RSS
 

Login:
Şifrə:
» » Aşura Ziyarəti

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Aşura Ziyarəti

 
Müəllif: Admin | Bölmə: Dualar | Vaxt: 15-09-2014, 16:26 | Şərh sayı: (0) | Baxılıb: 4964

Aşura Ziyarəti



Aşura Ziyarəti



Salam olsun sənə, ey Əba Əbdillah (Əbdullahın oğlu)

Salam olsun sənə, ey Allah elçisinin övladı

Salam olsun sənə, ey Allahın seçdiyi və seçdiyinin oğlu

Salam olsun sənə, ey möminlər əmirinin oğlu və ey vəsilər ağasının oğlu

Salam olsun sənə, ey aləm qadınlarının xanımı Fatimənin oğlu

Salam olsun sənə, ey Allahın intiqamını alan və ey Allahın intiqamını alanın oğlu! Ey o kəs ki, köməkçilərinin hamısı şəhadətə yetdi və sənin intiqamını almaq üçün bir kəs qalmadı!

Salam olsun sənə və o ruhlara ki, sənin qarşında təzim etdilər.

Sizin hamınıza məndən Allahın salamı olsun, nə qədər ki, mən varam və gecə-gündüz bərqərardır. Ey Əba Əbdillah, sənin müsibətin və matəmin bizim üçün və bütün müsəlmanlar üçün böyükdür. Sənin müsibətin asimanlarda bütün səma əhlinə böyükdür, yanıqlıdır. Allah lənət etsin o ümmətə ki, siz Əhli-beytə qarşı bu zülmün və amansızlıqların əsasını qoydular, Allahın sizin üçün müqəddər etdiyi məqam və mənzilətdən məhrum etdilər, uzaq saldılar. Allah lənət etsin o ümmətə ki, sizi qətlə yetirdi.

Allah lənət etsin o kəslərə ki.sizə qarşı müharibənin müqəddiməsini işləyib hazirladı (şərait yaratdılar). Onlardan, onlara tabe olanlardan, dostlarından Allaha və sizə təbərri edirəm (sığınıram). Ey Əba Əbdillah, həqiqətən mən qiyamətə kimi sizinlə sülh-səfada olanlarla sülhdə, sizintə müharibədə olanlarla müharibədə olacağam. Allah lənət etsin Ziyad övladlarına, Mərvan övladlarına. Allah lənət etsin bəni-üməyyənin hamısına. Allah lənət etsin Mərcanın oğluna (ibni Ziyada), Allah lənət etsin Ömər ibni Sədə, Allah lənət etsin Şimrə, Allah lənət etsin o admlara ki, atlarını səninlə müharibə etmək üçün yəhərləyib, cilovlayıb, üzlərinə niqab saldılar, müharibəyə ciddi hazırlaşdılar.

Atam-anam sənə fəda olsun, həqiqətən mənim sənə matəm saxlamağımın əcri və savabı çox-çox böyükdür. Sənin məqamını əziz edən və senin səbəbinlə məni əzizləyib ikramlı edən Allahdan istəyirəm ki, Muhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in Əhli-beytindən olan qalib Imamın (İmam Zamanın) önündə sənin intiqamını almağı mənə nəsib etsin. Ilahi, imam Hüseyn (ə) xatirinə məni dünya və axirətdə Öz yanında abırlı-həyalı, uca şanlı et! Ey Əba Əbdillah, həqiqətən mən səninlə dostluq, bu zülmlərin əsasını qoyan və bu əsasda hərəkət edən, sizə və sizin şiələrə qarşı zülm və cəfasını davam etdirənlərdən bezar olmaqla Allaha, Onun Rəsuluna, Əmirəl-mömininə, Fatiməyə, Həsənə və sənə yaxınlaşmaq istəyirəm.

Allahın dərgahında və sizin hüzurunuzda onlardan bezarlığımı bildirir, siz və sizi sevənlərə məhəbbət göstərməklə, həmçinin sizin düşmənlərinizdən, sizinlə müharibə edənlərdən, onların dostlarından və onlara tabe olanlardan bezarlıq etməklə, əvvəl Allaha, sonra isə sizə yaxınlaşmaq istəyirəm. mən sizinlə sülh edənlərlə sülh, müharibə edənlərlə müharibə edirəm, sizi sevib məhəbbət göstərənlərlə dost, sizinlə düşmənçilik edənlərlə düşmənəm. Siz və sizin dostlarınız barədə mərifət kəsb etmək səbəbilə məni kəramətli edən, düşmənlərinizdən bezarlıq etməyi mənə ruzi nəsib edən Allahdan istəyirəm ki, məni dünya və axirətdə sizin yolunuzda, əməli saleh, uca dərəcəli, qədəmlərimi sidq qədəmli, sabitqədəm etsin. Ondan istəyirəm ki, məni sizin Allah yanında malik olduğunuz bəyənilmiş məqama (məqami məhmuda-şəfaət məqamına) çatdırsın, Siz Əhli-beytdən olan hidayətçi, haqqı deyən aşkar İmamın (İmam Zaman əleyhissəlamın) önündə sizin intiqamınızı almağı mənə nəsib etsin.

Allahı, sizin Onun yanında olan haqqınız, məqam və mənzilətinizə and verib, istəyirəm ki, sizə matəm saxlamaq müqabilində mənə ən yaxşı xeyir əvəzi versin, elə bir əvəz ki, matəm saxlayanlara verilər. Bu, İslamda, həmçinin bütün asimanlarda və yerdə əsər-əlamət qoyan necə də böyük müsibətdir. İlahi, məni bu məqamda o kəslərdən qərar ver ki, Sənin tərəfindən ona salavat, rəhmət və məğfirət şamil olur. İlahi, həyatımı Muhəmməd və Ali Muhəmmədin həyatı kimi, ölümümü Muhəmməd və Ali Muhəmmədin ölümii kimi qərar ver. İlahi, həqiqətən bu gün elə bir gündür ki, bəni üməyyə, ciyər yeyənin oğlu, Sənin və Peyğəmbər (s.ə.a.v)-in dilindən o həzrətin dayandığı, iqamət seçdiyi hər bir yerdə lənətlənən məlunun oğlu sevinmiş, bayram keçirmişdir. Ilahi, Əbu Sufyana, Muaviyəyə, Yezid ibni Muaviyəyə lənət et. Sənin ebədi lənətin onlara olsun! Bu bir gündür ki, Ziyad övladları, Mərvan övladları Hüseyn (ə)-ı öldürməklə xoşhal olmuşdur. İlahi, öz lənət və dərdli əzabını onlara iki qat artır!

Ilahi. Mən bu gündə, bu məqamımda və həyatımın bütün günlərində onlardan bezarlıq edib lənət göndərməklə, Sənin Peyğəmbərinə və onun övladlarına (salamullahi əleyhim) məhəbbət bəsləməklə Sənin dərgahına yaxınlaşıram. (100 dəfə) - llahi, Muhəmməd və Ali Muhəmmədin haqqına zülm edən ilk zülmkara və bu zülmdə onlara tabe olan sonrakı zülmkarlara lənət et! Ilahi, imam Hüseyn (ə)-la müharibə edən, onun qətlində bir-birinə kömək edib, əlbir olan və bir-birinin ardınca gələn düşmənlərə lənət et! İlahi, onların hamısına lənət et! (100 dəfə) - Salam olsun sənə, ey Əba Əbdillah və salam olsun o ruhlara ki, sənin qarşında təzim etmişlər. Bizdən sənə Allahın salamı olsun, nə qədər ki, mən varam və nə qədər ki, gecə-gündüz bərqərardır.

Allahdan istəyirəm ki, sənin bu ziyarətini mənim son ziyarətim qərar verməsin. Salam olsun Hüseynə, Əliyyibnil Hüseynə, Hüseynin övladlarma, Hüseynin səhabələrinə. ilahi mənim lənətimi (Muhəmməd və Ali Muhəmmədin haqqını qəsb edərək onlara zülm edən) ilk zalıma məxsus etl Əvvəlcə ilk zalımdan başla, sonra ikinciyə, sonra üçüncüyə, sonra dördüncüyə lənət et! İlahi, beşinci yerdə Yezidə lənət et! Übeydullah ibni Ziyada, Mərcanənin oğluna, Ömər ibni Sədə, Şimrə, Əbu Sufyan övladlarına, Ziyad övladlarına, Mərvan övladlarına Qiyamət gününə kimi lənət et! (Səcdəye gedərək)

Ilahi, Sənə həmd-səna edirəm, Əhli-beytin müsibətində iştirak edənlərin Sənə şükür, həmd-səna etməsi kimi, Allaha həmd-səna edirəm müsiybətimin böyüklüyünə görə. İlahi, İmam Hüsevn (ə)-ın şəfaətini mənə qismət et, məni, Öz dərgahında Hüseyn (ə) və onun səhabələri ilə birlikdə, əməli saleh, uca məqamlı. həqiqət axtaran, qədəmlərəmi sidq qədəmli, sabitqədəm et. Elə səhabələr ki, öz ruhlarını (yaxud qəlblərini pak qanlarını) Hüseyn (ə)-a fəda etdilər.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor