İmam Səccadın (ə) Ruzi Azalan Zaman Duası |
Müəllif: Admin | Bölmə: Dualar | Vaxt: 18-10-2014, 16:49 | Şərh sayı: (3) | Baxılıb: 4303
İmam Səccadın (ə) Ruzi Azalan Zaman Duası
İlahi sən bizi ruzimiz barədə bədgumana düşməklə və ömrün müddətində uzun-uzadı arzularla imtahana çəkdin. Beləki, sənin ruzilərini ruzi yeyənlərdən istədik və uzun ömrün arzusuyla yaşlıların ömrünə tamah saldıq. Onlardan ömür umduq. Bəs Məhəmməd və onun Əhli-beytinə salavat göndər və bizə həqiqi inam bəxş et. Və onun vasitəsi ilə bizi istək çətinliyindən asudə et. Qəlbimizə xalis rahatlıq gətir. Və onunla çətinliklərdən bizi xilas et. Qoy nazil etdiyin vəhyidə açıqcasına etdiyin vəd və bu vədindən sonra kitabında içdiyin and bizi öhdənə götürdüyün ruzinin ardınca qacmaq və yetirəcəyinə zamin olduğlarun üçün pərişan olmaqdan çəkindirsin. Bu söz sənindir və sənin sözün haqdır, doğrudur. Bu and sənindir. Və sənin andın doğrudur sədaqətlidir. Sizin ruziniz və sizə vəd olunanlar göydədir. Sora demisən; Göyün və yerin Rəbbinə and olsun sizin danışdıqlarınız kimi bu sözdə haqqdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər