"Veysəloğlu" şirkəti: "Bu gün hər hansı süni qiymət artımından söhbət gedə bilməz" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-01-2016, 20:56 | Şərh sayı: (0) | Baxılıb: 297
"Veysəloğlu" şirkəti: "Bu gün hər hansı süni qiymət artımından söhbət gedə bilməz"
“Veysəloğlu” şirkəti xaricdən idxal edilərək ölkəyə gətirilən mallara 30%-dək, Ulduz fabrikinin istehsal etdiyi məhsullara isə xarici komponentlərin istehsalda istifadəsini nəzərə alaraq, 20%-dək qiymət artımı edib.
Şirkətdən Trend-ə verilən məlumata görə, son illər dünyada baş verən iqtisadi böhran, dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması ölkə iqtisadiyyatına da öz təsirini göstərib.
Hazırda bütün dünyada, həmçinin Azərbaycanda milli valyutaların dəyərdən düşməsi və qiymətlərin bahalaşması prosesi gedir. Manatın mövcud devalvasiyası və üzən məzənnə siyasətinə keçməsindən sonra şirkət özünün qiymət siyasətinə yenidən baxmaq məcburiyyətində qalıb. Veysəloğlu MMC-nin əsas fəaliyyəti idxal üzərində qurulduğundan ABŞ dollarının məzənnəsinin kəskin artması, baş vermiş devalvasiya şirkət üçün də bir sıra çətinliklər yaradıb: “Eyni zamanda, xammal idxalında yaranmış qiymət artımı Ulduz Şokolad Fabrikinə də təsirsiz ötüşmədi. Yerli istehsalda xammalı xarici ölkələrdən gətirilərək idxala bağlı olan müəssisələr vardır ki, Ulduz fabriki də belə müəssisələrdəndir. Bu gün fabrik özünün məhsul istehsalında istifadə etdiyi xammal ehtiyatının böyük hissəsini idxal üzərindən həyata keçirir. Yaranmış vəziyyətlə bağlı Veysəloğlu şirkəti xaricdən idxal edilərək ölkəyə gətirilən mallara 30%-dək, Ulduz fabrikinin istehsal etdiyi məhsullara isə 20%-dək qiymət artımını yol verilən hesab edir. Bu gün hər hansı bir süni qiymət artımından söhbət gedə bilməz. Yaranmış mövcud durum qiymət siyasətinin manatın yeni məzənnəsinə uyğunlaşmasını zəruri edib”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər