RSS
 

Login:
Şifrə:
» » Xəzərin sahilini hasara alan bütün imarətlər, mülklər sökülməlidir

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Xəzərin sahilini hasara alan bütün imarətlər, mülklər sökülməlidir

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-01-2016, 08:06 | Şərh sayı: (0) | Baxılıb: 328

Xəzərin sahilini hasara alan bütün imarətlər, mülklər sökülməlidir


Xəzərin sahilini hasara alan bütün imarətlər, mülklər sökülməlidirXəzər dənizinin sahili Abşeronda, Bakı kəndlərində zəbt olunub, ətrafı hasarlanıb. İlk növbədə həmin ərazilər hasarlardan xilas edilməlidir, hasarlar ləğv olunmalıdır". Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov qəzetimizə müsahibəsində belə dedi. Onun sözlərinə görə, ekoloji proseslərlə əlaqədar olaraq dəniz səviyyəsi qalxır və enir: "Sən həmin imarəti orada tikəcəksənsə, dənizin səviyyəsi qalxanda neyləyəcəksən? Sənin obyektin suyun altında qalacaq, qoyduğun pul batacaq. Ona görə də, bütün bunlar əvvəldən nəzərə alınmalı idi. Yadınızdadırsa, mərhum Heydər Əliyev bu məsələ ilə bağlı sərəncam vermişdi - Xəzər dənizinin Azərbaycana məxsus olan bölməsində sahilboyu 130 metr zolağın altında olan əraziyə müdaxilə eləmək olmaz. Lakin bu sərəncam çox vaxt nəzərə alınmır".

Qeyd edək ki, bu günlərdə Azərbaycanda dəniz sahilində torpaq sahələrini icazəsiz hasarlayan şəxslərə qarşı cəza tədbirləri sərtləşdirilib. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" 2015-ci il 18 dekabr tarixli qanunun tətbiqi və "İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" qanunun tətbiq edilməsi barədə" 2000-ci il 29 avqust tarixli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində Prezidentə məlumat vermək tapşırılıb.

Müəyyən edilib ki, İnzibati Xətalar Məcəlləsinin 88-2.1.1-ci və 88-2.1.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Komitəsi Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla həyata keçirir.

APA-nın məlumatına görə, dəyişikliklərə əsasən, Xəzər dənizinin Azərbaycana məxsus olan bölməsində sahilboyu 20-50 metr zolağın altında olan torpaq sahələri ilə bağlı tələblərinin pozulmasına görə cərimələr müəyyənləşib. Həmin torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına, müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə hasara alma digər üsullarla bağlanması zamanı tikinti konstruksiyalarının dənizin və onun sahilində su ilə qurunun təmas xətinin görünməsinin və ya dəniz sahilində gediş-gəlişin məhdudlaşdırılması və yaxud 100 metrdən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədilə eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçidin təmin olunmaması məqsədilə fiziki şəxslər 4 min manat, vəzifəli şəxslər 8 min manat, hüquqi şəxslər 40 min manat miqdarında cərimə edilib. Bu cərimələr dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dənizin sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə də tətbiq olunacaq. Sadalanan xətalar təkrar törədildikdə, fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat cərimə edilir.

Qeyd edək ki, hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada istifadəyə və ya icarəyə verilən Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması və ya dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 15 manatdan 25 manatadək, vəzifəli şəxslər 30 manatdan 50 manatadək, hüquqi şəxslər isə 100 manatdan 150 manatadək miqdarda cərimə edilib. Bu xətaların il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 25-35 manat, vəzifəli şəxslər 60-80 manat, hüquqi şəxslər isə 150-250 manat cərimə edilib.

Ekoloq Telman Zeynalov isə "Zaman-Azərbaycan" qəzetinə müsahibəsində dedi ki, cərimələrlə Xəzər dənizinin sahilini hasarlayan, orada villalar tikənlərə ciddi təsir etmək mümkün deyil: "Həmin hasarı tikən adamlar üçün həmin cərimələr elə də ciddi məbləğ deyil. Bir milyon pul xərcləyib obyekt, villa tikən adam 4 mini də, 50 mini də ödəyəcək. Sözügedən cərimələri ödəmək həmin adamlar üçün problem olmayacaq. Ona görə də, cərimə məsələsini qoymağa ehtiyac yoxdur, sərəncam verilməlidir və orada tikilən mülklər, imarətlər hamısı sökülməlidir. Sahil zolağından 130-150 metr kənarda tikə bilərlər, ancaq bundan yaxın məsafədə dəniz sahilində villa tikmək, obyekt tikmək düzgün deyil. Həm ekoloji baxımdan, həm də torpaqların mühafizəsi baxımından".

Ekoloq bu fikirdədir ki, ekoloji baxımdan bu ərazilərdə villa, obyekt tikilməsi məqbul deyil: "Sən həmin imarəti orada tikirsənsə, dənizin səviyyəsi qalxanda neyləyəcəksən? Sənin obyektin suyun altında qalacaq, qoyduğun pul batacaq. Bütün bunlar əvvəldən nəzərə alınmalı idi. Mərhum Heydər Əliyevin bu məsələ ilə bağlı verdiyi sərəncamı təzədən qüvvəyə mindirib hərtərəfli həyata keçirmək lazımdır. Mən bir daha deyirəm, həmin hasarlar və villalar hamısı sökülməlidir. Bilməliyik ki, harada nə tikməliyik. Dənizin səviyyəsi qalxanda həmin ərazilərin hamısı şoranlaşacaq, qurunt sularının səviyyəsi qalxacaq, torpaqlar məhv olacaq və s. Bunların hamısı nəzərə alınmalıdır. Dəniz sahilinin hasarlanması elmi, praktiki iş aparmaq istəyənlərin, araşdırmaçıların da işinə mane olur - bu işləri görmək olmur. Çünki həyətə girə bilmirik - hər yer qapalıdır, villa tikib çox yeri hasarlayıblar. Bir villanın sahibi 1 hektar ərazini hasarlayır, o biri qonşusu yarım hektar ərazini, oralara girmək qeyri-mümkündür.

Nəyə görə mən dəniz sahilində villaların sökülməsinin tərəfdarıyam? Orada məişət tullantılarının hamısı dənizə axıdılır. Buna görə də, həmin obyektlər, villalar sökülməlidir. Sərəncam verəndə, sənəd qəbul edəndə üstünə düşmək lazımdır. Sərəncam kağız üzərində qalmamalıdır, qaldısa heç. Başqa ölkələrdə dəniz sahilləri zəbt olunmur. Mən heç yerdə görməmişəm ki, dəniz sahili zəbt olunsun.

Ulu öndər sərəncam vermişdi - niyə o sərəncamı pozurlar o villaları tikənlər? Hər yeri zəbt eləyiblər. Hər kəs özü üçün dəniz sahilində istirahət guşəsi yaradır. Allah bu dənizi yaradıbsa, ondan bütün insanlar istifadə edə bilməlidirlər. Şəhərin özündə mehmanxana tik, turistləri dəvət elə, maşınla, avtobusla apar dənizə sonra da gətir. Yoxsa dəniz qırağında villaları tik, dəniz qırağında istirahət mərkəzləri tik - bu düzgün deyil".
"Zaman Azərbaycan"



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor