RSS
 

Login:
Şifrə:
» » XANIM ZEYNƏB (S.Ə.) – MÜSİBƏTLƏR ANASI

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

XANIM ZEYNƏB (S.Ə.) – MÜSİBƏTLƏR ANASI

 
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 14-02-2016, 18:05 | Şərh sayı: (1) | Baxılıb: 5032

XANIM ZEYNƏB (S.Ə.) – MÜSİBƏTLƏR ANASI


XANIM ZEYNƏB (S.Ə.) – MÜSİBƏTLƏR ANASIXanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar onun şəxsiyyəti, çalışqanlığı və şücaəti qarşısında baş əyiblər. O, yetkinlik yaşına çatanda, çoxlu elçilər arasından igid və şəxsiyyətli bir oğlanı – əmisi oğlu Abdullah ibn Cəfər Təyyarı özünə həyat yoldaşı seçir; bu şərtlə ki, hər zaman imam Hüseyn (ə) səfərə getmək istəsə, Zeynəbin (s.ə.) qardaşı ilə birlikdə olmasına mane olmasın. Zeynəbi-Kubranın (s.ə.) barəsində deyilməli sözlər çoxdur və onun qanlı Aşura inqilabındakı şücaətinə nəzər salaq:

İmam Hüseyn (ə) Mədinədən çıxıb, bir müddət Məkkədə qaldıqdan sonra İraqa tərəf mənzil-mənzil hərəkət edəndə, xanım Zeynəb (s.ə.) qardaşı ilə birlikdə olur. O, yaxşı munis və möhkəm sirdaş kimi, imam Hüseyni (ə) himayə edir və Kərbəlada İslam döyüşçülərinin misilsiz köməkçisi olur. O, altı qardaş (imam Hüseyn (ə), Əbülfəzl-Abbas (ə), Cəfər, Osman, Abdullah (Ümmül-Bəninin oğulları) və Ovn (Əsmanın oğlu)) dağı görür. Gözünün iki nuru – Ovn və Məhəmməd adlı iki yeniyetmə oğlu – Kərbəlada şəhadətə yetir. Bunlardan əlavə, Əliəkbər, Qasim və Abdullah kimi qardaşı uşaqlarının da dağına dözür. Xanım Zeynəb (s.ə.) qardaşlarının başlarının bədənlərindən ayrılmasının, xeymələrin yanmasının və yetim uşaqlara zülm olunmasının şahidi olur. Bütün bu müsibətlər müqabilində əgər dağ olsaydı əriyərdi. Amma tarixin bu dilavər carçısı, bu yorulmaz qəhrəmanı elə bir müqavimət göstərir ki, onu bəyan və qələmlə təcəssüm etmək olmur.

O, atasının zamanında Kufədə qadınların müəllimi idi. İmam Həsənin (ə) dövründə isə imkanı qədər İslamın vüsəti üçün çalışdı. Camaatın onun atası və qardaşına etdiyi xəyanətlər, qədirbilməzliklər və ailəsinə edilən zülmlər Zeynəbin (s.ə.) cəddi və atasının sünnəsini dirçəltməsi yolunda iradəsinə azacıq belə mənfi təsir göstərmədi. O, qardaşı imam Hüseynin (ə) dövründə, ağır Kərbəla faciəsində özünü bütün çətinliklərə uyğunlaşdırdı. Maraqlısı budur ki, imam Səccadın (ə) buyurduğuna əsasən, bütün bu çətinliklərdə o, gecə namazını tərk etmədi. Xanım Zeynəb (s.ə.) ər evindəki firavan həyatından əl çəkib özünün bütün güc və qüvvəsini imam Hüseynin (ə) yolunda sərf etdi. Kərbəla müsibəti baş verəndə, onun yaşı əlli beşdən çox idi. Bu yaşda dağ kimi möhkəm qaməti və dərya qədər geniş qəlbi vardı. Zeynəb (s.ə.) bu hadisələr zamanı üç mühüm işi layiqincə yerinə yetirdi:

1. İMAMI HİMAYƏ ETMƏK

Xanım Zeynəb (s.ə.) imam Hüseyn (ə) sağ olduğu müddətdə o həzrəti, o da şəhid olduqdan sonra imam Səccadı (ə) himayə etdi. Bir neçə dəfə istədilər ki, imam Səccadı (ə) qətlə yetirsinlər, xanım Zeynəb (s.ə.) buna imkan vermədi. Bu vəziyyətdən biri də İbn Ziyadın Kufə iqamətgahında, imam Səccadla (ə) İbn Ziyad arasında mübahisə zamanı yarandı. İbn Ziyad imam Səccadı (ə) şəhid etmək istədikdə, xanım Zeynəb (s.ə.) qoymadı və dedi: “Əgər o öldürüləcəksə, elə isə məni öldür.” (“Məqtəlul-Muqərrəm”, səh.371.)



2. ŞƏHİDLƏRİN UŞAQLARINI HİMAYƏ ETMƏK VƏ QORUMAQ

Xanım Zeynəb (s.ə.) şəhidlərin uşaqlarından elə himayədarlıq edirdi ki, hətta öz yemək payını da onlar üçün saxlayır, uşaqlara gecə-gündüz nəvaziş göstərir və dayanmadan öz səyi ilə onları düşmən təhlükəsindən amanda saxlayırdı.

3. ŞƏHİDLƏRİN QANINDAN HİMAYƏDARLIQ ETMƏK, HƏDƏF VƏ MƏQSƏDLƏRİNİ ÜMMƏTƏ AŞILAMAQ

Xanım Zeynəb (s.ə.) imam Hüseyn (ə) və Kərbəla igidləri şəhid olduqdan sonra hər fürsətdə, hara getdisə onların hədəf və məqsədlərini çatdırırdı. Zalımların başı üzərində elə fəryad etdi ki, hələ də çəkdiyi fəryadın zərbələri Yezidin və Yezid dəstəsinin üzünə dəyir və uca bəyanı zülmkarları lərzəyə salır.

O xanım Yezidin Kufədəki qaniçən valisi İbn Ziyadın hökumət iqamətgahındakı çıxışında bütün mətləbləri bəyan etdi və hamını ağlatdı. Zeynəb car çəkdi: “Ey kufəlilər! Heç bilirsinizmi Peyğəmbərin (s) qəlbini necə parçaladınız, hansı qanı axıtdınız, necə də böyük bir günah etdiniz? Göydən sizə yağış əvəzinə qan yağacaq. Axirətdə isə elə bir əzaba giriftar olacaqsınız ki, heç bir şəfaətçinin sorağınıza gəlməyəcəyinə təəccüb edəcəksiniz?” (“Məqtəlul-Hüseyn (ə)”, Muqərrəm, səh.384.)

Həzrət Zeynəbin (s.ə.) Yezidin Şamdakı hökumət iqamətgahındakı xütbəsi Yezid və onun əlaltılarını qiyamətə qədər rüsvay etdi. Onun çıxışı Qurani-Kərimin ayələrinə əsaslanan, hərtərəfli və qaneedici bir xütbə idi. Elə bil ki, bu xütbəni o xanımın ata-anası söyləyirdi. Yezidin burnunu yerə sürtdü. Xanımın (s.ə.) xütbəsi çox genişdir və bir neçə cümləsi ilə kifayətlənirik:

“Ey Yezid! Ey Məkkənin fəthində əsir düşmüşkən cəddim Peyğəmbərin (s) əli ilə azad edilən kəslərin oğlu! Nə qədər hiylə və kələk bilirsənsə işlət! Lakin and olsun Allaha! Bizi və bizim səhnədəki hüzurumuzu heç vaxt məhv edə və vəhyin nurlu işığını söndürə bilməyəcəksən. Hərçənd ki, sənin zülmlərin dağları uçurdan və göyləri viran edəndir. Ancaq sənin nənən İslamın ilkin şəhidlərinin ciyərini (həzrət Həmzənin (ə) ciyərini) çeynəyibsə, səndən bundan artıq nə gözləmək olar? Sən İslamla açıq-aşkar müxalifət bayrağı qaldıranların oğlusan. Mən istəməzdim ki, zəmanə məni səninlə üz-üzə gətirsin. Ancaq indi belədirsə, mən səni şəxsiyyətsiz bilib, sənə qarğış yağışı yağdıracağam. Bizim əzizlərimizi öldürməyinə sevinmə! (Quran buyurur): “Allah yolunda öldürülənləri (şəhid olanları) ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub, ruzi (cənnət ruzisi) yeyirlər.” (“Ali-İmran” surəsi, ayə 169.)

Zeynəbin (s.ə.) xütbəsi elə bir iş gördü ki, Yezid bütün günahları İbn Ziyadın boynuna yıxdı. (Tarixi-Təbəri, 6-cı cild, səh.266.)

O həzrət (s.ə.) Kərbəla faciəsindən sonra Mədinəyə qayıtdı. Orada da fürsət düşdükcə, camaatı Yezidin əleyhinə qaldırar, onun çirkinliklərini ifşa edərdi. Əhvalatı Yezidə xəbər verdilər. Bəzi alimlərin nəqlinə görə, Yezid Mədinənin valisinə əmr etdi ki, Zeynəbi (s.ə.) Misirə sürgün etsin. Beləcə, xanım Zeynəb (s.ə.) imam Hüseyn (ə) şəhid olandan bir il neçə ay sonra dünyadan getdi. Bəzi alimlərin nəzərinə görə isə, xanım Zeynəb (s.ə.) əri ilə Şama getdi və orada dünyasını dəyişdi. Bu, tarixdə həmişəyaşar və dağ kimi vüqarlı olan bir neçə şəhid bacısının və iki şəhid anasının qəhrəmanlığı barəsindəki qısa məlumat idi. O, İbn Ziyadın qarşısında açıq-aşkar şəkildə demişdi: “Mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim.” Yəni şəhidlik bizim üçün səadətdir. O, imam Hüseynin (ə) yaralı bədənini əlləri üstə qoyub dedi: “Pərvərdigara! Bu qurbanı bizdən qəbul et.”



Şərhlər

 
 
| | |

eliyeva.s

16 fevral 2016 19:06 Offline
Allah bizleri xanim Zeyneb(s.e)kimi xanimlardan qerar versin AMIN
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor