,
Özün bilərdin və şəkkin olmazdı ki, həqiqətən, Mühəmməd,
Peyğəmbərdir, sübutu var, nəyə görə onu inkar edirsiniz?


Bu iki hadisə Peyğəmbərin (səlləllahu əleyhi və alehi və səlləm) Məkkədən Mədinəyə hicrət etdiyi zaman baş vermiş hadisədir və o həzrətin Peyğəmbərliyinə dəlalət edən dəlillərdəndir.

İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) bütün bu hadisələrdən ən mühüm mö`cüzəsi Qur`ani-kərim sayılır. Və bu mö`cüzə Qiyamətə qədər qalan mö`cüzədir.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor