Niyə bikefsən??? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 12-11-2014, 00:19 | Şərh sayı: (1) | Baxılıb: 3972
Niyə bikefsən???
Niyə bikefsən?? Hz. Adəm (a.s) kimi cənnətdənmi uzaqlaşdın?
Niyə bikefsən???Hz. İbrahim (a.s) kimi oda atıldın?
Niyə bikefsən???Hz. Zəkəriyya (a.s) kimi mişarla kəsildin?
Niyə bikefsən??? Hz. Yusif (a.s) kimi quyuyamı atıldın?
Niyə bikefsən???Hz. Muhamməd (s) kimi Taif'də daşlandınmı, belinə içalatmı qoyuldu namaz qılanda, dişinmi qırıldı, hicrətəmi çətinlik çəkdin, sevdiklərindənmi ayrıldın?
Niyə bikefsən??? Hz. Həmzə kimi burnun, qulağınmı kəsildi?
Niyə bikefsən??? Hz. Abbas kimi qollarınmı kəsildi?
Niyə bikefsən???İmam Huseyn kimi ox, nizə və qılınc zərbələri ilə yaralandınmı?
Niyə bikefsən??? Emmar, Sümeyyə, Yasir kimi işgəncəmi gördün?
Niyə bikefsən??? Bilal-ı Həbəşi kimi qızmar qumlara yatırılıb, üzərinə daşlarmı qoyuldu?
Niyə bikefsən??? Yunus peyğəmbər (a.s) kimi dənizəmi atıldın?
Niyə bikefsən??? Eyyub peyğəmbər (a.s) kimi vücudunu yaralarmı bürüdü?
Niyə bikefsən???
Nə düşünürsən, dünyalıq işlərmi? Kədərlənəcəksənsə, namazını qəzaya saxladığın üçün, birinin qəlbini qırdığın üçün kədərlən.. Kədərlənəcəksənsə, bu gün Allah üçün bir şey etmədiyin üçün, Allahi Rəsulun (s) İmamları (ə) razı edə bilmədiyin üçün kədərlən.. Fələstində, Suriyada və Dünyanın dörd bir yanında zülm görən, işgəncə edilən, öldürülən din qardaşların üçün kədərlən.. Kədərlənəcəksənsə, bir kasıba yardım edə bilmədiyin üçün, yetimin əlindən tuta bilmədiyin üçün kədərlən.. Kədərlənəcəksənsə, Afrika'da və digər ölkələrdə bir loxma çörək tapmayan, xəstəliklərə dözə bilməyən insanlar üçün kədərlən.. Kədərlənəcəksənsə, Quranı kifayət qədər oxuyub, həyatına tətbiq edə bilmədiyin üçün kədərlən.. Kədərlənəcəksənsə, Peyğəmbərimizin (s) şəfaətinə nail olmamaq qorxusu ilə kədərlən..
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər