Əl-ələ və qucaqlaşaraq görüşməyin fəzilətləri haqqında |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 16-04-2015, 19:09 | Şərh sayı: (0) | Baxılıb: 676
Əl-ələ və qucaqlaşaraq görüşməyin fəzilətləri haqqında
Əbu Ubeydədən nəql olunmuş rəvayətdə deyilir: İmam Baqir (ə) ilə birlikdə tez-tez səfərə çıxırdıq. O dəvəsinə minməzdən əvvəl mənimlə əl-ələ görüşərdi. Dəvələrimizdən düşdüyümüz zaman yenə mənimlə əl-ələ görüşər və hal-əhval tutardı. Günlərin bir günü mən bunun səbəbini soruşdum. İmam Baqir (ə) buyurdu: "Möminlər bir-birləri ilə qısa müddətli bir vaxtda ayrılarlarsa əl-ələ görüşməli, onların arasında düşən ayrılıq, uzun müddət çəkərsə qucaqlaşaraq görüşsələr daha yaxşı olar. Bu onların arasında olan mehri-məhəbbətin və bir-birlərinə qarşı olan qayğının artmasına böyük təsir göstərər.”
Peyğəmbər (s) əl-ələ görüşərkən əlini onunla görüşən şəxsdən tez çəkməzdi.
Əli (ə) buyurur: Mömin qardaşlarınız ilə üz-üzə gəldiyiniz zaman onlarla əl-ələ görüşüb hal-əhval tutun. Onlarla tez-tez görüşüb hal-əhval tutmaq qəlblərinizdəki kin-küdurəti dostluğa və məhəbbətə çevirər. Sizinlə düşmənçilik edən şəxslərlə də onlar istəməsələr belə görüşün. Belə etməklə aranızdakı düşmənçiliyi dostluğa çevirmiş olarsız. İmam Sadiq (ə)-ın səhabələrindən olan İshaq Sərraf adlı şəxsdən nəql olunmuş rəvayətdə deyilir: Kufədə yaşadığım illərdə Əhli-beyt tərafdarları yanıma tez-tez gəlib gedərdilər. Bir müddət onların gəlişi-gedişi daha da çoxaldı və mən özümdə qürur hissi yaranmasın deyə bəzən qulluqçuya əmr edirdim ki, yanıma gələnlərə evdə olmadığımı söyləsin.Həcc mövsümündə Məkkədə imam Sadiq (ə)-ı gördüm. Onun mənə əvvəlki vaxtlara nisbətən soyuq yanaşdığını hiss etdim. Və bildim ki, bu mənim o işimə görədir. Təklikdə mən onunla bir qədər söhbət etdim və dedim ki, bu iş yalnız qürur hissimi özümdən uzaqlaşdırmaq məqsədi ilə olmuşdur.
İmam Sadiq (ə) mənim dediklərimin hamısını dinləyib buyurdu: Ey İshaq! Mömin dostların sənin yanına gəldikləri zaman əsla narahat olma. Bil ki, möminlər bir-birləri ilə görüşdükləri zaman günahları bağışlanar və əməl dəftərlərinə xeyirli əməl savabı yazılar. Onlar bir-birlərindən hal-əhval tutduqları zaman mələklər söhbətlərinə qulaq asmasınlar deyə kənara çəkilərlər. Mən, imam Sadiq (ə)-dan soruşdum: Bəs bizim danışdıqlarımızı onlar əməl dəftərlərinə yazmırlarmı? İmam Sadiq (ə) ah çəkib ağladı və bir qədər sonra buyurdu: "Ey İshaq! Onlar Allahın əmri ilə ehtiram edərək kənara çəkilərlər və mələklər bu söhbətləri əməl dəftərinə yazmasalar belə, Allah-təala onların qəlblərinə olan hər bir gizli və aşkar şeyi onların özlərindən daha yaxşı bilir.
Ey İshaq! Allahdan qorx! Onun hər zaman hər yerdə öz qarşında gör. Əgər sən onu görməyirsənsə bil ki, O səni görür və Onun səni görməyinə şəkk edərsənsə küfrə düşdüyünü yəqin et. Ən böyük günahlardan biri də odur ki, insan Allahı onun işlərinə nəzarət etdiyini bildiyi halda yenə günah işlər görmüş olsun.
İmam Sadiq (ə) buyurur: "Möminlər digər insanlardan üzlərindəki nur ilə fərqlənərlər. Onlar bir-birləri ilə gördükləri zaman üzlərindəki nuraniyyət daha da təcəlli olunur. Əl-ələ görüşüb alından öpmək möminlərin özünə məxsus görüşmə üsuludur.”
İmam Sadiq (ə)-dan dodaqdan öpmək barəsində soruşduqda belə cavab vermişdir. Yalnız övladın və həyat yoldaşın dodağından öpmək olar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər