“Univermaq Zaman”ın ailəsində qalmaqal - oliqarx xəstəxanalıq oldu... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-01-2016, 11:34 | Şərh sayı: (0) | Baxılıb: 213
“Univermaq Zaman”ın ailəsində qalmaqal - oliqarx xəstəxanalıq oldu...
Oğlu atasının bütün əmlakını əlindən aldı, oliqarx xəstəxanalıq oldu
Sumqayıtın ən varlı adamlarından biri kimi tanınan, “Univermaq Zaman” ləqəbli Zaman İskəndərovla bağlı xəbər almışıq. İskəndərovlara yaxın mənbənin musavat.com-a verdiyi məlumata görə, bu ailədə ciddi qalmaqal baş verib. Səbəb kimi mülk davası göstərilir.
Mənbə bildirir ki, Zaman İskəndərovun oğlu Nizami İskəndərov atasının bütün əmlakını öz əlinə keçirib. Sumqayıtda və digər yerlərdə ata İskəndərova məxsus nə qədər daşınar və daşınmaz əmlak var, Nizami İsgəndərov öz adına keçirib. Musavat.com-u bilgiləndirən mənbənin iddiasına görə, oğlunun bu hərəkətindən sarsıntı keçirən Zaman İskəndərov xəstəxanalıq olub. Onun beyninə qan sızdığı, hazırda yataq xəstəsi olduğu da gələn xəbərlər sırasındadır. Deyilənə görə, Zaman İskəndərovu ən çox sarsıdan oğlu Nizaminin Sumqayıtda atasına məxsus univermağın əsasında tikdirdiyi “Cavid” ticarət mərkəzini tamamən onun əlindən alması olub. Ailəyə yaxın mənbə bildirir ki, Nizami İskəndərov atasına ayda 2-3 min manat maaş verir. Ona deyib ki, çox səs-küy salsa, bu məbləği verməkdən imtina edə bilər.
O da deyilir ki, Nizami İskəndərovun bacısı, Sumqayıtdakı 1 saylı doğum evinin baş həkimi olan Sevda İskəndərli qardaşının bu hərəkətindən qəzəblənib və onunla dalaşıb. Qardaş-bacı İskəndərovların arasında böyük qalmaqal yaşandığı, onların hazırda küsülü olduğu, hətta yaxın zamanlarda işin məhkəməyə qədər gedib çıxacağı deyilir. Mənbə onu da söyləyir ki, Sevda İskəndərlini heç də atasının səhhəti maraqlandırmır, o, qardaşı ilə mülk üstündə dava edir: “Sevda həkim narahatdır ki, atasının var-dövləti, bütün sərvəti, mal-mülkü qardaşının əlinə keçir, ona heç nə çatmır”.
Xatırladaq ki, Nizami İsgəndərov vaxtaşırı mətbuatın gündəminə gəlir. Onun ən çox ictimai diqqət mərkəzinə çıxmasına bir səbəb də 2013-cü ilin yayında “Nabran Holiday Village”də baş verən faciə olmuşdu. Nizami İsgəndərova məxsus həmin istirahət mərkəzinin hovuzunda azyaşlı uşaq ayağını itirmişdi. Texniki təhlükəsizlik tədbirlərinin görülməməsi ucbatından 2 yaşlı uşağın ayağını hovuzun nasosu qopartmışdı.
Musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər