Bakı-Sumqayıt qatarlarından istifadə edənlərin nəzərinə! |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-02-2016, 21:53 | Şərh sayı: (0) | Baxılıb: 296
Bakı-Sumqayıt qatarlarından istifadə edənlərin nəzərinə!
Sərnişinlərin arzu və təklifləri, eyni zamanda bu istiqamətdə sərnişin sıxlıgı nəzərə alınaraq, fevral ayının 15-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək.
Ixlas.Az-ın verdiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib ki, Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının sayı 12 cütədək artırılacaq, yolda olma vaxtı 48 dəqiqədən 40 dəqiqəyə endiriləcək. Qatarlar Baki sərnişin stansiyasından saat 05:00, 05:20, 05:35, 05:50, 08:00, 08:50, 14:30, 17:25, 18:20, 18:40, 19:15 və 19:50-də, Sumqayıt-sərnişin stansiyasından 06:50, 07:25, 07.45, 08:00, 08:50, 09:40, 15:50, 18:20, 19:30, 20:05, 20:40 və 21:00-da yola düşəcək. Hər şənbə, bazar və bayram günləri sərnişin sıxlıgının azalması nəzərə alınaraq aşağıdakı elektrik qatarları hərəkətdə olmayacaq: Bakı-sərnişin stansiyasından saat 05-00-da, 05-20-də, 05-35-də, 18-20-də, 19-15-də, Sumqayıt-sərnişin stansiyasından saat 06-50-də, 07-25-də, 07-45-də, 19-30-da, 20-40-da yola düşən.
Sərnişin sıxlıgı ilə bağlı Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər