Süfrə sahibinə hörmət |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 3-09-2015, 23:10 | Şərh sayı: (0) | Baxılıb: 342
Süfrə sahibinə hörmət
Yəqub Ləys Sistanın görkəmli şəxsiyyətlərindən olmuş və qaniçən Abbasi hökumətinə qarşı inqilabın bünövrəsini qoymuşdur. Gənclikdə bir müddət misgərliklə məşğul olan Yəqub qazancını tay-tuşlarına xərcləyərdi. O, səxavətli, azad düşüncəli olduğundan ətrafına xeyli gənc toplaşmışdı.
Az sonra misgərliyin daşını atan Yəqub nəhayət, Sistan əmirinin xəzinəsini yarmaq qərarına gəlir. Xəzinə güclü mühafizə dəstələri tərəfindən qorunduğu üçün Yəqub dostları ilə birlikdə yerin altı ilə lağım atmağa başlayır. Bu tunelin qazılması altı ay vaxt aparır. Nəhayət, bir gecə xəzinəyə yol açılır. Xəzinədə olan bütün ləl-cəvahirat, dinar-dirhəm, qızıl-gümüş kisələrə doldurulur. Yəqub xəzinədə öz parlaqlığı ilə diqqəti cəlb edən bir daş görür. O, daşı tanımaq üçün dilinə toxundurur. Yəqub dilinə gələn daddan hiss edir ki, bu parlaq şey duz parçasıdır. Dostlarına əmr edir ki, bütün yüklər boşaldılsın və hamı xəzinədən çıxsın. Bütün gənclər müti halda xəzinəni tərk edirlər. Yəqub deyir: "Dilimə Sistan əmirinin duzu dəydi. Bir insanın duzunu daddıqdan sonra onun xəzinəsini yarmaq namərdlikdir!”
Xəzinədar xəzinədə baş vermiş təəccüblü hadisəni əmirə xəbər verdikdən sonra əmir şəhərdə car çəkdirir ki, bu işi görmüş adam onun yanına gələrsə mükafat alacaq.
Yəqub tərəddüd etmədən əmirin yanına gedir və bu təəccüblü işin arxasında dayanan duz məsələsini ona aydınlaşdırır. Əmir bu şücaətli cavanı öz qoşunuda mühüm vəzifələrdən birinə təyin edir. Məhz bundan sonra Yəqub zalım Abbasilər hökuməti ilə mübarizəyə başlayır.
Günah insanın ruhunu, düşüncəsini, qəlbini bulaşdıran mənəvi çirkinlikdir və o, insanı Allahın lütf və mərhəmətindən məhrum edir. Günah insanı bəlalardan qoruyan pərdələri yırtır. Günah insanın dünya və axirət sirlərini faş edir, onu bəndəlik məqamından uzaqlaşdırır.
Din alimləri ayə və rəvayətlərə əsaslanaraq günahları iki qismə bölmüşlər: böyük ("kəbirə”) və kiçik ("səğirə”) günahlar. İmam Sadiq (ə) buyurmuşdur ki: "Müqabilində Cəhənnəm əzabı vəd edilmiş günahlar böyük günahlardır.” Böyük günahdan çəkinən insanların kiçik günahları bağışlanasıdır. "Nisa” surəsinin 31-ci ayəsində buyurulur: "Əgər qadağa olunmuş böyük günahlardan çəkinsəniz, kiçik günahlardan təmizlənərsiniz...” İmam Riza (ə) böyük günahları bu ardıcıllıqla sadalayır: günahsız insanı qətlə yetirmək, zina – qanunsuz cinsi əlaqə oğurluq, məst edən maddələrin qəbulu, ata-anaın üzünə ağ olmaq, döyüşdən qaçmaq, yetimin malını zorla yemək, şəri qaydada kəsilməmiş və haram ət yemək, sələm, haram maldan istifadə qumar, ölçüdə və çəkidə əksiklik, pak insana böhtan, həmcinsbazlıq – ləvat, Allahın rəhmətindən ümidsizlik, özünü Allah əzabından amanda bilmək, zalıma kömək, zalıma məhəbbət, yalan and, haqqı qəsdən yubatmaq, yalan, təkəbbür, israf, tələf etmə xəyanət, həcci yüngül saymaq, Allah dostları ilə vuruş, puç işlərlə əylənmə günahın təkrarı...
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər