Ayələrin elan olunma macərası |
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 28-09-2015, 00:34 | Şərh sayı: (0) | Baxılıb: 417
Ayələrin elan olunma macərası
Hicrətin 8-ci ili Məkkə fəth olundu. Amma müşriklər hələ də xurafat və çaşqınlıq qatqılı ibadətlərini yerinə yetirmək üçün Məkkəyə gəlirdilər. Onların adətlərindən biri də bu idi ki, təvaf etdikləri libası sədəqə verirdilər. Birdən təvaf etmək istəyən qadının əlavə libası olmadıqda kafirlər onu çılpaq şəkildə təvaf etməyə məcbur edirdilər. Belə bir vəziyyətdə təvaf edən qadını ətrafdakılar seyr edirdilər.
Bu hal qüdrət zirvəsində olan Peyğəmbər və müsəlmanlar üçün dözüləsi hal deyildi. Həzrət Peyğəmbər (s) ilahi göstəriş intizarında olduğu vaxt Mədinədə bu surə nazil oldu. Həzrət (s) Əbu-Bəkrə göstəriş verdi ki, bu ayələri Məkkə əhlinə oxusun. Belə bir iş üçün Əbu-Bəkrin seçilməsi səbəbi onun yaşlı olması və kimsənin ona qarşı həssaslıq göstərməməsi ola bilərdi.
Amma Əbu-Bəkr Məkkəyə yaxınlaşdığı vaxt Cəbrail Allah tərəfindən belə bir göstəriş gətirdi ki, ayələri peyğəmbər ailəsindən olan bir şəxs oxumalıdır. Həzrət Peyğəmbər (s) bu iş üçün həzrət Əlini (ə) seçib buyurdu: "Mən ondanam, o isə məndən.” Həzrət Əli (ə) Əbu-Bəkri yarıyolda saxlayıb ayələri ondan aldı və Məkkəyə gedib müşriklərə oxudu.
Bu surədəki ayələrin Həzrət Əli (ə) vasitəsi ilə çatdırılma macərası sünnə əhlinin də kitablarında nəql olunmuşdur. Bu məsələ səhabələr, Əbu-Bəkr, Əli (ə), İbn-Əbbas, Ənəs ibn Malik, Cabir ibn Abdullah Ənsari tərəfindən rəvayət edilmişdir. Bir çox digər mənbələrdə də uyğun məsələyə toxunulur.
Fəxr-Razi və Alusi kimi bəzi sünnə əhli alimləri çalışmışlar ki, bu seçimin əhəmiyyətini azaltsınlar və bu iş Həzrət Əli (ə) üçün imtiyaz sayılmasın. Onlar bildirirlər ki, uyğun iş üçün Əlinin (ə) seçilməsində məqsəd onun qəlbini ələ almaq olmuşdur. Düz belə bir məqsədlə təhlükəli iş tapşırılması mümkünsüzdür. Bir çox müşriklərin müsəlmanlarla savaşda öldürüldüyü, əksər müşriklərin qəlbində kin-küdurət alovlandığı bir vaxt uyğun ayələrin müşriklərə oxunması çox təhlükəli bir iş idi.
Allah-təala həzrət Musaya Fironun yanına gedib onu tövhidə dəvət etmək göstərişi verdiyi vaxt Musa dedi: "Pərvərdigara, mən onlardan birini öldürmüşəm və qorxuram ki, qisas alalar. Qardaşımı da mənimlə göndər. Halbuki Həzrət Əli (ə) bir çox şirk başçılarını öldürmüşdü. Belə bir vəziyyətdə o tək-tənha onların yanına gedib, tam aramlıqla "Bəraət” ayələrini oxudu. Bu iş Mina və Cəməreyi-əqəbə kənarı kimi həssas bir məhəldə gerçəkləşdi."
Həzrət Əli (ə) tərəfindən kafirlərə elan olunan nöqtələr: Bəraətin və peymanların ləğvinin elanı; növbəti ildə müşriklərə həcdə iştirakın qadağan olunması; çılpaq halda təvafa qadağa qoyulması; müşriklərin Allah evinə daxil olmasının qadağan edilməsi.
Quranın bir çox ayələrində Allah və Onun rəsulunun adı yanaşı çəkilir. O cümlədən: Hədiyyə və lütf məsələsində; beyət məsələsində; itaət və ardıcıllıq məsələsində; başqalarından bəraət və üz çevirməkdə.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər