Qatarların mühafizəsi gücləndirilib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-01-2016, 21:21 | Şərh sayı: (0) | Baxılıb: 279
Qatarların mühafizəsi gücləndirilib

Bu haqda "Azadlıq" radiosuna «Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov deyib.
«Əlbəttə, nəzarət gücləndirilib. Qatarlarda hər zaman mühafizə olur. Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşı hər zaman bizi müşayiət edir», - «Azərbaycan Dəmir Yolları»nın rəsmisi bildirir.
Nadir Əzməmmədovun sözlərinə görə, QSC-nin mühafizə dəstəsi Bakı-Sumqayıt arasında hərəkət edən qatarın da təhlükəsizliyi məqsədilə nəzarəti artırıb: «Bəzən qatarlara daş atırlar. Mühafizə gücləndirilib. Həmçinin Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları müəyyən ərazilərdə buna nəzarət edirlər».
Mətbuat Katibliyinin rəisi oxşar hərəkətin təkrarlanmadığını bildirir.
Yanvarın 24-də Şəmkirdə bir qrup şəxs sərnişin qatarını daşa basıb. Nəticədə 6 nəfər zərər çəkib, qatarların 14 şüşəsi sındırılıb.
Faktla bağlı cinayət işi açılıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər