“Sentyabrdan Qarabağ Universitetində tədris başlanır” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-05-2024, 13:02 | Şərh sayı: (0) | Baxılıb: 335
“Sentyabrdan Qarabağ Universitetində tədris başlanır”
Qarabağ Universitetində iyun ayının axrına qədər infrastrukturla bağlı əsas işlər bitəcək.
Ixlas.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.
"1200 tələbənin universitetdə təhsil alması gözlənilir. Bütün tələbələr üçün təhsil ödənişsiz olacaq. Eyni zamanda, onlar yataqxana ilə təmin olunacaq. Hər bir ixtisas üzrə yüksək bal toplayan tələbələrə əlavə təqaüd verilməsi üzərində işləyirik", - deyə o bildirib
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2023-cü il tarixili sərəncamı ilə Qarabağ Universiteti yaradılıb. Yeni yaradılmış Qarabağ Universitetində dərslərin 2024-cü ilin 15 sentyabr tarixindən başlanması nəzərdə tutulur. Nazirlər Kabinetinin 6 fevral 2024-cü il tarixli qərarı ilə Qarabağ Universitetinin Nizamnaməsi təsdiq olunub. 15 fevral 2024-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 10 milyon manat ayrılıb.
Xatırladaq ki, Qarabağda ali təhsil ənənəsi tarixən mövcud olub. 1969-cu ildə Qarabağda ilk ali təhsil müəssisəsi Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuşdu. 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmişdi. İşğal dövründə isə fəaliyyəti dayandırmışdı.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər