Kamil müsəlman qadın obrazı |
Müəllif: Hicab Delisi | Bölmə: Xanimlar üçün | Vaxt: 6-02-2015, 16:43 | Şərh sayı: (1) | Baxılıb: 1859
Kamil müsəlman qadın obrazı
Kamil müsəlman qadının ən gözəl xüsusiyyəti Allahdan başqa heç bir varlığın ilahlığını qəbul etməməsidir. Müsəlman qadın “Lə iləhə illəAllah” kəlməsinə qəlbən iman gətirmişdir. Hər hadisəni yaradanın, hər işi idarə edənin Allah olduğunu, Allahın öz elmi ilə hər şeyi əhatə etdiyini qavrayır. Müsəlman qadın "Sən yalnız Allaha ibadət et və şükür edənlərdən ol!" (Zumər surəsi, 66) ayəsinin tələbi olaraq yalnız Allaha ibadət edir və daim Ona şükür edir.
Müsəlman qadın dərin Allah qorxusuna malikdir. Allahdan içi titrəyərək qorxur. Onun qorxusu başqa qorxulara bənzəmir. Hörmətlə qorxur Rəbbindən və bu qorxu ona çox şeyi qazandırır. Coşğulu sevgini, dərin ağlı, mənəvi rahatlığı, bir sözlə, əsl xoşbəxtliyi əldə edir. Düşünə bilərsən ki, axı qorxu insana zərər verir. Amma əvvəl də xatırlatdığımız kimi, bu qorxu digər qorxulara bənzəmir. Dünyəvi qorxuların fəsadı çoxdur, psixoloji olaraq sarısılır, gərginlik keçirirsən, şüurun qapanır. Amma Allah qorxusu ilə əksi olur. Allahdan qorxduğun üçün Allahın Quranla sənə çatdırdığı əmrləri, məsələn, duyğusal olmamağı, iffətini qorumağı, 5 vaxt namaz qılmağı, Allahı və yaratdıqlarını düşünüb təfəkkür etməyi çox böyük həssaslıqla yerinə yetirirsən. Allah qorxusu qarşılığında müsəlman qadının əldə edəcəyi ən gözəl nemət olan haqqı nahaqdan ayırd etmək bacarığını əldə edirsən. Allahdan qorxanları Qurani-Kərimdə uca Rəbbimiz belə müjdələmişdir:
"...Əgər Allahdan qorxsanız, O, sizə haqla nahaqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir" (Ənfal surəsi, 29).
Allahın əmrlərinə itaət etmək Allahdan qorxmaq deməkdir. Müsəlman qadın da bunu bilir. Çox ağıllı olur müsəlman qadın. Şüuru hər zaman açıqdır. Qəflət hallarından da uzaqdır. Hər zaman Allahın ona verdiyi üstün ağılla hərəkət edir. Diqqəti hər zaman üzərindədir və düşünür ki, etdiklərim, düşündüklərim, danışdıqlarım Allah rizasına uyğundurmu? Allah rizasına uyğun deyilsə, etmir. Cahil qadınlar kimi boş sözlər danışmaz. Ağzından çıxan hər söz hikmətdir. Hər düşündüyü imanının bir az da artmasına, xeyirə, gözəlliyə səbəb olur. Atdığı hər addımda Allahın razılığını axtarır. Hər hadisəni Quran məntiqi ilə şərh edir. Çətin kimi görünən vəziyyətlərdə Allahın mütləq bir xeyir və hikmət yaratdığını düşünür. Bütün sualların cavabını Quranda axtarır. Problemləri Quranla həll etməyə çalışır.
Cahil qadın çətinliyini və ya problemlərini özünə yaxın bildiyi rəfiqələrinə, anasına, həyat yoldaşına və ya digərlərinə danışır, onlardan mədət umur, ya da ağlayıb-sızlayır, hadisələrin gedişində özünü itirir, hər gün, hər an, hər saniyə halı bir az da zəifləyir. Bu zəiflik də ya onun tamamilə öz dünyasına qapılmasına, ya da aqressivləşməsinə səbəb olur. Özünü də unudur. Ondakı bu ruh halı xarici görkəminə də təsir göstərir. Baxımsız, solğun, natəmiz, üzündə pərişan ifadə, baxışlarında donuqluq...
Müsəlman qadın isə çox güclüdür. Allahın ona verdiyi dərin imanla hər zaman gülərüz, şən, sevimli, gözəl, baxımlı, təmiz, fədakar, Allahın yaratdıqlarını sevən, gördüyü hər gözəlliyi təqdir edən, xoş xasiyyət və ən əsası çox səbrli və təmkinlidir.
Bəs müsəlman qadın bu gücü necə əldə edir? Bu sualı hər qadın öz vicdanı ilə baş-başa qalanda yəqin özünə verir. Necə bu gözəl xüsusiyyətlərə sahib ola bilərəm? Cavabı çox sadədir. Sadəcə, Allaha səmimiyyətlə yönəlmək lazımdır. Müsəlman qadını kamil edən sirr budur. Bəs Allaha səmimiyyətlə yönəlmək necə olur? Əgər vicdanın sənə bu sualı verirsə, yalnız bunu özünə təlqin etməlisən: "Mən yalnız Rəbbimə güvənməliyəm. Yalnız Onu sevməliyəm. Sahibim Allah, malikim Allah, vəlim Allahdır. Mən yalnız Ona təvəkkül edəcəyəm. Hər işimdə Ona üz tutacağam". Həyatdakı ən əsas məqsədin bu olmalıdır: Mən Rəbbim üçün yaşayacağam.

Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Şərhlər