Covşən duası nə üçün oxunur? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 12-09-2016, 14:09 | Şərh sayı: (0) | Baxılıb: 260
Covşən duası nə üçün oxunur?
Sual: Covşən duası nə üçün oxunur?
Cavab: Covşən sözünün mənası “zireh, qoruyucu geyim”dir. Dini mənbələrdə (əsasən şiə məzhəbinə aid dua kitablarında) Covşəni-kəbir (böyük zireh) və Covşəni-səğir (kiçik zireh) adlı iki dua qeyd edilib. Adlarından göründüyü kimi, birinci dua həcmcə daha uzun, ikinci dua nisbətən qısadır. Hər iki dua imamlarımız vasitəsilə Peyğəmbərdən (s) rəvayət edilib. Covşəni-kəbir duası İmam Zeynül-abidindən (ə), Covşəni-səğir duası İmam Musa Kazimdən (ə) nəql edilib. Rəvayətə görə, bir gün Peyğəmbər (s) hərbi yürüşdə əyninə ağır polad zireh geyinmişdi. Vəhy mələyi Cəbrayıl (ə) bu duanı o həzrətə öyrədərək buyurdu ki, artıq zirehə ehtiyac yoxdur, çünki bu dua insanı hər bəladan hifz edir. Dua kitablarında yazılıb ki, Covşən duası insanı dünya və axirətin bütün çətinliklərindən qoruyur. Covşən duasını Ramazan ayında oxumağın savabı böyükdür. Ona görə də dindarlar adətən Ramazan ayında məscidə toplaşaraq, kollektiv şəkildə Covşən duasını oxuyurlar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər