Peyğəmbərin öldürülməsinə söz verilir |
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 20-06-2015, 02:49 | Şərh sayı: (0) | Baxılıb: 402
Peyğəmbərin öldürülməsinə söz verilir
Ühüd döyüşündə müsəlmanlar pərəm-pərəm düşdüyü, dağıldığı zaman Qureyş ordusunun beş cəngavəri söz verirlər ki,nəyin bahasına olursa olsun,Peyğəmbəri (s) öldürəcəklər.Bu beş nəfər aşağıdakılar olmuşdur.
1)Peyğəmbərin (s) alnını yaralayan Abdullah ibn Şəhab
2)Dörd daş ataraq Peyğəmbərin (s) sağ tərəfdəki azı dişini sındıran Ütbə ibn Əbu Vəqqas
3)İbn Qəmilə Leys.Onun Peyğəmbərə (s) vurduğu zərbə nəticəsində həzrətin başındakı dəbilqənin halqaları üzünə girir.Onları Əbu Übeydə Cərrah dişləri ilə dartıb çıxarır.Həmin vaxt Əbu Übeydənin dörd dişi sınır.
4)Abdullah ibn Həmid.O,hücum edən zaman Əbu Dəcanə tərəfindən öldürülür.
5)Übeyy ibn Xələf.O, hücuma keçsə də Peyğəmbər (s) onun özünü öldürür.Belə ki,Peyğəmbər (s) artıq özünü dərəyə yetirmişdi.Səhabələrdən bir neçəsi həzrətə tanıtıb əhatəyə almışdı.Bu zaman Übeyy ibn Xələf həzrətə hücum edir.Peyğəmbər(s) tez Haris ibn Simmədən nizəsini alıb Übeyyin boynuna sancaraq onu atdan salır.Onun yarası elə də ciddi deyildi.Dostları ona təsginlik versə də sakitləşmir və deyirdi:"Mən Məkkədə olan vaxt Məhəmmədə demişdim ki,səni öldürəcəyəm.O isə mənə demişdi ki,yox,mən səni öldürəcəm.O,heç vaxt yalan danışmaz."Doğrudan da Peyğəmbərin (s) vurduğu yüngül yara öz işini görür və Übeyy yolda ikən canını tapşırır.
Peyğəmbər (s) həm dini, həm də canını qoruyaraq meydanda dağ kimi dayanmışdı.Deşmənin məhz onun üstünə gəldiyini bildiyi və ölümün bir addımlığında olduğu halda qətiyyən təşvişə düşmşr,qorxu,narahatlıq hiss edilən bircə kəlmə də işlətmir.Yalnız bircə dəfə alnının qanını silərkən təəssüf hissi ilə buyurur:"Öz Peyğəmbərləri (s) onlarıAllaha doğru çağırdığı halda onu qanına bulaşdıran camaat necə səadətəçata bilər?."Diqqət yetirin,Peyğəmbər (s) düşmənin də halına təəssüflənirvə onların səadətə çatmasını arzulayır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər