Şəhid ailələri üçün prezident təqaüdünün məbləği 10% artırıldı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-01-2016, 21:21 | Şərh sayı: (0) | Baxılıb: 315
Şəhid ailələri üçün prezident təqaüdünün məbləği 10% artırıldı
Prezident İlham Əliyev “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2006-cı il 19 dekabr tarixli 493 nömrəli fərmanda dəyişiklik edilməsi barədə fərman imzalayıb.
APA-nın xəbərinə görə, fərmana əsasən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği 10 faiz artırılaraq 2016-cı il fevralın 1-dən 220 (iki yüz iyirmi) manat müəyyən ediləcək.
“Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” prezidentin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli fərmanının 1-ci hissəsində “200 (iki yüz)” sözləri “220 (iki yüz iyirmi)” sözləri ilə əvəzlənəcək. Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər