“Valideyin-övlad münasibətləri sağlam olarsa, yeniyetmə intihar etməz” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-01-2016, 23:53 | Şərh sayı: (0) | Baxılıb: 279
“Valideyin-övlad münasibətləri sağlam olarsa, yeniyetmə intihar etməz”
Bu gün yeniyetmələr, uşaqlar arasında intihar hallarına rast gəlirik. Məsul qurumlar bunu ciddiyə almayaraq görməzlikdən gəlirlər halbuki, bu istiqamətdə müəyyən təxirəsalınmaz addımlar atılmalıdır. Ekspertlər bu mövzularda ciddi araşdırmaların aparılmaması ilə bağlı da müəyyən narahatlıqlarını ifadə edirlər. Hesab edilir ki, intihar halları ilə bağlı effektli addımların atılmasının zəruriliyi dövlət tərəfindən qəbul edilməlidir.
Psixoloq Elnur Rüstəmov Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, yeniyetmə, ətrafında güvənə biləcəyi, müraciət edəcəyi şəxslərin olduğunu anlamalıdır: “Ölkədə uşaqların, yeniyetmələrin intiharı hallarında həm ümumi, həm də fərdi xüsusiyyətlər var. Bu danılmaz faktdır. Burada genetik və ruhi problemlər, zərərli vərdişlər və s. kimi hallar ola bilər. Bu gün yeniyetmələr özünü tapmaqda, mühitə uyğunlaşmaqda çətinlik çəkir. Bu da həmin yeniyetmələrin zaman-zaman düzgün qərar verə bilməməsində özünü göstərir. Burada bütün problemləri çətinliklərin üzərinə yıxmaq olmaz. Çünki, 20 il öncə analoji çətinliklər müşahidə edilirdi. Amma həmin vaxtlarda çətinliklər ailə üzvləri arasında paylaşılırdı. Ailə bir-biri ilə ünsiyyət saxlayırdı, dərtləşirdi, fikirlər mübadiləsi olurdu.
Bu gün isə həmin proseslər baş vermir və boşluqları seriallar doldurur.
Türk seriallarında göstərilən səhnələrin əsasını elit təbəqənin həyat səhnələri təşkil edir. Villalarda yaşayırlar, ara-sıra məişət qayğıları baş verir. Bütün bunlar yeniyetmədə yeni bir duğular yaradır. Serial bitən kimi, həmin yeniyetmə öz evindəki problemləri, qayğıları görür. Çox böyük bir kontras yaranmağa başlayır. Bu onu göstərir ki, kütləvi maariflənmə işi aparılmalıdır. Ortaya daha yaxşı alternativlər qoymaq lazımdır.
Yeniyetmə ətrafında güvənə biləcəyi, müraciət edəcəyi şəxslərin olduğunu anlamlıdır.
Valideyin-övlad münasibətləri sağlam olarsa, heç bir yeniyetmə intihar etməyə cəhd göstərməz. Düşünürəm ki, məktəblərə və ailələrə psixoloji dəstək gücləndirilməlidir. Bu istiqamətdə ciddi mexanizm qurulsa, proseslər tənzimlənəcək. Xüsusən KİV-lərdə bu istiqamətdə ciddi islahatlar aparılmalıdır”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər