Dövlət Departamenti ABŞ-ın İraqa raket satmasına icazə verib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-01-2016, 11:01 | Şərh sayı: (0) | Baxılıb: 287

Dövlət Departamenti ABŞ-ın İraqa raket satmasına icazə verib
ABŞ Dövlət Departamenti İraqa "hava-yer" sinifli "AGM-114 Hellfire" özütuşlanan raketlər, həmçinin CATM (Captive Air Training Missiles) təlim raketləri və müşayiət qurğularının satışına icazə verib.
"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin Təhlükəsizlik və Müdafiə Əməkdaşlığı Agentliyi (DSCA) məlumat verib.
İdarənin saytına yerləşdirilən məlumatda bildirilir ki, əvvəllər İraq hakimiyyəti 5 min "Hellfire" və 10 CATM raketləri almaq niyyətində olduğunu bildirib.
Bu raket partiyasının ümumi dəyəri 800 milyon dollar təşkil edə bilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər