HAVASIDIR |
Müəllif: Hicab Delisi | Bölmə: Məqalələr | Vaxt: 6-11-2014, 16:18 | Şərh sayı: (0) | Baxılıb: 576
HAVASIDIR
Ey dil, gözün aç, oyan, gör nə möhnət havasıdır,
Tutub bütün aləmi, qəmu-hicran binasidir.
Hüseynin eşqi ilə dolubdur bu mülki-cahan,
Alovlanib hər tərəf daim qəlbim yanasıdir.
Vəslinə yetmək üçün Hüseyn yarını axtarır,
O çölü tapdi baxib, gördü öz Neynəvasidir.
Atadan izn alıb görməyə getdi ananı,
Qol-boyun oldu Əli, çünki axır vidasıdır.
Baxır oğluna Hüseyn, şitab ilə gedir Əli,
Kəfən üstə geydiyi öz cəddinin əbasidir.
Babası Heydər kimi həmlə edərək leşkərə,
Vuranda hər zərbəni sanki Xeybər davasıdır.
Qılınca təkyə edib susuz o meydana baxır,
Eşitdi balasının “ İmdadə gəl” sədasıdır.
Süvar olub atına yetişdi gördü oğlunu,
Bədəni parçalanıb nizəvu- ox yarasıdır.
Iki qardaş gətirib Əli Əkbərin nə`şini,
Abbas göz yaşın tökür susuz qardaş balasıdır.
Iki xanım girərək oğlu ölən xeyməsinə:
-Dur balan cəngdən gəlib, qarşılamaq nəvasıdır.
Oğlu ölən Leylanı gətirdilər o məclisə,
Yana-yana ağladı, öz oğlunun əzasıdır.
Leyla gördü oğlunu sərildi nə`şi üstünə:
-Gözünü aç, ay oğul, bu necə qan dəryasıdır?
Bacılar, yaxın gəlin, əl-ayağa həna yaxın,
Ucadan nalə edin, balamın toy hənasıdır.
Fələk yıxdı evimi, qoydu oğulsuz o məni,
Balama siz ağlayın, gözlərimin ziyasıdır.
Qafil olma, Mərqədi, ağlasan nakam Əkbərə,
Gözlərdən axan yaşın hər dərdinin dəvasıdır.
Hacı Vəkil Mərgədi.

Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Şərhlər