Maşın oğrusu: “Srok”u biz yox, çöldəkilər çəkir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-01-2016, 08:13 | Şərh sayı: (0) | Baxılıb: 327
Maşın oğrusu: “Srok”u biz yox, çöldəkilər çəkir

O, gecə saatlarında Yasamal rayonu ərazisindən VAZ-2107 markalı avtomobili aparıb. Bu əməlindən peşiman olduğunu deyən Azad Dəmirovun sözlərinə inansaq, ikinci oğurluğa ötən ilin sonlarında əl atıb. İstintaq zamanı məlum olub ki, saxlanılan şəxs bu cinayətləri Tahir və Mahir Atakişiyev qardaşları ilə törədib. Azad Dəmirov öz sənətindən istifadə edərək avtomobillərin detal və kodlarına dəyişiklik edərək onları satıb.
Qeyd edək ki, Tahir və Mahir qardaşları ötən ilin oktyabrında Xəzər Rayon polis idarəsi əməkdaşları tərəfindən yaxalanaraq istintaqa təhvil veriliblər. Saxlanılan Azad Dəmirov Yusif Nuriyevə məxsus “Tofaş” makalı maşını 1300 manata, VAZ-2106-nı isə 1500 manata sata bilib.
“Ona görə peşmanam ki, kasıbın malına göz dikmişəm. Çox peşimanam. Bu, səhv yoldur. Heç kim atasını, anasını, balasını gözüyaşlı qoymasın. “Srok”u biz yox çöldəkilər çəkir”, - Azad Dəmirov deyib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində saxlanılan şəxs barəsində cinayət işi başlanılıb. Hazırda onun digər oğurluqlarda əlinin olub-olmadığı araşdırılır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər