Sultanəhməd meydanındakı terrora görə 1 nəfər saxlanılıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-01-2016, 19:22 | Şərh sayı: (0) | Baxılıb: 222
Sultanəhməd meydanındakı terrora görə 1 nəfər saxlanılıb
Yanvarın 12-də İstanbulun Sultanəhməd meydanında baş verən terror aktı ilə bağlı 1 nəfər saxlanılıb.
APA-nın “Hürriyət”ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin daxili işlər naziri Əfqan Ala almaniyalı həmkarı Tomas de Mayzire ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib. O, hadisədən bir həftə əvvəl İŞİD üzvü olduğu ehtimal edilən 220 nəfərin saxlanıldığını bildirib. Nazir xatırladıb ki, hadisə zamanı 10 nəfər ölüb. 11 nəfər isə xəstəxanadadır: "İlk mərhələdə yaralıların sayı 17 idi. Onlardan 6-sı evə buraxılıb. 11 nəfərdən 9-u Almaniya, biri Norveç və biri də Peru vətəndaşıdır. Almanlardan ikisinin vəziyyəti hələ ciddi olaraq qalır”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər