Güc strukturlarına işə götürülən mülki işçilərin ştat sayı həddi dəyişdirildi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-12-2015, 20:39 | Şərh sayı: (0) | Baxılıb: 404
Güc strukturlarına işə götürülən mülki işçilərin ştat sayı həddi dəyişdirildi
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Respublikası prezidentinin 2008-ci il 5 avqust tarixli 2965 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan daxili işlər orqanları əməkdaşlarının, Daxili Qoşunların hərbi qulluqçularının və Daxili İşlər Nazirliyinin sisteminə işə götürülən mülki işçilərin ştat sayı həddi"ndə dəyişikliklər edilməsi haqqında sərəncam verib.
Ixlas.Az AZƏRTAC-a istinadən bildirir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası prezidentinin 2008-ci il 5 avqust tarixli 2965 nömrəli sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, №10, maddə 882; 2011, №2, maddə 143, №6, maddə 534, №9, maddə 810; 2012, №1, maddə 18, №3, maddə 248; 2013, №11, maddə 1345; 2014, №1, maddə 28, №2, maddə 174, №9, maddələr 1080, 1108) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan daxili işlər orqanları əməkdaşlarının, Daxili Qoşunların hərbi qulluqçularının və Daxili İşlər Nazirliyinin sisteminə işə götürülən mülki işçilərin ştat sayı həddi"ndə dəyişikliklər təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu sərəncamdan irəli gələn məsələləri həll etsin".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər