Dərslərdə telefonlar avtomatik səssiz rejimə keçəcək – Azərbaycanlı tələbədən yenilik |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 15:34 | Şərh sayı: (0) | Baxılıb: 224
Dərslərdə telefonlar avtomatik səssiz rejimə keçəcək – Azərbaycanlı tələbədən yenilik
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistrantının iki layihəsi İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrand müsabiqəsinin qalibi olub.
AzNews.az xəbər verir ki, UNEC-in menecment ixtisası üzrə təhsil alan magistrantı Zülfüqar İsmayılzadənin təqdim etdiyi “SoSmart” və “Whatto” layihələrinin reallaşdırılıması işləri universitetin İnnovativ Biznes İnkubatorunda görüləcək.
“SoSmart” layihəsi yerindən və vaxtından asılı olaraq telefonu avtomatik səssiz və ya titrəmə rejimlərinə keçirən mobil tətbiqdir. “SoSmart”ın əsas xüsusiyyəti onun təhsil sisteminə tətbiq olunmasından ibarətdir. Tələbə və şagirdlər təhsil müəssisələrində olduqda dərs cədvəlinə uyğun olaraq telefonları avtomatik səssiz və ya titrəmə rejiminə keçəcək. Bunun üçün istifadəçinin öncədən dərs cədvəlini mobil telefonuna yükləməsi lazımdır.
Bununla da telefon zəngi vasitəsilə tələbə və şagirdlərin dərs vaxtı diqqətinin yayınması problemi aradan qaldırılacaq. “SoSmart”ın əsas texnolojı yeniliyi onun qeo-lokasiya üzərindən mobil telefonu idarə etməsindən ibarətdir. Demək olar ki, bütün smartfonlarda GPS funksiyası vardır. Mobil tətbiqdə məhz bu funksiyanın köməkliyi ilə yer təyin edilir. Gələcəkdə tətbiqə yeni funksiyalar da əlavə ediləcək.
“Whatto” layihəsi isə istifadəçinin qarderobunu bir yerə toplayan və gündəlik geyimini təyin edən mobil tətbiqdir. Proqram istifadəçiyə həftənin günləri, iş görüşləri, tədbirlər və hava şəraitinə uyğun geyim formasını təqdim edəcək. Bunun üçün istifadəçi öncədən qarderobunda olan geyimlərinin fotosunu çəkib proqrama daxil etməlidir. Mobil tətbiq geyimlərin rəngini və görünüşüni də nəzərə alacaq.
Süni intellektə malik “Whatto” tətbiqi istifadəçiyə alış-verişi də asanlaşdıracaq. “Whatto”nun məqsədi insanların hər gün səliqəli, gözəl görünməsinə yardım etməkdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər