Müdafiə Nazirliyi: Silahlı Qüvvələrin yardım kampaniyalarına ehtiyacı yoxdur |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-04-2016, 22:39 | Şərh sayı: (0) | Baxılıb: 230
Müdafiə Nazirliyi: Silahlı Qüvvələrin yardım kampaniyalarına ehtiyacı yoxdur
Azərbaycan Silahlı Qüvvələrinin yardım kampaniyalarına ehtiyacı yoxdur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, son günlər sosial şəbəkələrdə ayrı-ayrı şəxslər Silahlı Qüvvələrə yardım adı altında əhaliyə çağırışlar edərək onlardan pul və ərzaq istəyir, vətəndaşları bu tip kampaniyalara qoşulmağa dəvət edirlər.
Nazirlik bununla əlaqədar bildirir ki, Silahlı Qüvvələrimiz dövlətimizin, şəxsən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, həmçinin ərzaq və digər təminatının daha da yaxşılaşdırılması üçün böyük işlər görülüb, bu istiqamətdə tədbirlər davam etdirilir. Ona görə də Silahlı Qüvvələrin bu tipli dəstək və yardım kampaniyalarına heç bir ehtiyacı yoxdur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər